§2.1. Üfüqi koordinat sistemi Üfüqi koordinat sistemində əsas müstəvi olaraq üfüq müstəvisi götürülür və göy cisimlərinin göy sferində vəziyyəti bu müstəviyə nəzərən təyin olunur. Şəkil 2.1-də göstərildiyi kimi göy sferində ixtiyari М göy cismi götürək. Bu göy cismin-dən keçən ZMZ' hündürlük dairəsi çəkək. Äydmdır ki, М göy cisminin göy sferində vəziyyətini iki koordinatla birqiy-mətli təyin etmək olar. Bu koordinatlardan biri hündürlük h, digəri isə azimut A adlanır.
Hündürlük dairəsi boyunca üfüq müstəvisindən M göy cisminə qədər olan KM qövsünə və ya onun qar-şısındakı КОМ bucağına göy cisminin hündürlüyü deyilir. Yəni, M göy cisminin hündürlüyü
h=ZKÜM və ya uKM (2.1)