duqda) görünəcək,
üfüqdən nadirə doğru (dünyanın görünməyən yarımsferində olduqda) isə görünməyəcək. Ona görə Yerin şimal qütbündə-ki müşahidəçi üçün dünyanın şimal yarımkürəsində olan göy cisimləri həmişə görünür və gün ərzində üfüqə paralel dairələr cızır. Dünyanın cənub yarımkürəsində olan göy cisimləri isə heç zaman görünmür. Yerin cənub qütbündəki müşahidəçi isə yalnız dünyanın cənub yarımkürəsindəki göy cisimlərini görə bilər.
Beləliklə, Yerin qütblərində olan müşahidəçi göy sferinin yalnız yarısını seyr edə bilər.