Backup of Uz Qabigi


§11.10. Keplerin III ümumiləşmiş qanunu



Yüklə 3,95 Mb.
səhifə12/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   183
§1.3. Göy sferinin əsas elementləri

Şəkil 1.4. Göy sferinin əsas elementləri

Əgər ulduz göyünə nəzər salsaq, bizə elə gələr ki, başımı-zın üstündə böyük bir qübbə və ya yarımsfer var və bütün ul-duzlar, Günəş, Ay, pla-netlər və s. bu yarımsferin səthində yerləşmişlər. Özü də Yer səthinin istənilən nöqtəsində olan müşahi-dəçiyə elə gəlir ki, o, bu sferin mərkəzində yerləş-mişdir.



Mərkəzi müşahidəçi-nin gözündə yerləşən ixtiyari radiuslu sferə göy sferi deyilir.

Göy sferi xəyali bir ox ətrafında fırlanır və gündə bir dövr edir. Ona görə bu fırlanma göy sferinin günlük fırlanması ad-lanır. Göy sferinin xəyali PP' fırlanma oxuna dünya oxu deyilir (şəkil 1.4).

Əvvəlcədən qeyd edək ki, göy sferinin günlük fırlanması həqiqi olmayıb, zahiri və ya görünən hərəkətdir. Əslində Yer kürəsi öz oxu ətrafında qərbdən şərqə doğru fırlanır, Yer səthindəki müşahidəçiyə isə elə gəlir ki, göy sferi bütün göy ci-simləri ilə birlikdə onun əksi istiqamətində - şərqdən qərbə doğru fırlanır.

Dünya oxu iki nöqtədə göy sferi ilə kəsişir. Bu kəsişmə nöqtələri dünyanın qütbləri adlanır. Şərti olaraq dünyanın şi-mal qütbü o qütb götürülür ki, xəyalən kənardan ona baxdıq-da göy sferinin fırlanması saat əqrəbi istiqamətində olsun. Şə-kil 1.4-də P- dünyanın şimal qütbü, P' - dünyanın cənub qütbü-dur.


Göy sferində istiqamətlər Yerdəki istiqamətlərlə təyin olunduğundan dünya oxu Yerin fırlanma oxuna paralel ola-caqdır. Əgər Yerin ölçülərini nəzərə almasaq, dünya oxu Yerin fırlanma oxu ilə üst-üstə düşər və dünyanın şimal və cənub qütbləri uyğun olaraq Yerin şimal və cənub qütbləri istiqamə-tində olar.

Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin