Backup of Uz Qabigi


§7.9. Yer oxunun nutasiyası



Yüklə 3,95 Mb.
səhifə9/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   183
Müstəvisi Yerin fırlanma oxuna perpendikulyar olan böyük Yer dairəsinə Yer ekvatoru deyilir.

Aydındır ki, Yerin ekvator müstəvisi Yerin mərkəzindən keçir. Yer ekvatoru Yerin səthini təpəsində şimal qütbü olan şimal yarımkürəsinə və təpəsində cənub qütbü olan cə-nub yarımkürəsinə ayırır.


Müstəvisi Yerin ekvator müstəvisinə parallel olan ki-çik Yer dairələri Yerin coğrafi paralelləri adlanır. Yerin coğrafi qütblərindən və Yer səthindəki ixtiyari M nöqtəsindən keçən böyük pNMps Yer yarımdairəsi-

nə M nöqtəsinin coğrafi meridianı deyilir. İngiltərənin Qrinviç rəsədxanasından keçən pNGps


meridianına başlanğıc və ya sıfırıncı meridian deyilir. Başlanğıc meridian və ondan 1800 fərqlənən meridian Yer səthini şərq və qərb yarımkürələrinə ayırır. Yer səthinin istənilən nöqtəsində ağırlıq qüvvəsi Yerin kütlə mərkəzinə yönəlib. Bu istiqamətdə çəkilən xətlər (məsələn MT xətti) şaquli xətlər adlanır.
Yer səthindəki hər bir nöqtənin vəziyyəti iki koordinatla: coğrafi enlik ф və coğrafi uzunluq l ilə təyin olunur.
Meridian dairəsi boyunca ekvatordan M nöqtəsinə qə-dər olan MK qövsünün uzunluğuna və ya onun qarşı-sındakı MTK bucağına M nöqtəsinin coğrafi enliyi deyilir.
Yəni,
фМ=ХМТК və ya uKM.
Coğrafi enlik 0o ilə ±90o arasında dəyişə bilər. Yerin şimal yarımkürəsində coğrafi enlik müsbət, cənub yarımkürəsində isə mənfidir.
Ekvator boyunca Qrinviç meridianından M nöqtəsinin meridianına qədər olan G'K qövsünün uzunluğuna və ya onun qarşısındakı G'TK ikiüzlü bucağa M nöqtəsi-nin coğrafi uzunluğu l deyilir.

Yəni,


1M=ZG'TK və ya uG'K. Coğrafi uzunluq Yerin fırlanma istiqamətində, yəni
Qrinviç meridianından şərqə doğru ölçülür və 0° ilə 360° arasında qiy-mətlər alır.


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin