Backup of Uz Qabigi


§ 6.3. Dünyanın heliosentrik sistemi



Yüklə 3,95 Mb.
səhifə7/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   183
I mərhələ: Yeni eradan əvvəl III əsrdən yeni eranın II əs-rində Ptolemeyin dünyanın geosentrik sisteminin kəşfinə qə-dər olan qədim yunan mərhələsi

II mərhələ: X-XVI əsrlərdə orta Asiya və Azərbaycanda
təşəkkül tapan şərq mərhələsi

  1. mərhələ: XVI əsrdə Kopernikin dünyanın heliosent-rik sisteminin kəşfindən XIX əsrdə fotoqrafiyanın və spektral analizin kəşfinə qədər olan Avropa mərhələsi

  2. mərhələ: 1957-ci ildə Yerin ilk süni peykinin buraxıl-masından bu günə qədər olan kosmik mərhələ.


5. Astronomiyanın digər elmlər arasında yeri

Astronomiyanın digər təbiət elmlərinin inkişafında bö-yük rolu olmuşdur. Göy cisimlərində mövcud olan bəzi fiziki şəraiti yer laboratoriyalarında almaq mümkün olmur. Ona görə göy cisimlərindəki fiziki şəraiti öyrənməklə onu Yerdə gedən proseslərə də şamil etmək olar. Məsələn, maddənin yüksək temperatur və yüksək sıxlıq şəraitində halı ulduzlarda aşkar edilmiş və sonra Yer şəraitində də öyrənilməyə başla-mışdır. Helium elementi ilk dəfə Günəşdə, sonra isə Yerdə kəşf olunmuşdur.

Astronomiyanın böyük fəlsəfi əhəmiyyəti də vardır. İn-san yaşadığı Kainatı dərk etmək üçün astronomiyanı öyrən
məli və Kainatda öz yerini bilməlidir. Bəzi göy hadisələrinin, məsələn Günəş və Ay tutulmalarının mahiyyətini öyrənməklə insanlıq əsrlər boyu yaşadığı vahimələrdən azad olmuşdur.

Göy cisimlərinin hərəkət qanunlarını bilmədən kosmik uçuşlar mümkün olmazdı. Müasir aviasiyanı və naviqasiyanı da astronomiyasız təsəvvür etmək olmaz.

Beləliklə, astronomiya digər dəqiq elmlərlə sıx əlaqədar-dır, onların üsullarından və əldə etdikləri nəticələrdən istifadə edir və onların da inkişafına təkan verir. Astronomiyanı digər dəqiq elmlərsiz, digər dəqiq elmləri də astronomiyasız təsəv-vür etmək olmaz.
I FƏSİL
GÖY SFERİ
Göy cisimlərinin göydə vəziyyətini təyin etmək üçün göy sferi anlayışın-dan istifadə edilir. Bu fəsildə göy sferi və onun elementləri, göy sferinin fırlan-ması və onun onunla bağlı olan bəzi ha-disələrlə tanış olacağıq. Göy sferində istiqamətlər Yerə nəzərən təyin olundu-ğundan bunlardan öncə coğrafi koor-diantlar və iqlim qurşaqları haqqında qısa məlumat verəcəyik.


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin