Backup of Uz Qabigi


§ 4.3. Həqiqi Günəş vaxtı



Yüklə 3,95 Mb.
səhifə4/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   183
Professor СМ. QULUZADƏ Bakı Dövlət Universiteti Astrofizika kafedrası e-mail: kulizade@hotmail.com
GİRİŞ
1. Astronomiyanın fənni

"Astronomiya" sözü yunanca "astron" - ulduz və "no-mos" - qanun sözlərindən əmələ gəlmiş və hərfi mənada "ul-duzlar qanunu" kimi məna daşıyır. Astronomiya Kainat haq-qında elmdir. O göy cisimlərinin (ulduzlar, Günəş, Ay, planet-lər və onların peykləri, asteroidlər, kometlər, meteorlar, me-teoritlər) göydə vəziyyətini, hərəkətini, quruluşunu, fiziki ha-lını, kimyəvi tərkibini, əmələ gəlməsini və təkamülünü öyrənir. Bundan əlavə astronomiya göy cisimlərinin əmələ gətirdiyi sistemlərin (qalaktikalar, dumanlıqlar, ulduz topaları), ulduz-lararası mühitin, planetlərarası mühitin və hətta Kainatın bü-tövlükdə əmələ gəlməsini və təkamülünü öyrənir.

Astronomiya əsasən üç məsələnin həlli ilə məşğuldur:


  1. Göy cisimlərinin görünən və həqiqi vəziyyətlərinin və hərəkətlərinin öyrənilməsi, göy cisimlərinin forma və ölçüləri-nin və onlara qədər məsafələrin təyini;

  2. Göy cisimlərinin quruluşunun, fiziki halının və kimyə-vi tərkibinin təyini;

  3. Göy cisimlərinin və onların əmələ gətirdiyi sistemlərin əmələ gəlməsi və təkamülünün öyrənilməsi.



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin