Müstəvisi ZZ' şaquli xəttə perpendikulyar olan NESWN böyük göy dairəsinə riyazi və ya həqiqi üfüq deyilir.
Riyazi üfüq göy sferini iki yarımsferə bölür: təpəsində zenit olan görünən yarımsferə və təpəsində nadir olan görünmə-yən yarımsferə.
Göy ekvatoru ilə riyazi üfüq iki nöqtədə kəsişir. Bu kəsiş-mə nöqtələri şərq E və qərb W nöqtələri adlanır.
Dünyanın qütblərindən, zenitdən və nadirdən keçəıı PZQSP'Z'Q'NP böyük göy dairəsinə göy meridianı deyilir.
Aydındır ki, göy meridianının müstəvisi dünya oxundan və şaquli xətdən keçir.
Göy meridianı göy sferini iki yarımsferə ayırır: şərq nöq-təsi yerləşən şərq yarımsferinə və qərb nöqtəsi yerləşən qərb yarımsferinə.
Göy meridianı iki nöqtədə göy ekvatoru ilə kəsişir. On-lardan zenitə yaxın olan Q nöqtəsi ekvatorun yuxarı nöqtəsi, nadirə yaxın olan Q' nöqtəsi isə ekvatorun aşağı nöqtəsi adla-nır.
Göy meridianı iki nöqtədə riyazi üfüqlə kəsişir. Bu kəsiş-mə nöqtələrindən dünyanın şimal qütbünə yaxın olanı şimal N nöqtəsi dünyanın cənub qütbünə yaxın olanı isə cənub S nöq-təsi adlanır. Göy meridianı müstəvisinin riyazi üfüq müstəvisi ilə kəsişmə xətti NS günorta xətti adlanır.
Göy sferində ixtiyari М göy cismi götürək.
Zenitdən, nadirdən və M göy cismindən keçən ZMZ' böyük göy yarımdairəsinə şaquli dairə və ya hündür-lük dairəsi deyilir.
Bəzən şaquli dairə sadəcə şaqul adlanır. Şərq Е və qərb W nöqtələrindən keçən şaquli dairəyə birinci şaquli dairə və ya sadəcə birinci şaqul deyilir.
Dünyanın P və P' qütblərindən və M göy cismindən keçən PMP' böyük göy yarımdairəsinə meyl dairəsi və ya saat dairəsi deyilir.
Dostları ilə paylaş: |