§1.4. Göy sferinin fırlanması
Yuxarıda dediyimiz kimi Yer öz oxu ətrafında qərbdən şərqə doğru fırlanır. Yer səthindəki müşahidəçiyə isə elə gəlir ki, göy sferi günlük dövrlə Yerin fırlanmasının əksi istiqamə-tində, yəni şərqdən qərbə doğru fırlanır. Göy sferinin günlük fırlanma mənzərəsi müşahidəçinin yerləşdiyi yerin coğrafi en-liyindən asılıdır. Ona görə bir neçə xüsusi hallara baxaq:
1. Yerin şimal qütbündə (
o)
Bu halda şəkil 1.5-dən göründüyü kimi zenitlə dünyanın şimal qütbü, nadirlə isə dünyanın cənub qütbü üst-üstə düşür.
Dostları ilə paylaş: |