Müstəvisi PP' dünya oxuna perpendikulyar olan Q'WQEQ' böyük göy dairəsinə göy ekvatoru deyilir.
Aydındır ki, göy ekvatoru müstəvisi göy sferinin mərkə-zindən keçir və Yerin ekvator müstəvisinə paralel olur.
Göy ekvatoru göy sferini (və ya dünyanı) iki yarımsferə -şimal qütbü yerləşən şimal yarımsferinə və cənub qütbü yerlə-şən cənub yarımsferinə ayırır.
Göy sferinin günlük fırlanması nəticəsində göy cisimləri gün ərzində müstəvisi ekvator müstəvisinə paralel olan kiçik göy dairələri cızır. Bu dairələrə günlük paralellər deyilir.
Göy sferində əsas istiqamət olaraq ZZ' şaquli xəttin isti-qaməti (ağırlıq qüvvəsinin istiqaməti) götürülür. Şaquli xətt göy sferini iki nöqtədə - başımızın üstündə (Z) və ona diametral əks nöqtədə (Z') kəsir. Bu kəsişmə nöqtələri uyğun olaraq zenit Z və nadir Z' adlanır.
Dostları ilə paylaş: |