Backup of Uz Qabigi


§2.2. Ekvatorial koordinat sistemi



Yüklə 3,95 Mb.
səhifə22/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   183
§2.2. Ekvatorial koordinat sistemi


Şəkil 2.2. Ekvatorial koordinat sistemi
Astronomiyada iki ekvatorial koordinat siste-mindən istifadə olunur. Onların hər ikisində əsas müstəvi olaraq ekvator müstəvisi götürülür və göy cisimlərinin göy sferində vəziyyəti bu müstəviyə nə-zərən təyin olunur.

1. Birinci ekvatorial koordinat sistemi

Şəkil 2.2-dən göründü




yü kimi M göy cisminin göy sferində vəziyyətini ekvator müs-təvisinə nəzərən iki koordinatla təyin etmək olar. Bunlardan biri göy cisminin meyli 8, digəri isə göy cisminin saat bucağı t adlanır.
Meyl dairəsi boyunca ekvator müstəvisindən M göy cisminə qədər olan KM qövsünə və ya onun qarşısın-dakı KOM bucağına göy cisminin meyli deyilir.
Yəni, M göy cisminin meyli


8=ZKOM və ya uKM.

(2.6)


Ekvator müstəvisindən dünyanın şimal qütbünə doğru (dünyanın şimal yarımkürəsində) meyl müsbət, cənub qütbü-nə doğru (dünyanın cənub yarımkürəsində) isə mənfi olur. Be-ləliklə, müxtəlif göy cisimləri üçün meyl 0o ilə ± 90o ara-sında dəyişə bilər, yəni,




8 = 0o г ± 90o

(2.7)


Şəkildən göründüyü kimi göy cisminin meyli onun ekva-tor müstəvisindən olan bucaq məsafəsini göstərir.

Bəzən göy cisminin meyli əvəzinə qütb məsafəsi p daxil edilir.
Meyl dairəsi boyunca dünyanın şimal qütbündən göy cisminə qədər olan PM qövsünə və ya onun qarşısında-kı POM bucağına göy cisminin qütb məsafəsi deyilir.
Yəni, qütb məsafəsi


p= ZPOM və ya uPM.

(2.8)



Qütb məsafəsi p, 0o ilə 180o arasında dəyişə bilər. Yəni,


p = 0o г 180o

(2.9)


Aydındır ki, həmişə




p + 8 = 90o

(2.10)


olacaqdır.

Birinci ekvatorial koordinat sistemində ikinci koordinat olaraq göy cisminin saat bucağı t götürülür.
Ekvator boyunca ekvatorun yuxarı Q nöqtəsindən göy cisminin meyl dairəsinə qədər olan QK qövsünə və ya qütbdə meyl dairəsilə göy meridianı arasındakı KPQ sferik bucağına göy cisminin saat bucağı deyilir.
Yəni, M göy cisminin saat bucağı


t=ZKPQ və ya uQK

(2.11)


olar. Saat bucağı ekvatorun yuxarı Q nöqtəsindən qərbə tə-rəf ölçülür və 0o ilə 360o (və ya 0h ilə 24h) arasında dəyişə bilər,

yəni,


t = 0o г 360o və ya t = 0h г 24h

(2.12)


Birinci ekvatorial koordinat sistemində göy cisimlərinin günlük paralelləri göy ekvatoruna paralel olduğundan onların meyli 8 gün ərzində dəyişmir, saat bucağı t isə kəsilmədən də




yişir. Bu da uyğunsuzluq yaradır. Ona görə ikinci ekvatorial koordinat sistemi daxil edilir.

Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin