Backup of Uz Qabigi


§ 5.2. Atmosfer refraksiyasının üfüqi koordinatlara təsiri



Yüklə 3,95 Mb.
səhifə6/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   183
3. Astronomiyanın bölmələri

Astronomiyanı əsasən üç bölməyə ayırmaq olar:


  1. Astrometriya - Göy cisimlərinin vəziyyətini, koordinat-larını və vaxtı ölçməklə məşğul olur.

  2. Göy mexanikası - Cazibə qüvvəsinin təsiri ilə göy cisim-lərinin hərəkət qanunlarını öyrənməklə məşğul olur.

  3. Astrofizika - Göy cisimlərinin quruluşunu, fiziki halını, kimyəvi tərkibini, yaranmasını və təkamülünü öyrənməklə məşğul olur.

  4. Astronomiyanın yaranması və əsas inkişaf mərhələləri

Astronomiya dəqiq elmlərin ən qədimidir. Astronomiya qədim Yunanıstanda, Misirdə və Çində meydana gəlmişdir. Yunan alimi Filolay bizim eradan əvvəl (b.e.ə. »400-cü il) Ye-rin kürə şəklində olduğunu söyləmiş, b.e.ə. III əsrdə Eratos-fen Yerin radiusunu təyin etmiş, b.e.ə. II əsrdə Hipparx minə qədər ulduzu içərən ilk ulduz kataloqu tərtib etmiş və Yer oxunun presessiyasını kəşf etmişdir. Bizim eranın II əsrində Ptolemey dünyanın geosentrik sistemini riyazi olaraq çox bö-yük dəqiqliklə işləmiş və bir çox göy hadisələrini izah etmiş-dir. Aristarx Samosskiy heliosentrizm ideyasını vermiş, Yer-dən Günəşə və Aya qədər məsafələrin nisbətini təyin etmişdir.

Çin astronomları bizim eradan iki min il əvvəl Günəş və Ay tutulmalarını əvvəlcədən xəbər verə bilirdi. Misirdə bizim eradan üç min il əvvəl ilin uzunluğunu kifayət qədər böyük dəqiqliklə təyin edə bilmişlər.

Yeni eradan əvvəl VIII əsrdən başlayaraq astronomiya müşahidələrinin qeydi aparılmağa başlamışdır, onların bəzilə-ri günümüzə qədər gəlib çatmışlar.
Orta əsrlərdə astronomiya orta Asiya və Azərbaycanda təşəkkül tapmağa başlamışdır. Orta Asiyada əl-Bəttani (850929), Biruni (973-1048) və Uluqbəy (1394-1449) astronomik müşahidələr aparmış və astronomiyanın inkişafında böyük rol oynamışlar.

XIII əsrin əvvəllərində böyük azərbaycan astronomu Nə-sirəddin Tusi (1201-1274) Azərbaycanda dünyanın ən böyük və ən mükəmməl "Marağa rəsədxanasını" qurmuşdur. Qısa müddətdə bu rəsədxana dünyanın astronomiya mərkəzinə çev-rilmişdir. Rəsədxanada astronomiyaya dair 100-dən çox mo-noqrafiya hazırlanmışdır. Onlardan 30-u şəxsən Tusinin özünə məxsusdur. Rəsədxana çox zəngin kitabxanaya malik olmuş və o dövrün Elmlər Akademiyası kimi şöhrət tapmışdır.

Marağa rəsədxanasında sistematik astronomiya müşahi-dələri aparılmış və bu müşahidələr əsasında müasir dövrdə də elmi mahiyyətini itirməmiş məşhur "Elxan cədvəlləri" tərtib olunmuşdur.

Avropada astronomiya XV-XVI əsrlərdə inkişaf etməyə başlamışdır. Nikolay Kopernik (1473-1543) "Dünyanın helio-sentrik sistemi"ni vermişdir. Bu yeni astronomiyanın meyda-na gəlməsinə və sürətlə inkişafına səbəb olmuşdur. Tixo Bra-he (1546-1601), İohan Kepler (1571-1630), Qalileo Qaliley (1564-1642), İsaak Nyuton (1643-1727) və başqaları astrono-miyanın inkişafında böyük rol oynamışlar.

Kepler planetlərin hərəkət qanunlarını vermiş, Nyuton Ümumdünya Cazibə qanunu kəşf etmiş və müşahidələr əsasın-da verilmiş Kepler qanunlarını riyazi olaraq almış və ümumi-ləşdirmişdir. O, ilk dəfə olaraq bir çox astronomik hadisələrin düzgün izahını vermişdir.

XVIII-XIX əsrlərdə Avropada astronomiya sürətlə inki-şaf etməyə başlayır. 1781-ci ildə Uran planeti, 1846-cı ildə isə Neptun planeti kəşf olunur. 1930-cu ildə Günəş sisteminin IX planeti Pluton kəşf olunur.


1859-cu ildə Kirxhof spektral analiz üsulunu verir. XIX əsrin ikinci yarısında fotoqrafiya kəşf olunur və astronomiya-da fotoqrafik müşahidələrə başlanılır. Beləliklə, astronomi-yanın ən gənc sahəsi - astrofizika yaranır. XX əsrin 40-50-ci illərində radioastronomiya meydana gəlir.

1957-ci ildə Yerin ilk süni peyki buraxılır. 1961-ci ildə kosmosa ilk insan uçuşu, 1969-cu ildə Aya yumşaq enmə hə-yata keçirilir. Bununla da astronomiyada yeni era başlanır.

Beləliklə, astronomiyanın inkişafını aşağıdakı mərhələlə-rə ayırmaq olar:


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin