2. Astronomiyanın tədqiqat üsulları
Astronomiya müşahidə elmidir. Astronomiyada göy ci-simləri haqqındakı bütün bilgilər uzun astronomik müşahidə-lər nəticəsində əldə edilir. İlk əvvəllər astronomik müşahidələr adi gözlə aparılırdı. Teleskopun kəşfi ilə astronomik müşahi-dələr xeyli mükəmməlləşdi, bu da göy cisimləri haqqında bil-gilərin qat-qat zənginləşməsinə səbəb oldu.
1957- ci ildə Yerin ilk süni peykinin buraxılması ilə astro-nomiyada yeni bir dövr başlandı. Daha sonra planetlərarası kosmik stansiyaların və orbital rəsədxanaların buraxılması
və nəhayət Aya uçuşla astronomiya müşahidə elmi çərçivə-sindən çıxdı və qismən eksperimental elmə çevrilməyə başla-
dı.
Dostları ilə paylaş: |