ö0=Jd;+dL (13.33)
olar. İndi (13.33) düsturundan istifadə edərək Yer səthindən buraxılmış aparatın Günəş sistemini tərk etməsi üçün hansı başlanğıc sürətə malik olmasını hesablayaq. Bu halda nəzərə almalıyıq ki, aparatın heliosentrik sürəti Günəşə nəzərən pa-rabolik sürətə bərabər olmalıdır.
Yerin Günəşə nəzərən dairəvi sürəti
ил = 29.78km/s ю 29.80 bn/s.
Onda Yerin Günəşdən olan məsafəsində Günəşə nəzərən pa-rabolik sürət
ııp = /İWj =42.1 bn/s
olar. Ona görə kosmik apparatın heliosentrik sürəti
v = vp =42.1 bn/s
olar. Əgər Yerin dairəvi sürətini onun heliosentrik sürəti kimi qəbul etsək kosmik aparatın Yerin orbital hərəkəti istiqamə-tində Yerin təsir sferindən çıxma anında onun əlavə sürəti
= uv -ил = 12.3 кшА
olar.
Yerin orbital hərəkətinin əksi istiqamətində təsir sferin-dən çıxma anında isə kosmik aparatın əlavə sürəti
= up =71.9 bn/s,
olar. Ona görə (13.33)-dən taparıq ki, kosmik aparatın Yerin təsir sferindən Yerin orbital hərəkəti istiqamətində çıxma anında başlanğıc sürəti
».=№+«L.= лДН-ЗУ2 +(12.3)* = 16.6 km/s olar. Yerin orbital hərəkətinin əksi istiqamətində isə R. =^+E^~ = ^1-2)*+(71.9)* =72.8 кшА,
olar.
Beləliklə, Yer səthindən buraxılan kosmik aparatın Gü-nəş sistemini tərk etməsi üçün lazım olan başlanğıc sürət kosmik aparatın Yerin təsir sferindən çıxma istiqamətindən asılı olaraq 16.6 km/s ilə 72.8 km/s arasında dəyişə bilər. Bu sürə-tin minimal qiymətinə üçüncü kosmik sürət deyilir, yəni
r/.k 16.6 km/s.
Günəş sistemini ilk tərk edən kosmik apparat 1972-ci il-də ABŞ-da buraxılan "Pioner-10" kosmik aparatı olmuşdur.
XIV FƏSİL GÜNƏŞ
SİSTEMİNİN QURULUŞU
Kainat bizim vətənimiz, Günəş sistemi evimiz, Yer isə mənzilimizdir. üdur ki, öncə mənzilimizi, sonra evimi-zi, daha sonra isə vətənimizi öyrənməli və sevməliyik. Günəş sisteminin mərkə-zi cismi, bütün planetlərin hərəkətini idarə edən, onları enerji ilə təmin edən Günəşdir. Günəş həyat mənbəyidir. üna görə planetləri, xüsusilə də Yeri Günəşlə əlaqəli öyrənmək lazımdır.
Bu fəsil Günəş sisteminin quruluşuna və bu sistemə daxil olan göy cisimlərinə planetlərə, asteroidlərə, kometlərə, meteor və meteoritlərə həsr olunmuşdur.
Dostları ilə paylaş: |