§ 13.5. Birinci kosmik sürət
Yer ətrafında radiusu
r =R©+h
olan dairə boyunca hərəkət edən süni peykin dairəvi sürəti üçün (11.30)-dan yaza bilərik ki,
Sonuncu ifadədə h sıfıra yaxınlaşanda, yəni peyk xəyalən Yer səthi üzrə hərəkət etsə (13.22)-dən alarıq ki,
Burada M© və m - uyğun olaraq Yerin və süni peykin kütləsi, R© - Yerin radiusu və h peykin Yer səthindən hündür-lüyüdür. Əgər (13.21)-də (11.1) -i nəzərə alsaq m << M© ol-duğunu bilərək alarıq ki,
Burada
go = 981 sm/s2 və R© =6378 km qiymətlərini yerinə yazaraq alırıq ki,
u1k = 7.91 km/s.
Bu sürətə birinci kosmik sürət deyilir. Birinci kosmik sü-rətə malik olan süni cisim Yerin süni peyki olar və Yer ətra-fında orbit boyunca hərəkət edər.
Birinci kosmik sürəti başqa yolla da almaq olar. Xəyalən Yerin mərkəzindən R© məsafədə (yəni Yerin səthi üzrə) dairə
üzrə hərəkət edən cismin mərkəzəqaçma təcili
olar. Bu təcil eyni zamanda Yer səthində ağırlıq qüvvəsinin tə-cili go-yə bərabər olar, yəni
və ya
Təbiidir ki, Yer atmosferə malik olduğundan peyk Yerin səthi üzrə hərəkət edə bilməz. Ona görə peyk Yer səthindən h>150 km hündürlükdə buraxılır. Bu hündürlükdə dairə bo-yunca hərəkət edən peykin dairəvi sürəti birinci kosmik sürət-dən kiçik olar. Bu dairəvi sürət üçün (13.22)-dən alırıq ki,
Dostları ilə paylaş: |