İonosfer (və ya termosfer). Bu atmosfer qatı mezosferin üst qatından 1800 -1900 km hündürlüyə qədər olan qalınlığı əhatə edir. Bu qatda Günəşin ultrabənövşəyi şüalanmasının təsiri ilə oksigen atomları ionlaşır və sərbəst elektronlar yara-nır.
Ay Yerin yeganə təbii peykidir. Ayın orbitinə, hərəkətinə və s.-ə də ayrıca fəsil həsr edildiyindən (VIII fəsil) burada Ay səthinin quruluşu və temperaturu haqqında əlavə məlumat verməklə kifayətlənəcəyik.
Ayın atmosferi yoxdur. Güman edilir ki, əvvəllər Ay sıx atmosferə malik olub. Lakin Ayda böhran sürəti çox kiçik (2.38 km/s) olduğundan o atmosferini tədricən itirmişdir.
Ayın quruluşu Yerin quruluşuna bənzəyir. O qalınlığı təxminən 60 km olan qabıqdan, qalınlığı 100 km olan manti
yadan və diametri 1500 km -ə yaxın olan nüvədən ibarətdir.
Ay səthinin təxminən 60 %-ni təşkil edən parlaq sahələr "torpaq" və ya "qitə" adlanır, qalan 40 % -ni təşkil edən tut-qun sahələr isə "dənizlər" adlanır. Ayı ilk dəfə teleskopda mü-şahidə edən Qaliley olmuşdur. Ay səthindəki qara və tutqun yerlərə də dəniz adı verən o olmuşdur. Ay səthində dağ silsilə-ləri, kraterlər və s. vardır. Ay dağlarının maksimal hündürlü-yü 5-6 km-dir. Kraterlər dibi çökək, kənarları hündür və dibi-nin ortasında təpəcik olan dağlardır. Dibində təpəcik olma-yan kraterlər sirklər adlanır. Ay kraterlərindən birinə dahi azərbaycan alimi Nəsirəddin Tusinin adı verilmişdir.
Ayın ekvatorunda günorta temperatur 117° C, gecələr isə -150° C olur.
VIII fəsildə göstərdiyimiz kimi Ayın öz oxu ətrafında fır-lanma dövrü onun Yer ətrafında dolanma dövrünə bərabər olduğundan Yerdən onun yalnız bir tərəfi görünür. Onun əks tərəfinin fotoşəkilləri ilk dəfə 1959 -cu ildə "Ау -3" avtomat stansiyası vasiətsiylə alınmışdır. Sonralar "Zond" və ameri-kan avtomat stansiyaları ilə onun daha mükəmməl fotoşəkil-ləri alınmışdır.
1969 -cu ildə amerikan astronavtları Armstronq və Old-rin "Apollon -11" kosmik gəmisi ilə Ay ətrafı orbitə çıxmış və "Qartal" kabinəsi ilə ehmalca Ay səthinə enmiş, orada gəzmiş və Ay maddəsi götürüb kosmik gəmiyə qayıtmış və Yerə en-mişlər. Daha sonra sovet "Lunaxod" avtomat stansiyası Aya enmiş və oradan Yerə Ay maddəsi gətirmişdir. Bu kosmik uçuşlar daha əvvəllər Yerdən aparılan astronomik müşahidə-lərdən alınmış məlumatları təsdiqləmiş və dəqiqləşdirmişdir. Bu uçuşlar nəticəsində Ayın səthi və onun kimyəvi tərkibi də-qiq öyrənilmişdir.
Dostları ilə paylaş: |