Backup of Uz Qabigi


§ 2.8. Koordinat sistemlərinin çevrilməsi



Yüklə 3,95 Mb.
səhifə3/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   183
Bakı Dövlət Universitetinin nəşriyyatı, 2004
ÖN SÖZ
Təqdim olunan "Klassik Astronomiya" dərsliyi müəllifin 30 ildən artıq bir müddətdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində oxuduğu mühazirələr əsasında yazılmışdır. Fizika fakültəsində bir semestr klassik astronomiya (36 saat mühazirə+36 saat laboratoriya), bir semestr də astrofizika (48 saat mühazirə) oxunur.

Bu dərslik yalnız klassik astronomiya kursunu əhatə edir. Astronomiyadan və xüsusilə astrofizikadan daha ətraflı bilgi almaq istəyənlərə məşhur Azərbaycan astronomu, mənim ilk Astronomiya müəllimim Azərbaycan Milli Elmlər Akademi-yasının müxbir üzvü, professor R.Ə. Hüseynovun 1997-ci ildə Maarif nəşriyyatında çapdan çıxmış "Astronomiya" kitabını tövsiyə edirəm.

Dərslik 15 fəsildən ibarətdir. Tələbələrə asan olmaq xati-rinə klassik astronomiyanın uyğun məsələləri ayrı-ayrı fəsillə-rə ayrılmışdır. Bunun kursun daha asan mənimsənilməsinə kömək edəcəyinə əminik.

Dərslikdə hər bir məsələnin nəzəri həlli konkret misallar-la möhkəmləndirilir.

Mövcud olan dərsliklərdə astronomiya təqvimlərinə, xü-susilə müsəlman dünyasında işlədilən Ay təqvimlərinə çox az yer verilir. Bunları nəzərə alaraq kitabda təqvimlərə, xüsusilə müsəlman təqvimlərinə geniş yer verilmişdir.

Dərslik əsasən Azərbaycan Respublikasının Universitet-lərinin Fizika fakültələri üçün nəzərdə tutulmuşdur. Bəzi fəsil və paraqrafları çıxarmaqla o Universitetlərin Coğrafiya fa-kültələrində də tədris oluna bilər.

Güman edirəm ki, bu kitab Türkiyə Respublikasının və digər türk dilli respublikaların universitetlərində də istifadə oluna bilər. Bu məqsədlə demək olar ki, əksər astronomiya terminləri bütün türk dilli respublikalarda başa düşüləcək şə
kildə işlədilmişdir.

Kitabın quruluşu və məzmunu Bakı Dövlət Universiteti-nin Fizika fakültəsinin Astrofizika kafedrasının əməkdaşları ilə müzakirə olunmuşdur. Kafedranın bütün əməkdaşları bu və ya digər dərəcədə kitabın tərtibində və keyfiyyətinin yaxşı-laşdırılmasında iştirak etmişlər. Fürsətdən istifadə edərək on-ların hamısına şükranlarımı bildirirəm.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Astrofizika kafedrasının professoru R.Ə. Hüseynov dərsliyin redaktorluğu kimi çətin bir işi öz üzərinə götürmüşdür. O, dərsliyin keyfiyyətinin yaxşılaşdırılması və mükəmməlləşdiril-məsi üçün bir çox təkliflər vermişdir. Ona öz təşəkkürlərimi bildirirəm.

BDU-nun Astrofizika kafedrasının əməkdaşı f.r.e.n. Z.A. Səmədov kitabın bütün əlyazmasını diqqətlə oxumuş və bəzi faydalı təkliflər vermişdir. Ona öz özəl şükranlarımı bil-dirirəm.

Dərsliyin hazırlanmasında kafedranın əməkdaşları Т.Н. Əliyeva, Z.F. Şabanova və K.İ. Alışova böyük zəhmət çək-mişlər. Onlara öz təşəkkürümü bildirirəm.

Hesab edirəm ki, təqdim olunan bu kitab fizika, riyaziy-yat və astronomiya sahəsində çalışan aspirantlara, elmi işçilə-rə, astronomiya həvəskarlarına və astronomiya ilə maraqla-nan hər kəsə faydalı olacaqdır.



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin