Professor СМ. QULUZADƏ Bakı Dövlət Universiteti Astrofizika kafedrası e-mail: kulizade@hotmail.com
GİRİŞ
1. Astronomiyanın fənni
"Astronomiya" sözü yunanca "astron" - ulduz və "no-mos" - qanun sözlərindən əmələ gəlmiş və hərfi mənada "ul-duzlar qanunu" kimi məna daşıyır. Astronomiya Kainat haq-qında elmdir. O göy cisimlərinin (ulduzlar, Günəş, Ay, planet-lər və onların peykləri, asteroidlər, kometlər, meteorlar, me-teoritlər) göydə vəziyyətini, hərəkətini, quruluşunu, fiziki ha-lını, kimyəvi tərkibini, əmələ gəlməsini və təkamülünü öyrənir. Bundan əlavə astronomiya göy cisimlərinin əmələ gətirdiyi sistemlərin (qalaktikalar, dumanlıqlar, ulduz topaları), ulduz-lararası mühitin, planetlərarası mühitin və hətta Kainatın bü-tövlükdə əmələ gəlməsini və təkamülünü öyrənir.
Astronomiya əsasən üç məsələnin həlli ilə məşğuldur:
-
Göy cisimlərinin görünən və həqiqi vəziyyətlərinin və hərəkətlərinin öyrənilməsi, göy cisimlərinin forma və ölçüləri-nin və onlara qədər məsafələrin təyini;
-
Göy cisimlərinin quruluşunun, fiziki halının və kimyə-vi tərkibinin təyini;
-
Göy cisimlərinin və onların əmələ gətirdiyi sistemlərin əmələ gəlməsi və təkamülünün öyrənilməsi.
Dostları ilə paylaş: |