§7.3. Yerin öz oxu ətrafında fırlanması Öz oxu (diametrlərindən biri) ətrafında fırlanmaq bütün göy cisimlərinə xas olan bir əlamətdir. Bu cismin tarazlığını saxlamaq üçün vacibdir. Kopernik də özünün heliosentrik sis-temində heç bir isbatsız qəbul etmişdir ki, Yer öz diametrlə-rindən biri ətrafında fırlanır və bu göy sferinin günlük fırlan-masına səbəb olur. Yerin öz oxu ətrafında fırlanma dövrü bir gün adlanır. Yer ekvatorunda onun öz oxu ətrafında fır-lanmasının xətti sürəti
olar. Məsələn, Bakı enliyində (ф=40°24') Yerin xətti fırlanma sürəti
olar. Aydındır ki, qütblərdə j=90o olduğundan
Ц,=90°= Uqütb=0
olar.
Yerin öz oxu ətrafında fırlanmasını göstərən dəlillər:
Sərbəst düşən cisimlərin şərqə tərəf meyl etməsi. Mə-lum olmuşdur ki, böyük hündürlükdən sərbəst düşən cisimlər hündürlüyün dibinə düşmür, Yerin fırlanma istiqamətinə, yə-ni şərqə doğru meyl edir.
Fuko rəqqası. 1851-ci ildə Fuko Parisdə Panteonun kupolundan uzunluğu 67 m, ucu 28 kq olan rəqqas asmışdır. Rəqqaslar rəqs müstəvisini saxladığından rəqs istiqamətindən bir qədər qərbə doğru yerləşdirilmiş cisimlər Yerin fırlanması nəticəsində rəqqasın qarşısına çıxır və rəqqas tərəfindən vuru-lur. 1931-ci ildə S.Peterburqda İsaki soborunda daha böyük bir rəqqas asılmışdır. Onun uzunluğu 98 m, ucunun ağırlığı 54 kq, amplitudu 5 m-dir.
Yerin qütblərdən basıqlığı. Mexanikadan məlumdur ki, öz oxu ətrafında fırlanan cisimlər bir qədər basıq forma al-malıdır. Yer də fırlandığına görə qütblərdən basıq olub kürə şəklində yox, fırlanma ellipsoidi və ya geoid şəklindədir.
Passatlar. Yerin tropik bölgələrində həmişə Yerin şi-mal yarımkürəsində şimali şərqdən ekvatora doğru, cənub ya-rımkürəsində isə cənubi şərqdən ekvatora doğru küləklər əsir. Bu da Yerin qərbdən şərqə doğru fırlanması ilə əlaqədardər.
Çayların sahillərinin yuyulması. Yerin öz oxu ətrafın-da fırlanması nəticəsində Koriolis qüvvəsi meydana gəlir və ona görə Yerin şimal yarımkürəsində çayların sağ sahili, cə-nub yarımkürəsində isə sol sahili yuyulur.