Yerin Günəş ətrafında dolanması Kopernikin heliosentrik sistemində əsaslandırılmış və göstərilmişdir ki, Günəşin zodiak üzrə hərəkəti zahiri hərəkət olub Yerin Günəş ətrafın-da dolanmasının təzahürüdür. Lakin Yerin Günəş ətrafında dolanması yalnız iki hadisə ilə tam sübut olunur. Bu hadisə-lərlə tanış olaq.
1. Ulduzların parallaktik sürüşməsi
Yer illik dövrlə Günəş ətrafında elliptik orbit üzrə hərə-kət edir. Ona görə verilmiş ulduz müxtəlif anlarda Yerdən müxtəlif istiqamətlərdə görünür, yəni ulduzlar parallaktik sü-rüşməyə məruz qalır. Parallaktik sürüşmə Günəşin görünən vəziyyətinə doğru baş verir.
Ekliptik enliyi (şəkil 7.2-yə bax)
0