Backup of Uz Qabigi


§ 15.1. Bizim Qalaktikanın quruluşu



Yüklə 3,95 Mb.
səhifə170/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   166   167   168   169   170   171   172   173   ...   183
§ 15.1. Bizim Qalaktikanın quruluşu
Açıq və Ау sız ulduz göyündə şimaldan cənuba qədər uza -nan parlaq işıqlı zolaq insanlarda çox qədim zamanlardan maraq oyatmışdır. Qədim yunanlar ona Qalaktika (qalaxias), yəni "südlü dairə" adı verimşlər. "Qala" yunanca süd demək-dir. Azərbaycanda ona "süd yolu" və ya "Kəhkəşan" deyilir.

Bizim eradan əvvəl qədim yunan filosofu Demokrit (yeni eradan əvvəl 463-370-ci illər) hesab edirdi ki, süd yolu çoxlu sayda ulduzlardan ibarətdir. Bu fikir təxminən 2 min ildən sonra Qalileyin ilk teleskopik müşahidələri ilə təsdiq olun-muşdur. Lakin bizim Qalaktikanın həqiqi ölçüləri və qurulu-şu ХХ əsrin birinci yarısında müəyyən olunmuşdur. Qalakti-ka formaca diametri

d = 30 kps = 30-30.86-1015 km » 9.26-1017 km

olan, mərkəzində kürəyə bənzər qalınlaşma olan müstəvi dis-kə və ya linzaya bənzəyir. Qalaktikanın mərkəzi kürəvi hissə-si baldc adlanır. Onun diametri təxminən 4 kps-dir.

Qalaktikanın diski və baldcı sferik alt sistemlə əhatə olu-nub. Ona qalo deyilir. Qalonun diametri təxminən 20 kps-dir. Qalaktikanın qalosu hüdudlarından kənarda yerləşən sferik alt sistem qalaktik tac adlanır. Qalaktik tac çoxlu sayda zəif ulduzlardan ibarətdir.

Qalaktikanın mərkəzi hissəsindən kənarlara doğru iki spiral qol - daxili və xarici qollar ayrılır.

Qalaktikada ulduzların konsentrasiyası (vahid həcmdəki ulduzların sayı) bir müstəviyə doğru artır. Bu müstəviyə Qa-laktika müstəvisi deyilir. Bu müstəvi Qalaktikanın simmetri-ya müstəvisidir.

Ulduzların konsentrasiyası Qalaktikanın mərkəzinə doğ-ru da sürətlə artır. Qalaktikanın ulduzların konsentrasiyası maksimal olan mərkəzi hissəsi onun nüvəsi adlanır. Nüvənin


diametri təxminən 10 ps -dir.

Günəş sistemi daxili spiral qolda Qalaktikanın mərkəzin-dən 10 kps=30.86-1016 km və Qalaktika müstəvisindən şimala doğru 25 ps = 7.7 -1014 km məsafədə yerləşir. Statistik hesab-lamalardan müəyyən olunmuşdur ki, Qalaktikanın radiusu təxminən 15 kps olan sferik həcmində təxminən 200 milyard-dan çox ulduz vardır, yəni ulduzların sayı

N » 2 -1011 .

Qalaktikanın Günəşətrafı hissəsində ulduzların orta sıxlı-ğı, yəni bir kub parsek həcmdəki ulduzların sayı 0.12 -dir. Bu o deməkdir ki, Qalaktikada hər ulduza təxminən 8 ps3 həcm düşür, ulduzlar arasında orta məsafə isə 2 ps-dir.

Qalaktikanın mərkəzinə doğru ulduzların konsentrasiya-sı sürətlə artır və nüvəsində 106-ya çatır.

Qalaktikanın mərkəzindən uzaqlaşdıqca spiral qolların eni artır, ulduzların sıxlığı isə azalır. Yaşlı ulduzlar (~1.5T010 il) əsasən Qalaktikanın qalosunu təşkil edir. Cavan və orta yaşlı ulduzlar, qazlar və toz isə əsasən Qalaktikanın diskində yerləşirlər. Qalaktikanın diski sürətlə fırlandığı halda onun qalosu demək olar ki, fırlanmır. Yəni Qalaktikanın diski tər-pənməz qalo içərisində fırlanır.

Adi gözlə bizim Qalaktikada 6000-ə qədər ulduz görünür. Müasir teleskoplarda Qalaktikada milyonlarla ulduz müşahi-də etmək olar.

Əgər ulduzların orta kütləsini Günəş kütləsinə bərabər hesab etsək radiusu 15 kps olan sferik həcmdə Qalaktikanın kütləsi üçün

M » 2 •1033q-2-1011 = 4-1044q

alarıq. Qalaktika kütləsinin 98-99%-ni ulduzlar təşkil edir. Qalan 1-2 % -i qaz və tozun payına düşür. Qalaktik tacın küt-ləsi də təxminən M=1-10nM® kimi qiymətləndirilir.



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin