Bakı 2007 Elmi Redaktoru və sponsoru: Fəlsəfə elmləri doktoru, professor


Dedi: - Xeyir, vallahi-billah əzim adına!



Yüklə 2,29 Mb.
səhifə10/27
tarix15.03.2017
ölçüsü2,29 Mb.
#11341
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

Dedi: - Xeyir, vallahi-billah əzim adına!


Məlikül-mülki-cahan, Rəhman-Rəhim adına!

O Tanrı ki, göndərmiş nəbiləri dünyaya,

Ehtiyaclar üçün yox, sədd olsun kibriyaya.

Tanrı xəmir yoğurmuş, sadə torpaq gilindən,

Şahsuvarlar yaratmış, dürr tökülmüş dilindən.

Saf edib təmizləmiş, yad olan kələklərdən,

Fərqləndirmiş göydəki müqəddəs mələklərdən.

Odu Nurdan ayırıb, saflaşdırmış Onu Haqq!

Nurların məcmusundan qablaşdırmış Onu Haqq!

Parıltılı bir şimşək, ruha keçib parlamış,

Adəm mərifət tapmış, yolunu hazırlamış.105

Sonra Adəm cücərib Şis adlı «meyvə» dərmiş,

Onu xəlifə etmiş, ağıllı, layiq görmüş,

O gövhərdən Nuh özü, xəbərdar olan kimi,

Tufandan qurtulmaqçın, tikib-yaratmış gəmi.

Ibrahimin ruhu da həmin Nurdan yoğrulmuş,

Alovlardan qorxmadan şölə içində durmuş.

Ismayıl da səhrada Kərəmindən su tapmış,

Onunçun da başıyla bıçaq altında yatmış.

Davud Ruhu nurundan itilənmiş, yoğrulmuş,

Dəmir onun əlində yumşalaraq qıvrılmış.

Südəmər bir uşaqkən, Süleyman nəbi olmuş,

Div ona qul olaraq əmrə-müntəzir qalmış.

Yaqub da yatan zaman, qəribə yuxu görmüş,

Oğlunun ətri gəlmiş gözlərinə nur vermiş,

Yusif məhəbbətini hiss edən tək o Günəş!

Eşqin gücündən olmuş, huş gedən tək o Günəş!

Əsa Musa əlindən elə ki, gücün almış,

Firon mülkü loğma tək, onun əlində qalmış!

Cərcis ruhu «xalça»dan gizli sirrləri qapmış,

Yeddi dəfə ruhunu itirmiş, yenə tapmış.

Zəkəriyyə kimi sən, eşqindən dəm vurursan,

Eşq yolunda can fəda etmiş, sənsə durursan!

Elə ki, Yunis özü o «Cam»dan qurtum içmiş,

Balığın qarnında da həyatı rahat keçmiş!

Onun «eşq»indən Yəhya, məst tək şövq alan kimi,

Başını qızıl teştə qoymuş, zövq alan kimi!

Elə ki, Şöyüb özü, Ucadan xəbər tutmuş,

Gözlərini bağlamış, vüsalı rəhbər tutmuş,

Yeddi il səbr edərək Əyyub şükrünü etmiş,

Bəlalar daxilində vüsal dalınca getmiş!

Xızırİlyas elə ki, qoyun ardınca getmiş,

«Həyat suyu»nu tapmış, əsas məqsədə yetmiş.

Məryəminİsası da Haqqa «nərdivan» tapmış,

Dördüncü göyə tərəf qeybinə imkan tapmış!

Elə ki, Məhəmməd də parlaq Nurdan dərs almış,

Bədirlənmiş Ayı da, bir anlıq şaqqalamış!

Əbubəkir elə ki, Ayəti əzbər anmış,

Sonda xəlifə olmuş «Siddiq» adın qazanmış.

Elə ki, Ömər bilmiş, Onun şeydası olmuş,

Haqqla batili qanmış, qəlbi uğurla dolmuş.

Elə ki, Osman özü, Haqqı tanımış – bilmiş,

Nuru dərk edən olmuş, qəlbindən kini silmiş.

Elə ki, surətindən Əliyə Nur, paylamış,

Olmuş Tanrının Şiri, Ruhu Nur haraylamış.

Nurundan şəfəq saçmış «səbteyn»lər106 doğulmuş!

Əsrin mirvariləri «gərteyn»lər107 doğulmuş!

Birisi zəhərlənmiş, canını nisar etmiş!

Digəri Haqq yolunda qanını nisar etmiş!

Elə ki, Cüneyd özü, Ondan köməyin almış,

Məqamını ucaltmış, yüksək məqamda qalmış.

Onun ucalığının Bayazid yolun bilmiş,

Haqqdan «Qütbül-Arifin» uca adını almış.

Kərxi-kərrəx108 mülkünə elə ki, məlik olmuş,

Ilahi eşqli-nəfsli, bir xəlifəlik almış.

Qara atlı Şapuru, həvəslə qovmuş ordan,

Sultan-sultanı olmuş, düşməmiş etibardan.

Həmin ecazkar yolun yarğanından O, qardaş,

Qayıtmış bir günəş tək, göz iti, ağıllı baş!

Tərk etmiş quldurluğu, olmuş fazil109 bir insan,

Şah diqqətin cəlb etmiş, sonda qazanmış ad-san.

Ayaqyalın, başaçıq, bəşər Hafi110 arif şeyx,

Üz qoymuş biyabana tərki-dünya məruf111 şeyx!

Beli bükülmüş qoca, dərdindən dəli olmuş,

Misir onun ruhuna şəkər təməli olmuş.

Onun yolunda Səri,112 başın güdaza vermiş,

Rəhbərlərin taxtında, özünə yer götürmüş.

Yuz minlərlə padşahlar, ağıllılar-böyüklər,

Axirət dünyasında baş ucalıq görmüşlər.

Haqqa qibtə etməkdən, adları gizli qalmış,

Hər insan adlarını, hörmətlə yada salmış.

Haqqın rəhmət rizası, daim onlara şamil,

Onların pak ruhuna, Haqqımız özü mail.

O Nur ilə ruhların haqqı mükəmməl olmuş,

Həmin dənizdədirlər, balıq tək suya dolmuş.

Desəm canlar dənizi, ya da dənizlər canı,

Layiq yeni adlar yox, vardırsa da bəs hanı?!

Onun Haqqı Odur, bil, bu da o da Ondandır!

Onun üçün beyinlər sanki çarpışan candır.

Ağanın surətləri mənim ruhum-yarımdır,

Yüz belə neçələrin, demək ixtiyarımdır.

O nədimin vəsfindən elə şeylər bilirəm,

Inanmağın heç gəlməz, bilməzsən nə deyirəm!

Şah dedi: -İndi bir az, özünü də vəsf eylə,

Nə qədər deyəcəksən, bu elə, o da belə?

Bəs səndə nə vardır, nə, ərsəyə yetirmisən?!

Dəniz təkindən hansı dürrləri gətirmisən?!

Ölüm günü bu hissin, səninçin batil olar,

«Can Nurun» varındırsa qəlbin o Nurla dolar!

Qəbr evində bu gözlər, torpağa, gilə dönər,

Elə şeylər də vardır, goru nura döndərər.

Əl-ayağın o zaman çürüyərək xar olar,

Ruhunun uçuşuyçun, qol-qanadın var olar!

Qəlb nurlu candan olar, ey sən mağara sevən,

Onu məcazi bilmə, məst olma, Ona güvən!

O zaman ki, qalmayır, Həyat cani birində,

Gərək əbədi canı oturdasan yerində?!

Xeyirli əməl etmək şərt deyil, bəşər üçün,

Haqqa tərəf getməyi, sən şərt bil bəşər üçün!

Sən cövhərə maliksən, ya ulaq kimi varsan.

Bu fani «ərəz»ləri, bəs necə apararsan?!

Orucluqda, namazda eylədiyin xahişlər,

Hər vaxt yerinə yetməz, əbədi deyil işlər.

Nəql etmək mümkün deyil, əməlin ərəzlərin113

Lakin o kənar edər, cövhərin mərəzlərin.114

Cövhər təmizlənərsə, ərəzin təsirindən,

Demək mərəz yox olmuş, pəhrizin təsirindən!

Əgər pəhriz olarsa, cövhər özü çoxalar.

Pəhrizin təsirindən, acı ağız şəhd olar

Əkinin təsirindən zəmi sünbülə dönər,

Saça qulluq eyləsən, ətirli gülə dönər.

Qadın hamilə olsa, əndamı böyüyəcək,

Sonuçda bizə oxşar cövhər hasil edəcək!

Əgər atla, dəvələr, cütləşərsə cinsiylə,

Cövhərin də borcudur, cüt edə balasıyla.

Bostan hər vaxt tanınar, ərazi sahəsiylə.

Cövhər də tanıtmalı onu meyvəsi ilə.

Ərəzə sığal versən, şahım işin görəcək.

O da öz növbəsində, cövhərlər bol verəcək.

Xülasə söyləmə sən, əməl icra etmişəm,

Ərəzə daxil olub məqsədimə yetmişəm.

Ərəzlə belə rəftar, onu sakit edər, bil!

Keçi kölgəsi kəsmək, qurbanlıq kimi deyil.

Ey, əgər buyurursan, «ərəz» köç etmək deyil,

Onda ümidsizlik də, ağıllılıq deyil, bil!

Ey padşah yas saxlamaq, bəndəyə xeyir verməz,

«Ərəz» əgər gedibsə, bir daha geri gəlməz.

Ərəzi axirətə nəql edə bilməsən sən,

Bütün əməllərini puç eyləmiş olarsan.

Ərəzlər öz növünü dəyişmiş olsa əgər,

Qiyamətdə hər fani başqa varlığa dönər.

Hər bir şeyin köçməsi özünə layiq olar,

Hər qoyun sürüsü də çobanından güc alar.

Məhşər günü hər «ərəz» özü bir surət olar.115

Hər bir surətin özü «ərəz» surəti alar!

Özün öz içinə bax, təkcə ərəz deyildin.

Cüt zövqün hasiliydin, tək qərəzə əyildin.

Diqqət et xanələrə, sonra kaşanələrə,

Mühəndislər yaradan gözəl əfsanələrə.

Gördüyünüz o evlər, yaraşıqlı binalar,

O qapılı, tavanlı, çox işıqlı binalar,

Mühəndis təxəyyülü, onun düşüncələri.

Binalar tikmək üçün, qırdırmış meşələri.

Hər hansı bir sənətin nədir əsli-mayəsi?!

Xəyal – «ərəz»dən qeyri, yoxdur başqa qayəsi.

Bütün cahan əhlinə qərəzsiz nəzər eylə.

«Ərəz»dən başqa bir şey, bir məhsul gəlməz dilə.

Əvvəl fikir yaranmış, sonra əməl calanmış,

Dünyada niyyətləri, əməl yada salanmış.

Meyvələr haqqında da əvvəl ürək düşünər,

Əməl nəticəsində sonda məhsul görünər,

Əməli işə salıb ağac əkdin torpağa,

Sonuçda öz zəhmətin məhsul verdi budağa.

Baxma yarpaq, kök, budaq əvvəl nəzərə çarpar,

Onların hamısının meyvəylə qədri artar.

Xülasə səmaların məğzi olan bu sirrlər,

Sonuçda Xacə116 olar, tabedir ona yerlər.

Bu danışıq, bu söhbət, azmaqdan bəhs eyləyər.

Bu şir-çaqqal nağılı, yol azmadan söyləyər.

Bütün dünya əvvəlcə minibmiş «ərəz» ata,

Sonuçda məna gəlmiş söyləmişdir «Həl Əta»117

«Ərəz»lər nədən doğmuş, şübhəsiz həmin Surdan.118

Bəs o «Sur» nədən doğmuş, fikirdən və şüurdan.

Cahan «Küll»ün ağlından, fitrətindən doğulmuş.

Ağıl bir «Şaha» bənzər, surətlər «rəsul» olmuş.

Birinci aləmimiz imtahan aləmidir,

Ikinci aləmimiz cəzaların dəmidir.

Ey Şah, sənin nökərin cinayətə qurşanır,

Ruhusa o dünyada zəncirli odda yanır.

Elə ki, bəndən sənin layiqli xidmət edər,

Ruhusa o dünyaya, xələtlər üçün gedər.

Bu «ərəz» o cövhərdən, ondan toxumun almış,

Bu Ondan forma almış, o bundan cana gəlmiş.

Dedi: - Ey şahım, səndə cah-cəlal, budağlamış,

Sənin bu «ərəz»lərin, bir «cövhər»də doğmamış.

Dedi: - Ağıl onları çox məxfi saxlamışdır,

Dünyada yaxşı-pisi, qeyb ilə bağlamışdır.

Fikrin-xəyalın səhvi, dərk edilərsə əgər.

Kafir-mömin deməzdin, bir olardı fikirlər.

Onlar aşkar olardı, qeyb olmazdı şahi-din,

Dinin, küfrün şəklini alında da görərdin.

Hər kim, bir vaxt dünyada bütlü, bütpərəst olmuş?!

Ödü partlayan təkin, saralmış, tamam solmuş.

Bəs qiyamət olarsa bizim bu dünya onda,

Necə olar, nə olar, kimə zülm olar, sonda.

Dedi: - Şah qəbul etdi, layiqli ənam ondan.

Lakin qeyrisindən yox, özünün xaslarından.

Bir əmiri tələyə salarsam, bir gün əgər?

Əmirlərdən qorxum var, vəzir mənə nə edər?

Haqq sonra əta verər, əməl mükafatımı,

Yüz minlərlə əməlin, «surlar» əmanətimi.

Sən də unvanını ver, hər şeyi bilim mən də,

Bulud bağlaya bilməz, gözümü, Ay ötəndə.

Sorğu-sorğu dalınca, soruşdu məqsədin nə?!

Çünki özün bilərsən, yaranmışdır nədən, nə?!

Şah dedi: - Dünyamızı dərk etmək bir hikmətdir,

Bilməli olası şey, aşikar bir sərvətdir.

Tapılmayana qədər o şeyi ki, bilirdi.

Dünyaya gətirmirdi, əzab-əziyyət, dərdi.

Bir anlıq da əməlsiz, bekar dura bilməzsən.

Ya yoxsulluq, ya pislik, etməsən sən dözməzsən.

Bu əməl xahişləri, onçun edirmiş bəyan.

Olmuş müvəkkil sənə, eyləsin sirrin əyan.

Sənin can kələfinin ucu harda yaşayır?!

Axı, sapın ucunu çəkən sənə oxşayır!

Sənin qəmin-kədərin, dartmaq nişanəsidir,

Səninçin bekarçılıq batmaq nişanəsidir.

Bu cahanla o cahan, əbədiyyəti doğmuş,

Hər bir səbəb bir ana, əsərsə övlad olmuş.

Əsər doğulan kimi həmən səbəbə dönər,

O da öz növbəsində sirli əcəbə119 dönər.

Bu səbəblər beləcə, nəsilbənəsil gedər,

Ona nurlu göz lazım, nurlu göz yaxşı görər.

Şah onunla söhbəti burda sona yetirdi,

Məqamını görsə də, görməsə də bitirdi.

Əgər şah onu görsə, axtarmaq uzaq deyil,

Lakin bizə söyləmək, hökmü verilməmiş, bil!


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin