Bakı 2007 Elmi Redaktoru və sponsoru: Fəlsəfə elmləri doktoru, professor


Anasını həqarətlə öldürən bir şəxsi xalqın danlaması



Yüklə 2,29 Mb.
səhifə8/27
tarix15.03.2017
ölçüsü2,29 Mb.
#11341
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

Anasını həqarətlə öldürən bir şəxsi xalqın danlaması




Bir cavan hirslənərək anasına qıymışdı,


Xəncərlə yaralayıb, yumruqlarla döymüşdü.

Birisi ona demiş: - Sən öz rəzilliyindən,

Ana məhəbbətini, çıxarmısan qəlbindən!

Sən doğmaca ananı, niyə öldürdün, söylə?

Nə əməl sahibiydi, sən onu vurdun böylə?

Bir kəs öldürübmü heç, anasın ey vicdansız?!

O sənə neyləmişdir, söylə görüm, ey qansız?!

Dedi: - O bir iş görmüş, deməyə edirəm ar!

Öldürdüm, bundan sonra eybi torpaqda qalar,

Məni müttəhim etdi, həlak eylədim onu!

Gorunun torpağında, qana bələdim onu!

Deyərdi: - Onu öldür, mənim çox zirək oğlum!

Təkid edərdi, hər gün, bir şəxsə qatil olum!

Öldürərək onu mən, daha qurtuldum ondan,

Onun hülqumun kəsmək, yaxşı xalq hülqumundan!

O pis xasiyyət «ana», sənin nəfsin kimidir,

Onun fəsadlarıdır, canında kin kimidir.

Sən öldür həmin nəfsi, alçaq xasiyyətlini,

Qəsd edərək kəsirsən, hər an bir yad əlini.

Onunçun bu xoş dünya, sənə çox-çox dar gəlir,

Onun xətrinə Haqqla, nahaqq döyüşlər gəlir.

Nəfsini öldürdünsə, qurtulmusan günahdan!

Sənin düşmənin olmaz, qurtularsan tamahdan.

Dediyimizə əgər şübhə gətirsə biri?

Ənbiya, övliyaya baxarsa əyri-əyri?

Nəfsi öldürmək lazım, nəbi-ənbiyanı yox!

Onsuz da düşmənləri, onların həmişə çox!

Qulaq asma onlara, savab istəyənlərə,

Eşit oxşar günahı, cavab ver, deyənlərə.

Həmin inkar edənlər, özlərinə düşməndir,

Özlərin incidirlər, sancma özlərindəndir.

O düşmən, düşməndir ki, canlara qəsd eyləyir,

Düşmən ona deməzlər, cana özü can deyir.

Günəş yarasalara heç də bir düşmən deyil,

Düşməni özüylədir, hicabla imən101 deyil.

Günəşin parıltısı, onun canını alar,

Əzabı günəş çəkməz, onun canında qalar.

Düşmən ona deyərlər, ondan əzablar gələr,

Günəş maniə olmaz, qızıl özü gizlənər.

Kafərlərin özləri-özünə mane olar,

Peyğəmbərlərin nuru, onlardan azad qalar.

Gözlər hicabı, nə vaxt xalqlar üçün yaranar?

Xalq özünün gözlərin çəpgöz edər, korlanar.

Bir hindu qulamını, ağa incitsə əgər,

Ağanın qovğasından, qulam özün öldürər.

Sarayın çardağından, özünü yerə atar,

Ağa ziyan edibsə, özünə divan tutar.

Əgər xəstə olarsa, təbib bəyan edəcək,

Uşaq ədavət etsə, ədib102 bəyan edəcək.

Həqiqətdə özləri, canlarına qabildir,

Ağılın yollarında, öz yolları batildir.

Günəşin şüasını, ondan qəzəblə alsa,

Balıq tutanda,özün qəzəblə suya salsa,

Sən çox yaxşıca düşün, onun kimə ziyanı?!

Sonuçda baxtı dönər, tez-tez qaralar qanı.

Haqq səni yaradıbsa, surətdən idbar əgər,

Olma sürətdən, həm də daxilindən eybəcər!

Ayaqqabın vardırsa, yalnız daşlıqda getmə,

Iki budaqdasansa, dörd budağa cəhd etmə.

Ayaqqabın var deyə, çınqıllı yolla getmə,

Iki buynuzun varsa, dörd buynuza can atma.

Sən həsəd aparırsan , filankəsdən əskiyəm?!

Əskikliyin artacaq, bəxt sönəcək dəmbədəm.

Həsəd öz-özlüyündə canların nöqsanıdır,

Bəlkə də eyiblərin, ən əskik ad-sanıdır.

Iblis də əskikliyin, bədnamlığın arından,

Yüz dəfə, daha artıq düşdü etibarından.

Həsəddən istəyirdi, yüksək olsun rütbəsi,

Rütbəyə yüksəlmədi, pis oldu nəticəsi.

Bu Cəhl Məhəmmədə «pis» damğası vururdu,

Həsədin təsirindən özün yüksək tuturdu,

Adı Bul Həkəm idi, döndü oldu Bu Cəhil.

Çoxlu həsəd çəkənlər bədbəxt olmuş, sən də bil!

Mən bu mülki-cahanda, çox axtardım görmədim,

Xalqı önəmli gördüm, başqa yardım görmədim.

Nəbilərə köməkçi, Haqq buyurmuş onları.

Xalqın mənliyi olsa, getməz həsədə sarı.

Ötüş, keç fəzilətdən, zirəklikdən, hiylədən.

Xalqına xidmət göstər, qoy qalsın razı səndən.

Bir şəxsin, Tanrısından arı olmasa əgər,

Həsəd onu alçaldar, əbədi əzab çəkər.

Bir şəxsi özün kimi, təsəvvür etsən əgər,

Həsədli baxışların ondan əlini çəkər.

Rəsulun böyüklüyü, elə ki, təsdiq oldu,

Həsədin qapıları, kimsəsiz bağlı qaldı.

Axirət gününədək həmişə Vəlimizdir,

Qiyamətin günündə, köməkçi Nəbimizdir.

Həyatın sonuçunda, Vəliyyi- qaim bizə!

Qiyamət gününədək köməkçi daim bizə!

Hər kim xoş qılıq olsa, yüksək məqama çatar,

Könlü çox kövrək olar, bir şüşətək tez çatlar.

Həmişə yaşarİmam, həm vəliyyi qaimdir!

O Əli nəslindəndir, mətanəti daimdir!

Mehdidir, Hadidir o, əməli düzİmamdır,

Həm gizlidir görünmür, həm də ali-məqamdır.

O bir nur şüasıdır, Cəbrayıl ağlı var, ha!

Bizlərin Vəlisidir, qəndildir qaranlığa!

O qəndil bizlər üçün bir nur məkanı kimi,

Nurları hissə-hissə düzən məqamı kimi.

Haqq Nurunun, yeddi yüz pərdəsi olduğundan,

Çoxlu təbəqələrdə bil ki, var pərdə nurdan.

Hər pərdə arxasında bir millətin məqamı,

Səf-səf düzülmüş onlar, sonra Zamanİmamı!

Son düzülüş əhli də, özü zəifliyindən,

Gözlərinin gücü yox, gözü zəifliyindən.

Həmin o düzülüş də, gözün öz ədəbindən,

Işığa dözə bilməz, zəiflik səbəbindən.

Ilkin həyat rəmzidir, nur səpən işıqlılıq,

Bu çəpgözün fitnəsi, peşəsi əzablılıq.

Çəpgözü olan kəslər, yavaş-yavaş azalar,

Yeddi yüzdən enəndə özün nəzərdən salar.

Dəmir, yaxud da qızıl, hazırlayan bir ocaq,

Alma, armudu necə hazırlaya biləcək?!

Alma, armud xaməsi, çox gözəl maddədəndir,

Dəmirtək parıldamır, bu incəlik nədəndir?!

Dəmiri lətif edən, ocaqda şölələrdir.

O əjdaha şöləni, cəzb edən maddələrdir.

O dəmir söyuq ikən bərkləşər,özəlləşər,

Altında ocaq yansa, qızarar, gözəlləşər.

Atəşlərin hicabı, vasitəsiz yaranar,

Atəşin daxilində, toxunmadan odlanar.

Sular, ona oxşayan maye, hicabsız olsa,

Od üstdə qaynayarmı, əgər o qabsız olsa?!

Bu işdə vasitəçi, ya qazan, ya çölməkdir,

Sanki ayağın biri, digərinə köməkdir.

Ya məkan arasında, açıq havaya qədər,

Şölə yanar, sızlayar, səsi nəvaya gələr.

Xülasə kasıb odur, onun vasitəsi yox,

Vücuduyla şölənin, olar rabitəsi çox,

Sonra kasıb odur ki, «həyat çeşməsin» alar.

Həyat çeşməsi onda, qiyamətədək qalar.

Nəhayət ürək onun aləmidir bədəndə,

O ürək köməyiylə öyrən sənəti, sən də.

Qəlb olmasa nə bilər, bədən söz sormaq necə,

Qəlb axtarmasa bədən bilməz axtarmaq necə.

Xülasə şüaların dəmirdir sındıranı,

Bədəndəki qəlb deyil, Haqqın baxış məkanı.

Yenə bu parçalanmış qəlblər bədən kimidir,

Qəlb ilə, qəlb sahibi, ona mədən kimidir!

Misalı şərhi-halı, olacaq bu kəlamın,

Lakin qorxuram ki, mən yoldan azdıra hamın.

Yaxşılığa yamanlıq edilməyibsə, ey dil,

Dediklərim də mənim yaxşılıqdır, pis deyil.

Əyri ayaqçın yaxşı, əyri ayaqqabıdır,

Dilənçiyə oyuncaq bu qapı, o qapıdır.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin