Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə173/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   166   167   168   169   170   171   172   173   174
Qusar beşiyim тғтт
____________ 3 9 1


Elbrus 
Şahmar
yaşadanlara  eşq  olsun  deyirəm.  Tacik  şairi  Baqi  Rəhim­
zadə demişkən:
Ömrünü-gününü elə verənlər,
Ellərin qəlbində yaşayan olar.
Bu  məqamda  yadıma  Bəhram Nəsibovun  «Barı yada 
sal məni» mahnısının sözləri düşür:
Sevirəm çəməndə gülü-çiçəyi,
Gələndə ilk bahar, xatırla məni.
Öpsün yanağını dağlar küləyi,
Dinəndə kaman-tar xatırla məni.
Torpağı bəzəsin bənövşə,  nərgiz,
Ruhuma doğmadır,  hər cığır,  hər iz.
Geniş sinəsini açanda dəniz,
Coşanda dalğalar, xatırla məni.
Fəsillər dəyişir ötdükcə zaman,
Vaxt olur həyatda dəyişir insan.
Mən səni unudan deyiləm,  inan,
Sən də ey gözəl yar, xatırla məni.
Hər ikimizin  ruhunun, düşüncəsinin məhsulu olan bu 
kitabda həqiqəti deməyə çalışdım.  Axı, həqiqət deyiləndə 
daha  dəyərli  olur.  Bir  də  ki,  böyük  hakim  və  mühakimə 
zamandı. Təki  zaman  öz sözünü  desin.  Zəlimxan  Yaqub 
demişkən: «Yaxşı ki, hər əməlin son hakimi zamandı».
Bir  daha  qeyd  edim  ki,  Zeynəddin  müəllimlə  mən, 
həm  ötənləri,  keçənləri,  həm  də  bu  günümüzü  bir  daha 
xatırlayıb  oylaq-oylaq  gəzdik.  Gəzdik  ki,  oxucu  sevin- 
392______
çimizə, ağrılarımıza da şərik olsun.  Və fikirlərimizin  pöh­
rəsi  olan  bu  yazılarımızın  çiçəklənməsinin  də  şahidi 
olsunlar.  Göründüyü  kimi,  əsərimin  qəhrəmanı  da  hər 
birimiz  kimi  ömür  sürür,  həyatda  uğurları  da  olub, 
uğursuzluqları  da.  Ancaq  o,  xalq  üçün  çox  işlər  görüb, 
hər işi  tən-dürüst etməyə çalışıb,  bəzən  ona  nail  olmadığı 
məqamlar  da  olub,  arzularının  çilikləndiyi  zaman  da. 
Ancaq  heç  vaxt  ləyaqət  hissini  itirməyib,  insanlıq  adını 
həmişə də uca  tutub.  Şübhəsiz bu yazılarıma zamanın da 
ruhu  hopub.  Belinski  demişkən:  -   «Hər  bir  əsərdə  öz 
dövrünün möhürü olur.»
Onu da bilirəm ki...  Yox, yaxşısı  budur ki,  fikrimi  De 
Servantesin  bu  sözləri  ilə  oxucu  diqqətinə  çatdırım:  «Öz 
əsərini  çapa  verən  adam  çox  böyük  məsulliyyət  qarşı­
sında  qalır,  çünki  hamını  təmin  edə  bilən  əsər  yaratmaq 
mümkün deyil.» Böyük yazıçımız M.S.Ordubadi də gözəl 
deyib:  «Kitabı  oxucu  mühakiməsinə  vermək  yol  kəna­
rında ev tikdirməyə bənzər, hər görən ona bir irad tutar.»
Səksənində  səksənməyən  dostum  Zeynəddin  Çələ- 
bovun  yüzündə  də  üzülməyəcəyi  arzu  və  inamı  ilə  bu 
kitabımızı,  torpaqlarımızın  tezliklə işğaldan  azad  olacağı 
əminliyi  ilə,  bir  vaxtlar Qusarın  təbiətindən  ilhamlanmış, 
möhtərəm  şairimiz  Əhməd  Cavadın  bu  misralarını 
xatırladım:
M ə n   b ir  a şiq ə m ,  b u  ç a ld ığ ım  saz,
D u m a n lı d a ğ la r a  s ə s  sa la ca q d ır.
İ n lə t d iy im   te ld ə  a ğ la y a n  a va z,
E lin  x a t ir in d ə  ç o x  q a la c a q d ır!
Hörmətli  oxucular,  mən  sizin  Zeynəddin  müəllim 
barədə  qələmə  aldığım  bu  kitabdakı  fikirlərimlə  şərik
______________ __________________
Qusar beşiyim mənim
___________ 3 9 3


Elbrus Şahmar
olub-olmayacağımzı  dəqiq  bilmirəm.  Ola  bilsin  ki,  ara­
nızda  Zeynəddin  müəllimə  sayqıları  olmayan  da  olsun, 
bu olduqca  təbiidi. Axı, bir nəfər hamı üçün yaxşı ola bil­
məz.  Axı,  hamı  üçün  yaxşı  olmaq  da  yüksək  insani 
keyfiyyət  deyildir.  Bir  sözlə  oxucuların  kitab  barədə 
fikirlərini  normal  hal  kimi  qəbul  edirəm.  Ola  bilsin  ki, 
kitabımdakı  duyğu  və  düşüncələrim,  Zeynəddin  müəl­
limin ömür yolundan açıqlamalarım,  haqqa  tapınan oxu­
cuları  da  razı  salmasın.  Belə  hallarla  tam  razıyam,  ona 
görə  ki,  bunu  Zeynəddin  müəllimə  olan  oxucu  hörmət- 
ehtiramı,  istək və yanımlığı kimi qəbul edirəm.  Axı, o bir 
şəxsiyyət  kimi  mənim  fikirlərimdən  çox-çox  yüksəkdə 
duran  insandı.  Axı,  bir  köşə yazıda  elə  bir  insanın  ömür 
yoluna işıq tutmaq da mümkün deyil.
Hər  halda  mən  bir müəllif kimi dəyərli  vaxtlarını sərf 
edib  bizi  oxuduğuna  görə  öz  adımdan  və  Zeynəddin 
müəllimin  adından  minnətdarlığımızı  və  təşəkkürümüzü 
bildirirəm.
P.S.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin