Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


- Zeynəddin müəllim,  bildiyimə görə  Kərim  müəllim nə



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə103/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   99   100   101   102   103   104   105   106   ...   174
- Zeynəddin müəllim,  bildiyimə görə  Kərim  müəllim nə 
vaxtsa  böhtan  nəticəsində  həbs  olunub  və  onun  həbsdən 
azad  olunması  məhz  Sizin  fədakarlığınız,  onun  təqsirsiz 
olmaması yönümündə gördüyünüz işinizin nəticəsində olub. 
Xahiş edirəm ki, bir qədər də bu yöndə danışasınız.
-  1975-ci  ilin  sentyabr  ayı  idi,  gecə  olduğundan  yat­
mışdım.  Kərimin  oğlu  bizə gəldi.  Onun  vaxtsız gəlişindən 
narahat  oldum.  O,  mənə  xəbər  verdi  ki,  Kərim  böhtan 
nəticəsində  həbs  olunub.  Onu  da  qayıdıb  dedi  ki,  əmi, 
özün  bilirsən  ki,  atam heç vaxt,  heç kimdən  rüşvət alma­
yıb.  Məsələdən  hali  olan  anam  ağladığından  hövsələm 
lap  təlx  oldu.  Paltarımı  geyə-geyə  anama  dedim  ki,  ana, 
ağlama, sənin oğlun, qardaşım orda qalmağa çox qoyma­
yacaq, buna görə kişi kimi söz verirəm.
Bakıya  getdim,  Akademiyanın  prezidenti  Həsən 
Abdullayevlə  görüşüb,  onu  məsələdən  agah  elədim.  Onu 
da  deyim ki,  Həsən  müəllimlə Kərim dost  idilər,  dəfələrlə 
birlikdə,  özü  də  ailəliklə mənim  qonağım  olublar.  Həsən 
müəllim  mənə  dedi  ki,  bundan  xəbəri  olmayıb,  mən 
Kərimin  təmiz adam olmağına əminəm, yəqin  ki, üç günə 
onu həbsdən  azad etdirərəm.  Ancaq bizim söhbətimizdən 
bir  həftə  keçsə  də  Həsən  Abdullayevdən  bir  xəbər 
olmadı.  O  vaxt  Kərim  Bayıl  türməsində  yatırdı.  Çox 
çətinliklə  onunla  görüşə  bildim.  Kərim  mənə  dedi  ki, 
«Zeynəddin, yalan  deyirəmsə anamızın  halal çörəyi  mənə 
haram  olsun,  mən  heç  kimdən  rüşvət  almamışam,  mənə 
böhtan atıblar.»
2 0 6
-

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin