idi. Onun yoxluğu ürəyimdə ağır yük oldu, o kədərin bö yüklüyünü bu gün də, dünən olmuş hadisə kimi qəlbimə həkk eləmişəm. Kərim 1986-cı ilin iyul ayında Qusara, yanıma gəldi, rəngi-ruhu özündə deyildi. Sanki, gözlərindəki həyat eşqi öləzimiş, sönmüş, soluxmuşdu. Həmişə qaynar bir adam olan Kərim, o gün əldən düşmüş yüz yaşlı bir qocanı mənə xatırlatdı. Varımdan yox oldum o gün. Ваюуа gətirdim, bir müddət xəstəxanada müalicə olundu. Sonda həkimi mənə dedi ki, onu Moskvaya aparaq. Elə də oldu. Moskvada da dedilər ki, artıq gecdi, xəstəlik öz işini görüb. Və biz Bakıya qayıtdıq. 1986-cı il, dekabrın 28-də Kərimin ölüm xəbərini mənə verdilər. O, canını tapşıran məqamda ailə üzvlərinə vəsiyyət eləyib ю, mənim Zey nəddindən başqa güvəndiyim və yaxmım yoxdur, mənim