Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Deyin,  kimlər evinizdə qonaq  olub və kimləri  təbiətin



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə109/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   105   106   107   108   109   110   111   112   ...   174
-  Deyin,  kimlər evinizdə qonaq  olub və kimləri  təbiətin 
qoynunda, bulaq üstə qonaq eləmisiniz?
-  Mənim  qonaqlarım  saya  gəlməzdi.  Onları  sada­
lasam  uzun  bir  siyahı  alınar.  Ancaq  bir  neçəsinin  adını 
çəkməsəm  də olmaz. Təxminən  1964-cü ilin yay  vaxtı idi. 
Azərbaycan  Elmlər  Akademiyasının  prezidenti  Zahid
2 1 0
Xəlilov,  Azərbaycan  Pedaqoji  institutunun  rektoru, 
professor  Haşım  Ağayev,  yaxın  dostum  professor  Kərim 
Kərimov,  MK-nın  sabiq  katibi  Qəzənfər  Cəfərli  ailələri 
ilə  birlikdə  evimin  qonaqları  idi.  Bir  gün,  ailə  üzvlərimiz 
evdə  qaldı,  biz  kişilər  isə  Qusarın  «Qazanbulaq»  deyilən 
axarlı-baxarlı  yerinə  getdik.  Bulağın  suyundan  içib,  əl- 
üzümüzü  yuduq.  Daha  sonra  kabab  tədarükünə  başla­
dım.  Gördüm  ki,  hərə  bir  tərəfə  çəkilib,  heç  kim  mənə 
kömək etmək fikirində deyil.
Ona  görə üzümü  onlara  tutub,  yarıciddi,  yarızarafat 
dedim  ki,  bəyəm  mən  Sizin  alanızın  nökəriyəm,  burda 
hamımız  bərabərik,  ayağa  durun,  hərəniz  bir  işin  qul­
pundan  yapışın.  Onlar  da  gülə-gülə ayağa  durub  bu  işdə 
hər  biri  mənə  köməkçi  oldu.  Elə  ki,  kabab  hazır  oldu, 
baxdıq  gördük  ki,  boşqab  götürməmişik.  Dedilər  bəs 
necə olacaq.  Dedim  narahat olmayın,  hər şeyin  bir çarəsi 
var.  Bu  sözü  deməyimlə  də  maşınımın  disk  qapaqlarının 
dördünü  də  çıxardıb  bulaq  suyunda  yaxşı  yaxşı  yuyub- 
quruladım,  sonra  hazır  olan  kababları  onların  içinə 
çəkdim.  Mənim  bu  «kəşfim»  həm  təəccübə,  həm  də 
gülüşə səbəb oldu.  Zahid  Xəlilov da  qayıdıb dedi  ki.  belə 
bir şey bizim heç birimizin ağlına gəlməzdi.
1964-cü  ildə  Bəxtiyar  Vahabzadəni  də  «Qazanbu- 
laq»da  qonaq  eləmişəm,  hər  ikimiz  təbiətin  gözəlliyini 
seyr  edib  onun  sehrinə  düşmüşük.  O  gün  yaxşı-yaxşı 
yeyib  içdik,  o  da  bir,  iki  bənd  şeir  dedi,  mən  də.  Sonra 
qayıdıb  bunu  da  dedi  Bəxtiyar  müəllim:  -  «şair  olub  bu 
füsunkar  gözəlliyin  qoynunda  şeir  deməmək  böyük 
günah olardı.»
Şair  bu  sözündən  sonra  yenə  bir-iki  bənd  şeir  dedi. 
Onu  da  əlavə  etdi  ki,  yazdığı  şeirləri  yaddaşında  az
______________________________
Qusar beşiyim rroııim
2 1 1


qaldığı üçün çox şeir deyə bilmir.  O gün mən də bir bənd 
dedim:
Dörd yanımız allı çiçək.
Badələri doldur içək.
Hərəmiz öz yarımızın,
Dağlarda da nazın çəkək.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin