Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


Zeynəddin  müəllim,  üzr  istəyirəm,  axı,  Siz  həmin



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə104/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   100   101   102   103   104   105   106   107   ...   174
  Zeynəddin  müəllim,  üzr  istəyirəm,  axı,  Siz  həmin 
vaxt  internatın  direktoru  idiniz.  Bəs,  rəhbərliyə  demədən 
Bakıya getməyinizdən ehtiyatlanmırdınız?
-  Hə,  onu  deməyi  unutmuşam.  O  vaxt  Bakıya  get­
məmişdən  əvvəl  işdən  azad  olmağım  barədə  ərizə  ilə 
rayon  PK-nin  birinci  katibi  Sultanməcid  Hacıbalayevin 
yanında  oldum,  ərizəni  oxuyub  təəccüblə  üzümə  baxdı, 
sizi  başa  düşmədim,  dedi.  Onu  məsələdən  hali  elədim.  O 
da  kişilik  elədi,  dedi  ki,  ərizəni  götür,  ancaq  yerini 
bacarıqlı  bir  müəllimə  tapşır,  heç  kimə  heç  nə  demədən 
Bakıya  get.  Ancaq  bu  işin  müsbət  həlli  çox  çətin  olacaq. 
Dedim  ki,  onu  bilirəm,  ancaq  Kərim  müəllimin  təmiz­
liyinə də arxayınam, öz gücümə də.
Hə,  qardaş,  türmədə  Kərimə  tapşırdım  ki,  heç  kimə 
ifadə verməsin,  belə hərəkət sənin  hüququndu,  mən  sənin 
işinlə  məşğul  olacam,  inanıram  və  əminəm  ki,  bu  yaxın 
günlərdə səni həbsdən azad etdirəcəm.
Elə  həmin  gün  Moskvaya  getdim.  Kərimin  dostu, 
SSRİ-də  böyük  şöhrəti  olan  akademik  Xəlil  Əhmədoviç 
Raxmatulinlə görüşüb,  onu  məsələdən  agah  elədim.  Onu 
da  deyim  ki,  o,  Kərimlə  Qusarda,  həm  internatda,  həm 
də  evimdə  qonağım  olmuşdu,  məni  yaxşı  tanıyırdı. 
Onunla  SSRİ  Elmlər  Akademiyasının  prezidenti,  aka­
demik  Keldişin  yanında  olduq  və  nəticədə  akademik 
Keldişin,  akademiklərdən  Raxmatulinin,  Sidrovun,  Ley- 
sanski  və  İlyuşinin  imzası  ilə  Azərbaycan  KP-sı  MK-niıı 
birinci  katibi  Heydər  Əliyevin  adına  teleqram  vurulub, 
xahiş  olundu  ki,  istintaqın  gedişatına  nəzarət  etsin.  Onu 
da qeyd  etmişlər  ki,  Kərim  Kərimov  həm  böyük  alimdir, 
həm  də  təmiz  insandı.  Ona  görə  də  onun  səhhətinə  də 
qayğı göstərilməlidir.
_________________________________
Qusar beşiyim tmnim
207


•Elbrus Şahm ar

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin