Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Zeynəddin  müəllim,  deyin,  XXI  əsrə  düşən  ömür



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə126/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   122   123   124   125   126   127   128   129   ...   174
-  Zeynəddin  müəllim,  deyin,  XXI  əsrə  düşən  ömür 
payınızı necə yaşayırsınız?
-  Guşənişin  həyat  sürürəm,  həmişə  məsuliyyətli  vəzi­
fələrdə işləyən, gecənin-gündüzün nə olduğunu bilməyən, 
istirahət  nə  olduğunu  yetərincə  eləyə  bilmədiyim  haldı, 
XXI  əsri  istirahətdə  keçirirəm.  Əslində  ona  istirahət  də 
demək  olmaz,  ona  görə  ki,  əsil  istirahət,  zəhmətdən, 
əməkdən,  görülən  işdən  sonra  olur.  Ancaq  mən  «Kitabi- 
Dədə  Qorqud»da  Qazan  xanın  dediyi  kimi  yata-yata 
yanımız  ağrıdı,  dura-dura  belimiz.  Üstəlik  bir  neçə  dəfə 
üzərimdə cərrahiyyə əməliyyatı aparılıb.  Bununla bərabər 
həyat  inamım,  yaşamaq  yanğım  sozalmayıb.  Düzdür 
dostlarımın  sırası  seyrəlib yaşadığımız bu yeni əsrimizdə. 
Onların  bir çoxu dünyalarını dəyişib, bəziləri də etibarsız 
çıxıb  mənə.  Ancaq  nə  etmək  olar,  bu  həyatdı,  onun  çox 
üzü var. Əlbətdə, dediyim hallar mənə ağır gəlir, nə yaxşı 
ki,  mənə sadiq  olan  həyat yoldaşım və az da  olsa hələ də 
münasibətini  dəyişməyən  dostlarım  var.  Yoxsa  dərddən, 
fikirdən  adamın  ciyərləri  də  xəfənək  bağlayar,  suçəkən 
kağızlara bənzər.
Hələ  ki,  bu  da  bir  ömürdü,  yaşayıram,  təki  sağlıq 
olsun,  təki  tezliklə  torpaqlarımız  işğaldan  azad  olsun, 
yurd  həsrətində  olan  yüz  minlərlə  insan  kimi  mənim 
dostum  Elbrus  Şahmar  da  ata  ocağına,  ana  yurduna 
ziyarətə gedə bilsin.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin