dilək diləyirəm ki, 100 yaşınızın tamamında barənizdə söz söyləyim, təbrik yazım. Ya qismət! İndilikdə, müsahibəmizin sonlarında Sizə belə bir sual la müraciət edirəm. Deyin, bu həyatdan nə kimi istəyiniz var? - Əziz dost, bildiyiniz kimi insan öz ömrünün bütün
çağlarında, bütün məqamlarında arzularla yaşayır. Arzu
lar sona yetəndə ömür də tamamlanır. Əlbətdə, ömrün
qışında mənim də istək və arzularım var. Onlardan bəzi
ləri öz əksini cənubi Azərbaycan şairi Behcət Kamalın bir
bənd şeirində tapıb:
Bir qadın istəyirəm, ruhumu soymaq üçün, Bir cüt diz istəyirəm, başımı qoymaq üçün. Bir ana istəyirəm, üstündə ağlamağa, Bir iman istəyirəm, uğrunda baş qoymağa. Onu da deyim ki, xoş və xeyirxah əməllər insan öm
rünün bəzəyidir. Elə əməllərin uzunluğu, elə, insan ömrü
2 4 8
nün uzunluğu deməkdir. Bir də şərt ömrünü ibadətdə
keçirmək deyil, yuxarıda dediyim kimi insanlığın ən
böyük ölçüsü xeyir əməllərlə yaşamaq, bəd işlərdən uzaq
durmaqdır. O mənada mən bu vaxta kimi sürdüyüm
ömür payımdan narazı deyiləm və Allahdan da diləyim
odur ki, bundan sonra nə qədər ömrüm varsa əvvəlki
kimi yaşaya bilim, kimlərə əl tuta bilməsəm də, bəd
işlərdən uzaq olum. O mənada Mirzə Şəfi Vazeh insanın
böyüklüyünü onun el qayğısı çəkməsində və bir də sınıq
ürəkləri tikməsində görürdü.
- Zeynəddin müəllim, hansı şair və yazıçıları oxumağı