Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə137/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   133   134   135   136   137   138   139   140   ...   174
Elbrus Şafımar
-   duyana  yazıram.  Yazdıqlanm  heç  bir  əhəmiyyət  kəsb 
etməsə  də,  həmin  anda  mənəvi  rahatlıq  tapıram.  Həyə­
canlı  vaxtlarımda  məni  sakitləşdirir,  d?rdli  vaxtlarımda, 
müəyyən mənada təsəllim olur.
Gündəliyimi  hələ heç kim  oxumayıb.  Ondan  bir neçə 
yazımı nümunə üçün qeyd edirəm.
1  may  1980-cı  il:  Bayrama  kəndə  gəlmişəm.  Bu  gün 
evimizdə  də  əsil  bayramdır.  Qardaşımın  bir  oğlu  da  bu 
gün  dünyaya  göz açdı.  Kəndimiz  lalə bayramı  keçirir elə 
bil.  Hər yan qırmızıya çalır.  Hər il olduğu kimi, bir qucaq 
lalə  dərib  gətirmişəm.  Evimizin  künc-bucağmı  lalələrlə 
bəzəmişəm.
7 dekabr  1981-ci il:  M.F.Axundov adma kitabxana... 
Musiqi  zalı.  Mən  çox  kədərliyəm.  Musiqi  dinləyirəm, 
həm  də  yazıram.  Qəlbimin  naləsini,  şikayətini  segahın 
naləsinə  qatıram.  Habilin  kamançası  insan  kimi  dil  açıb 
böyük  bir  qəmdən  danışır,  adi  dillə  deyilməsi  mümkün 
olmayan şeyləri anladır...
Mən  çox  utanıram.  Cılız  duyğularımdan  utanıram. 
Bu  böyük  qəmin  yanında  öz  kədərim  mənə  çox  kiçik, 
mənasız görünür...
«Bayatı  Şiraz»  sonra  da  «Çoban  bayatı»  Soltan 
Hacıbəyovun «Karvan»ı məni ağuşuna alıb uzaqlara, çox 
uzaqlara арапг.  Musiqinin qüdrəti böyükdür! Adi halım­
da  ucala  bilmədiyim  yüksəkliklərə,  mən  musiqi  qanad­
larında yüksəlirəm...
13  dekabr  1982-ci  il:  Ey  mənim  sirdaşım,  ey  mənim 
keçən  günlərimin  yadigarı!  Hər səhifəsində ürəyim döyü­
nən  gündəliyim!  Neçə  vaxtdır  sənin  üzünü  açmıram. 
Bəzən  insanın  deməyə sözü olmadığından susursa,  bəzən 
də sözün çoxluğundan susur..;
2 7 0
Bu  günlər  mənim  həyatımda  çox  məhsuldar  olub, 
özümə  əqidəli  dostlar  tapdığım,  sənətimin  sirlərinə  yiyə­
ləndiyim günlərdir, bu günlər.
İndi  111  saylı  orta  məktəbdə  pedaqoji  praktika  keçi­
rəm.  Bu gün VIII sinifdə «Cəbr»dən dərs keçmişəm.  Dər­
sim  əla  keçib.  Praktika  rəhbəri  metodist  Sadıq  Sadıqov 
məni  çox  təriflədi,  dedi  ki,  mən  bilikdə  birinci  olmasam 
da,  metodikada  birinci  yerdə  olacağam.  Doğrudan  da. 
məndə auditoriyanı  tez ələ almaq  qabiliyyəti  var.  Qəlbim 
fərəhdən  qanadlanıb  uçmaq  istəyir.  Mən  bu  peşəni  çox 
sevirəm.  Görəsən,  dərs  deməkdən,  öyrətməkdən  usana- 
cağammı? Mən artıq öz uşaqlıq arzuma çatmaq  üzrəyəm, 
müəllim olacağam!
Gör mən  nə qədər məsul, müqəddəs bir sənətin sahibi 
olacağam.  Mənə  gələcəyimiz  olacaq  uşaqların  təlim- 
tərbiyəsi  tapşırılacaq.  Bunun  öhdəsindən  gələcəyəmmi, 
bacaracağammı?
Yox,  mən  hələ  çox  oxumalı,  çox  öyrənməliyəm. 
Bunun üçün gecə-gündüz çalışmalıyam.
İlahi, ona görə mənə güc, qüvvət və öyrənmək yanğısı 
ver!..
17  mart  1982-ci  il:  Bu  gün  təyinat  bölgüsü  idi.  Qusa­
ra,  bir  yer  də  yoxdur.  Qusarlı  uşaqlardan  biri  atasını 
gətirib,  birisi  dayısım.  Mənim  dalımca  gələnim  yoxdur. 
Yalnız  ümidim  Allahdır,  sakitcə  öz  növbəmi  gözlədim. 
Növbəm  gələndə  isə  nazirliyin  nümayəndəsi  Nəcəf 
müəllim məni gah Zərdaba göndərirdi, gah  da  Kəlbəcərə. 
Mən  isə  dedim  ki,  mənim  üçün  fərqi  yoxdur,  onsuz  da 
atam  məni  başqa  rayonlara  buraxmayacaq.  Heç  gözlə­
mədiyim  halda  rektorumuz  Afat  Qurbanov  sənəd  qovlu­
ğunun  üstünə  «Qusar»  yazdı.  Nəcəf müəllim  çaşdı,  «axı
_________________________________
Qusar beşiyim rmnim
271



Elbrus Şahmar
orada  boş  yer  də  yoxdur» -  dedi.  Afat  müəllim  amiranə 
bir səslə:  «qız  Qusara  gedəcək»  -  dedi.  Nə  baş  verdi?  Bu 
vaxta qədər mənim üçün heç bir əhəmiyyət kəsb etməyən, 
yalnız  rektor  kimi  tanıdığım  bir  insan  mənim  gözümdə 
birdən-birə ucaldı.  İnsan ədalətlə rastlaşanda,  təmənnasız 
yaxşılıq  görəndə,  xeyirxahlığın  yer  üzünü  hələ  də  tərk 
etmədiyinə inanır...
Allah Afat Qurbanova rəhmət eləsin!
25-26  sentyabr  1982-ci  il:  gecədir.  Bəyaz  bir  gecə. 
Aylı-ulduzlu,  nurlu  bir gecə.  Bu  gecə qədər də əsrarəngiz 
olan,  ruha  qanad  verən  musiqi  dinləyirəm.  Bütün  bu 
sirli-sehirli heyət məndə pünhan duyğular yaradır.
Fikirlərim,  düşüncələrim  yuvalarından  perik  düşmüş 
quş  kimidir.  Parakəndə  düşüncələrimi  tptub  bir  cığıra 
sala bilmirəm...
Doğma  kəndimin  gözəlliyinə  söz  ola  bilməz.  Demək 
olar  ki,  darıxmağa  vaxtım  da  yoxdur.  Sevdiyim  işlə 
məşğulam.  Çoxlu  mütaliə  eləyirəm.  Lakin  elə  bir  an 
yoxdur  ki,  əziz dostlarım  üçün  darıxmayım,  onları  xatır­
lamayım.  Onlarla  olduğum  zaman  bu  bağlılığı  belə  də­
rindən  duymamışam.  Ayrılıq  onlara  olan  məhəbbətimi, 
sevgimi  daha  da  alovlandırdı.  Sevincli  anlarımda  istə­
yirəm yanımda olasınız, sevincimə şərik çıxasınız.  Kədərli 
vaxtlarımda  sizi  arzulayıram,  qaçıb  yanınıza  gəlmək 
istəyirəm.  Sizinlə  olub  qəlbimi  ovundurmaq  istəyirəm. 
Hələ də  inana  bilmirəm  ki,  həmişəlik  ayrılmışıq,  hərəmiz 
bir rayona düşmüşük.  Elə bilirəm, bir gün hamımız Bakı­
ya,  elm-sənət  ocağımıza,  bizi  birləşdirən  əziz  şəhərimizə 
dönəcəyik, bir yerdə olacayıq.  Yeganəm, təkcəm,  bircəm! 
Sonra  da  Tamam,  heyrət  ediləcək  qədər  saf,  təmiz, 
əqidəli bir insan!  Mehparəm, Sədayəm,  İradəm,...
2 7 2 _________________

---
---
---
---
---
---
--


Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin