Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə138/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   134   135   136   137   138   139   140   141   ...   174
Qusar beşiyim nan im
Z.Çalobovun bacısı oğlu 
Yaşar  İslaınm


'Ilbrus Şahmar
Malik Ataşov
Arif Xəlilov
Əli  Xəlilov
Hikmət  Hüseynov
274
Qusar beşiyim nan ini
S
o
ld
a
n
 -
 Nis
cn 
d
ay
ı,
 s
a
ğd

Ş
ah
da
ğ.
 X
ıırav. 
S
m
 а
с
а


 Ə
ııi

kəndləri


2
7
7
‘E
lb
ru
s Şa
fu
rn
r
____
____
____
____
____
____
____
__I
____
____
____
____
__
_
____
____
____
Q
u
sa
r b

iy
im
 t
rv
m
im


‘I& rus Şahmar
Elbrus Şahmar,  Zeynəddin Çələbovla 
üz-üzə söhbət zamanı
Soldan Z.Çələbov dostları ilə
278
Qusar beşufim rraııim
Z.Çələbov xanımı ilə


'E lbrus Şa h m a r
Z.Çəlabov: - Məni 
yaşadan arzu və istək­
lərim, məhəbbətim və 
xeyir  məllərimdir.
Ciyərparalarım.  Ah,  yalnız  indi  duyuram  əsil  dostluq 
nədir, dostsuz yaşamaq necə də ağırdır!
Yalnız 
məktublarınızı 
aldığım 
günlər 
xoşbəxt 
oluram...
27  sentyabr  1982:  Dərs  dediyim  məktəbin  vəziyyəti 
məni  çox  kədərləndirir.  Hər  şey  formal.  Dərs  var,  dərsin 
keyfiyyəti,  mahiyyəti  yoxdur.  Tərbiyə  var,  mahiyyəti 
yoxdur.  Müəllim  çoxdur,  öyrədən,  həqiqi  bilik  verən  az. 
Dərs  saatı  üstündə  bəziləri  bir-birilərini  qırır,  müəllim 
adını, şərəfini qorumağı isə unudurlar.
Axı  yazıq  uşaqların  nə  günahı  var  ki,  belə  üzdəniraq 
mənəviyyatsızların  əlinə  düşür,  onlardan  «tərbiyə»  alır­
lar.  Bilirəm  ki,  bütün  bu  qara  qüvvələrə  qarşı  durmaq, 
hər şeyə birdən-birə nail olmaq qeyri-mumkundur.  Lakin 
göz  görə-görə  çirkinliyə  dözmək  dəhşətli  dərəcədə 
əzablıdır.
30  sentyabr  1982-ci  il:  Bu  gün  şagirdlərimi  daha 
yaxından  tanımaq,  onları  daha  yaxşı  öyrənmək  məqsədi 
ilə,  onlarla  gəzintiyə  çıxmışam.  Onlara  tam  sərbəstlik 
vermişəm, birlikdə gülür, danışır, söhbət edirik.
Uşaqlara  baxıram,  maskasız  üzlər,  riyasız  təbəssüm­
lər,  həyalı  sifətlər  görürəm.  Lakin  onların  tərbiyəsi  elə 
əllərdədir  ki,  bu  təmizliyi,  həyatı  sabah  nə  əvəz  edəcək, 
demək  çətindir.  Ailədə  onlara  yalnız  özləri  üçün  yaşa­
mağın  yollarını  öyrədirlər.  Bir çox  məktəblər də,  artıq  nə 
bilik,  nə  də  tərbiyə  ocağıdır.  Məktəb,  çox  vaxt  bəzi 
«müəllim»  adlanan,  bu  müqəddəs  adı  daşımağa  layiq 
olmayan  təsadüfi məxluqlar üçün, sadəcə, çörək ağacıdır. 
Onları  nə  uşaqların  biliyi,  nə  tərbiyəsi,  nə  də  taleləri 
düşündürür.
_________________________________
Qusar beşiyim rmnim
281


Ъ(brus Şahmar
2  may  1983-cü  il:  Bu  gün  dağa  getmişdim.  Doğma 
çölləri,  çəmənləri  gəzib  -   dolandım.  Bir  dəstə  bənövşə 
yığıb gətirmişəm.  Elə gözəl  ətri var ki.  Onlar elə zərif, elə 
kövrəkdirlər  ki.  Onları  dərdikcə  qəlbim  də  riqqətdən 
titrəyirdi.  Düz  dörd  il  idi  ki,  ilk  baharı  Bakıda  qarşı­
lamalı olurdum.  Elə bil heç nə dəyişməyib, hər şey dörd il 
bundan  qabaqkı  kimidir.  Hər  kolun  dibindən,  elə  bil, 
uşaqlığım  boylanırdı.  Cığırlarda  izimi  axtarırdım. 
Burada hər kol, hər ağac mənə tanışdır...
19  yanvar  1985-ci  il:  Zeynəddinimə  həsr  etdiyim 
sətirlərdən...  Mənim doğum günüm...
Mən  dünyaya  yalnız  sənin  üçün,  səni  sevmək  üçün 
gəlmişəm, bunu bil!
Bu ömür sənindir, səninlə birlikdə olmaq  üçün verilib 
mənə!
Bu ürək sənindir, gecə-gündüz o sənin üçün döyünür, 
onu başqasına verə bilmərəm, ondan imtina etsən belə!
Bu  gözlər  sənindir,  onlar  hər  zaman,  hər  yerdə  səni 
axtarır.  Onların  dərinliklərində  yalnız  bir  varlıq  yaşayır. 
O,  sənsən!  Onlar  özgəyə  baxa  bilməz,  özgəsi  üçün  onlar 
yaddır.  Çünki,  yalnız,  sənə  baxmaq  üçündür.  Sən  onlara 
nəzər salmasan belə.
Bu  təşnə  dodaqlar  sənindir!  Onlar  sənin  yollarına 
uğurlar  dilər,  sənin  üçün  nəğmələr  oxuyar,  sirli  sözlərlə 
pıçıldar.
Bu  əllər  sənindir,  həyatım  mənim!  Onlar  sənin  yol­
larına  qızılgül  ləçəkləri  səpmək,  arxanca  su  atmaq  üçün 
yaranıb.  Onlar  yalnız  sənin  pərişan  saçlarını  oxşamaq, 
sənin qayğını çəkmək üçündür.
Məndə  nə  varsa,  hamısı  sənin  üçündür,  eşqim, 
həyatım mənim!
282
___________________
Ah, gözlərindəki o ülvi kədəri qova bilsəydim! Amma 
yox, onu min cür hərcayi sevincə dəyişməzdim.
Həyatını  səadətlə  bəzəyə  bilsəydim!  Kaş,  sənin  qay­
ğını  çəkmək,  sənin  xidmətində  durmaq  həmişə  mənim 
nəsibim olsun!
İlahi, məni bütün bunlara layiq elə!
Zeynəddin  müəllim haqqında  bir daha danışmaq,  bir 
daha  söz  demək  istəyirəm.  Yanar  ürək  sahibi  bir  insan 
haqqında  söz  deməyə  dəyər.  Alovlu  ürəyini  məşəl  edib, 
şagirdlərinin  ömür  yollarını  işıqlandıran  bir  müəllim 
haqqında idi bu söhbət.  Əsil insan, əsil kişi, əsil  müəllim, 
əsil  dost,  əsil  ömür-gün  yoldaşı  haqqında  idi  bu  ürək 
çırpıntılarım.  Ancaq  onun  haqqında  nə qədər  desəm  də, 
nə  qədər  yazsam  da  ürəyimdən  tikan  çıxarda  bilməyəcə­
yəm.  Ona  görə  ki,  o  mənim  dediklərimdən  və  düşüncə­
lərimdən  də  çox-çox  yüksəkdə,  əlçatmaz,  ünyetməz  bir 
ucalıqda dayanır...»
________________________________

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin