Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə134/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   130   131   132   133   134   135   136   137   ...   174
Qusar beşiyim rmnim
263


TlBrus Şahmar
Dünya  heç  zaman  yaxşılardan,  qədirbilənlərdən  xali 
deyil.  İllər  məhək  daşı  kimi  sadiq  dostları,  yaxınları 
tanımaqda  bizə  köməklik  edir.  Zaman  saxtalan,  vəzifə, 
süfrə  dostlarını  bizdən  uzaqlaşdırdı.  Və  bizi  təmənnasız 
sevənləri  bizə  daha  da  yaxınlaşdırdı.  Allaha  çox-çox 
şükürlər olsun ki, Zeynəddin müəllimin heç kimə ehtiyacı 
yoxdur,  o  heç  kəsə  möhtac  deyil.  Onu  həmişə  olduğu 
kimi,  indi  də,  sədaqətli  dostları  və  mənim  kimi  vəfalı 
həyat yoldaşı var.
Biz  Zeynəddin  müəllimlə  səyahət  etməyi  də çox  sevi­
rik.  Moskva  şəhərinə  toy  səyahətinə  getmişik.  Bir  insanı 
yaxşı  tanımaq  istəyirsənsə,  onunla  yol-yoldaşı  ol,  de­
yiblər.  Zeynəddin  müəllimlə səyahətdə olanlar yaxşı  bilir 
ki, çox səxavətli, deyib - gülən, yaxşı yumor hissinə malik 
olub, səyahətdən zövq almağı bacarandır.  Lvova, Kiyevə, 
Mahaçqalaya,  Dərbəndə  internat məktəbinin  müəllim  və 
şagird  kollektivləri  ilə  görüşə  getmişik.  İndi  də,  əgər 
ömür  vəfa  eləsə,  ikilikdə  dünya  səyahətinə  çıxmaq  arzu­
sundayıq.  İnşallah!
Təbiət  qoynuna  gəzintilərə  çıxmağı  çox  sevirik.  Yaz 
gələndən  meşələri,  çölləri,  dağları  gəzməkdən  yorulma­
rıq.  İkimiz  də  Qusarın  füsunkar  təbiətinin  vurğunuyuq. 
Zeynəddin  müəllimlə  birlikdə  Qusarın  demək  olar  ki, 
bütün  kəndlərini  gəzmişik.  Ləzə  kəndinin  camaatının, 
demək olar ki, hamısını tanıyırıq^ toy-bayramlarında işti­
rak  edirik.  Oradakı  hər  qaya,  şəlalə,  bulaq  bizə  tanışdır, 
doğmadır.
Biz  «Suval»ı  da  çox  sevirik.  Oranın  hər  kolu,  ağacı, 
çiçəyi,  xüsusilə  də,  «Qazan  bulağ»ı  bizə  doğmadır, 
əzizdir.
2 6 4
Zeynəddin  müəllim  də  mənim  qədər  təbiətsevəndir, 
romantikdir.  Yağış  sehrindən,  qar  möcüzəsindən,  dağla­
rın  böyüklüyə  səsləyən  əzəmətindən  qəlblərimiz  riqqətə 
gəlib,  vücudumuz  uçunub.  Ulduzlu  göyləri  birlikdə  seyr 
edib,  kainatın  sonsuzluğundan  heyrətə  gəlmişik.  Onu  da 
deyim  ki,  bircə  işarədən,  bir  sözdən  bir-birimizi  başa 
düşürük.
Tale  elə  gətirdi  ki,  Zeynəddin  müəllimlə  evlənəndən 
sonra,  mən  də  onun  direktor  işlədiyi  doğma  məktəbdə 
müəllim  kimi  fəaliyyət  göstərməyə  başladım.  O,  evdə  nə 
qədər  mehriban  olsa  da,  işdə  ondan  çəkinərdim.  Çox 
ciddi  və  tələbkar  idi,  davranışımızdan  tutmuş  geyim  - 
keçimimizə  qədər  hər  şeyin  müəllimə  uyğun  olmasını 
tələb  edirdi.  Yadımdadır,  bir  dəfə  məktəbə  qolları  şifon 
parçadan  olan  paltar geymişdim.  Tənəffüs  zamanı  müəl­
limlər  otağında  onunla  rastlaşdım.  Hamının  qarşısında 
mənə  dedi  ki,  bu  nə  geyimdir,  məktəbə  geymisən?  Dərs 
zamanı şagirdlərin  fikri  dərsdə yox,  paltarının  qollarında 
olacaq.  Get,  müəllim  kimi  geyinib  gələrsən.  Mən  pərt 
olub  qızardım.  Tez  evə  gəldim  və  paltarımı  dəyişib 
yenidən məktəbə qayıtdım.
Bir dəfə pedaqoji şuranın  iclası idi.  Mənim fənnimdən 
iki  şagird  «2»  qiyməti  aldığını  görüb,  bərk  acıqlandı  və 
soruşdu  ki,  niyə  şagirdlərin  «2»  alıb.  Cavab  verdim  ki, 
dərslərini bilmir.
-  Onda  sizin  işiniz  nədən  ibarətdir?  24  saat  müəllim, 
tərbiyəçi  nəzarətində  olan  uşaq  «2»  alırsa,  bəs  sizin 
işinizin adı nədir?
Dərs  hissə  müdiri  Malik  Ataşova  tapşırdı  ki,  sabah­
dan  «2»  alan  şagirdlərlə əlavə  məşğul  olmaq  üçün cədvəl 
tutulsun, müəllimlər onlarla dərsdən əlavə məşğul  olsun.
______________
Qusar beşiyim rmnim
________________ 2 6 5



Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin