Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə133/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   129   130   131   132   133   134   135   136   ...   174
Qusar beşiyim rmnim
261


'Elbrus Şahmar
Biz onunla yenidən görüşəndə, mən artıq Azərbaycan 
Pedaqoji  İnstitutunun  riyaziyyat  fakültəsini  bitirib,  Hil 
kənd orta məktəbində müəllimlik edirdim...
Biz  evlənməyə  qərar  verdik.  Bütün  tanış-bilişim, 
qohum-əqrəbam məni bu fikirdən döndərmək istədi.  Ailə 
üzvlərimiz  də  bu  izdivacın  əleyhinə  oldu.  Ona  könül 
verib sevdiyimə,  onunla evlənməyimə görə heç vaxt  peşi­
man  olmamışam.  Əksinə,  əgər yenidən  doğulsaydım,  ye­
nə  də  onu  seçər,  ömrümü  onunla  bağlamaq  istəyərdim. 
Onunla  birlikdə  sürdüyüm  ömrümün  hər  anı  mənim 
üçün maraqlı  və mənalı olub.  İstər evin təsərrüfat işlərin­
də,  istərsə  də  istirahətdə  və  gəzintilərdə  bir  yerdə  olmu­
şuq,  bir-birimizə  dayaq  durmuşuq.  Yaxşı  günlərimiz  də 
olub,  çətin  günlərimiz  də.  Heç  kəsin  minnətini  götürmə­
mişik,  heç  kəsdən  asılı  vəziyyətə  düşməmişik.  Əlimizin 
zəhmətilə dolanmışıq,  işləməkdən  həzz almışıq.  Xoşbəxt­
liyi,  səadəti  halal  zəhmətdə,  bircə  əməkdə  tapmışıq.  On­
dakı  yaşamaq  eşqi,  ruh  yüksəkliyi,  həyat eşqi  hər zaman 
məni də nikbin  olmağa  vadar edib,  məni  bədbin olmağa, 
həyatdan  küsməyə  qoymayıb.  O,  əlində  olanlara  görə 
şükür edən,  onlardan  həzz alandır.  Zərrə qədər də paxıl­
lığı  yoxdur.  Aza  qane olan,  əlinin  zəhmətilə dolananlara 
rəğbət  bəsləyən,  rüşvətxorlara,  mala-pula  hərislərə  nifrət 
edəndir.
Mən  özümü  onunla  hər  zaman  bəxtiyar  sanmışam. 
Bir-birimizdən ayrı qaldığımız günlərimizi barmaqla say­
maq  olar.  O  mənim  yanımda  olmayanda  özümü  tənha 
hiss  edirəm,  hər  yer  mənə  darıxdırıcı  və  maraqsız  görü­
nür.  Bizim aramıza girib, bizi ayırmaq istəyənlər də olub. 
Amma  niyyətləri  baş  tutmayıb.  Biz  bir-birimizi  yaxşı 
tamamlayırıq, bir-birimizdən ayrı özümüzü yanmçıq hiss 
262________________ ___
edirik.  Biz iki bədəndə bir can kimiyik.  Birimizin  kədəri o 
birinizi  də  kədərləndirər,  sevinci  isə  o  birimizi  də 
fərəhləndirər.
Aramızdakı  yaş fərqimizi heç vaxt duymamışam.  İllər 
ötsə də onun bahar duyğulu qəlbi daima gənclik  şövqi  ilə 
alışıb  yanmaqdadır.  Gənclərə  məxsus  coşqun  təbiətinin 
nəticəsidir ki, onun  əksər dostları özündən  qat-qat cavan 
adamlardır.  O  dostcanlı,  dostluqda  sədaqətlidir.  Qapısı 
daima  dost-tanışlarının  üzünə  açıqdır.  Axırıncı  tikəni  də 
onlarla  bölüşər,  köməyini  onlardan  əsirgəməz.  Dost  yo­
lunda ölümə belə gedər.  Belələri  haqqında deyirlər:  «Ona 
güvənmək  olar».  Nə qədər zəhmli  görünsə də,  qəlbi  uşaq 
qəlbi  kimi  təmiz,  kövrəkdir.  Ona  qarşı  pislik  edənlərə 
belə kin saxlamaz, onların səviyəsinə enib əvəz çıxmaz.
Zeynəddin  müəllim  dostlarına,  qohumlarına,  qonşu­
larına  qarşı  mehribandır,  onların  xeyir  və  şərində  ya­
xından  iştirak  edər,  sevinc  və  kədərlərinə  şərik  olar.  O, 
həmişə  haqq-ədalət  tərəfdarı  olur,  zəiflərin,  arxasızların, 
haqqı  tapdananların  tərəfini  saxlayır,  onların  haqlarının 
müdafiəçisi  olur.  Heç  vaxt  özünü  düşünməz,  başqala­
rının  harayına,  köməyinə  qaçan,  yetimə  əl  tutan,  kim­
səsizə  qahmar  çıxandı.  Bunlar  gəlişi  gözəl  sözlər  deyil. 
Birgə  yaşadığımız  illərdə  şahidi  olduğum,  iştirak  və 
müşahidə  etdiyim  belə  hadisələrdən  nə  qədər  desəniz 
misal gətirə bilərəm.
Mən  Zeynəddin  müəllimin  elədiyi  yaxşılıqları  bir-bir 
sadalamağı  lüzum  bilmirəm.  Bu,  başlara  qaxınc  olardı. 
Ancaq  yaxşı  olardı  ki,  bəziləri  özlərindən  soruşaydı  ki, 
bəs  biz  Zeynəddin  müəllimin  yaxşılıqlarına  necə  cavab 
vermişik?  Onun  işləmədiyi,  fəaliyyətdə  olmadığı  bu  son 
illərdə ondan necə hal-əhval  tutmuşuqnıu?
___________________________________________________________________________________

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin