Tlbrus Şafum r
mənə keçdi. O vaxt televizorumuz yox idi. Dahi Niza
minin «Xəmsə»si, Şota Rustavellinin «Pələng dərisi gey
miş pəhləvan»ı, bir çox romanlar və başqa-başqa əsərlər
bizdə sevilə-sevilə oxunur və dinlənilirdi. Həyatda ilk
müəllimim atam olub. Hələ məktəbə getməmişdən o, mə
nə yazmağı, oxumağı, mütaliə edib fikir yürütməyi
öyrətmişdi.
1967-ci ildə Hil Sirt kənd səkkizillik məktəbinin
birinci sinfinə getmişəm. Məktəbdə əlaçı idim. Müəllim
sarıdan da bəxtim yaman gətirib. İbtidai siniflərdə bizə
Camal müəllim dərs deyirdi. Camal müəllim çox
humanist, xeyirxah və sadə bir insan idi. O sözün əsl
mənasında müəllim idi. Onun həyatımda mühüm rolu
olub. Peşəsini dərindən sevməsi məni də müəllim peşəsini
seçməyə həvəsləndirdi. Ona Allahdan rəhmət diləyirəm!
Sonralar da, istər orta məktəbdə, istərsə də ali mək
təbdə oxuyanda tale rastıma gözəl müəllimlər çıxartdı.
Dahilərdən birinin fikrincə, insanın bəxti üç şeydə gətirir:
əsilli, nəcabətli ailədə doğulur, gözəl müəllimlərdən dərs
alır və sədaqətli həyat yoldaşı ilə ömür sürür. O mənada
bəxtim gətirib deyərdim.
Beşinci sinifi Hil Sirt səkkizillik məktəbində bitirdik
dən sonra, Qusar şəhər internat məktəbin altıncı sinfinə
daxil olmuşam. O zaman məktəbin direktoru Çələbov
Zeynəddin Ramazan oğlu idi. O, bizə tarixdən dərs de
yirdi. Uşaqlar onu çox sevirdi. Dərsi o qədər maraqlı ke
çirdi ki, zəngin tənəffüsə çıxmaq üçün nə vaxt çalın
mağından xəbərimiz olmazdı. Heç vaxt, heç kimə «2»
qiymət verməzdi. Deyərdi ki, sizin Zeynəddin müəllimin
dərsini dinləməyiniz artıq «3»-ə layiqdir. Dərsə girən
kimi, məni çağırıb dərsi soruşardı. Ondan həmişə «5»
260
alırdım. Ən zəif oxuyan şagirdlər belə ondan yaxşı qiy
mət almaq üçün, dərsini mütləq öyrənərdi. Onun mək
təbə hər gəlişi uşaqları sevindirərdi. Maşınının yanma
qaçar, onu dövrəyə alardılar. Hamı çalışardı ki, ona daha
yaxın olsun, onunla danışsın. Uşaqların əhatəsində o
zəhmli direktordan əsər-əlamət qalmazdı. Birinin başını
tumarlayar, o birindən hal-əhval tutardı. Həmişə uşaq
lardan ac qalıb-qalmadıqlarını, nədən şikayətləndiklərini
soruşardı. Vaxtının çoxunu məktəbdə uşaqlarla keçirirdi.
Dərsi tez oxuyub öyrənən şagirdlərlə dama və şahmat
oynayardı. Əksər uşaqları üzdən, adbaad tanıyardı.
Onun hər uşağın ailə vəziyyəti barədə də yaxşı məlumatı
vardı. Qışda gecələr gözünə yuxu getməzdi. Hərdən gecə
yarısı, ocaqçının yatıb-yatmadığını yoxlamaq üçün
məktəbdə də olardı. Zeynəddin müəllim şagirdlərin gün
dəlik yeməklərinə ciddi nəzarət edərdi. Uşaqların yemə
yindən kəsən aşpazı işdə saxlamazdı.
Yüzlərlə uşağın qayğısı ona övladsızlıq dərdini
unutdurmuşdu. Bəlkə də, bu barədə onun düşünməyə
belə vaxtı olmazdı. İllər bir-birini qovduqca, qayğıları da
çoxalırdı. O böyük bir çalışqanlılıqla məktəbin yardımçı
təsərrüfatını da yarada bildi. İnternatın 150-dən çox arı
ailəsi olan arıxanası, xeyli sayda qoyun sürüsü oldu.
Uşaqlar təzə balla, ətlə, meyvə - tərəvəzlə, bostan məh
sulları ilə təmin olundu. Şəxsən həmin təsərrüfatda əlləri
qabar olunca özü də işləyirdi. Beləliklə, Qusar şəhər
internat məktəbi respublikada nümunəvi yardımçı
təsərrüfatı və yüksək təlim-tərbiyəsi olan bir məktəbə
çevrildi. Düz 24 ilə yaxın beləcə yorulmadan çalışdı
Zeynəddin müəllim həmin vəzifədə.
_________________________________
Dostları ilə paylaş: