Qusar beşiyim tmnim
2 6 7
'Elbrus Şahmar
yoxdur. Zeynəddin müəllimlə evlənənə qədər öz kədə
rimi, sevincimi, duyğu və düşüncələrimi gündəliyimə eti
bar edirdim. Əvvəllər özümü ruhən tənha hiss etmişəm.
Adamların əhatəsində tək-tənha olmuşam. Hisslərimi,
duyğu və düşüncələrimi qəlbimin dərinliklərində gizlət
mişəm, özümə qapılıb ətrafdakılarm məni başa düşmə-
yəcəklərindən qorxmuşam. Bu da əsassız deyildi. Bəzən
elə ruhsuz adamların mühitinə düşürdüm ki.
Bir dəfə qonşu qız-gəlinləri ilə moruq yığıb evə qayı
dırdıq. Axşam çağı idi. Üzü, batan günəşə, kəndə tərəf
gəlirdik. Batmaqda olan günəşin fonunda, dağların əha
təsində, yaşıllığa qərq olmuş kəndimizin heyrətamiz
gözəlliyi göz qamaşdırırdı. Bu füsunkar mənzərədən vəc
də gələrək öz vurğunluğumu yanımdakı gəlinə bildirmək
ehtiyacı duydum. O qəhqəhə çəkərək güldü və yanın
dakılarla məni məsxərəyə qoydu. «Bu da vurulmağa yer
tapdı da. Bir şəhərə, zada vurula bilməzdin?» dedi. Onlar
ruhumu, zövqümü, təbiətə vurğunluğumu dəyərləndir
mədiklərindən, dediyim sözə görə məni peşman etdilər.
O vaxt mən təbiətin möcüzəli gözəlliklərindən duyğu
lananda onlar kiminsə qiybətini eləyir, başlarını qaldırıb
bu sehirli mənzərəyə baxmır, baxsalar da görmürdülər.
Mən gənclik illərimdə ən çox tənhalıqdan əzab çək
mişəm. Tənhalıqdan qurtulmağın yolunu mənəvi qovuş
mada görmüşəm.
Məhz, Zeynəddin müəllimin simasında o duyğulu
adamı gördüm, tanıdım, onu özümə dost, sirdaş, ömür
yollarını birgə addımlamağa yoldaş gördüm. Mənən
qovuşan insanlar, mənən zənginləşər, onların arasmda
daxili vəhdət, daxili birlik, əsil insanlıq münasibəti yara
nar. Mən, onun üçün yaşayanda - özüm üçün yaşayıram.
Bizim üçün birlikdə duyulmayan sevinc, sevinc deyildir.
2 6 8
Bəs ömrümdən keçən hansı günlərin geri qayıtmağını
istərdim?
Əlbəttə ki, gənclik illərimi, tələbəlik illərimi! Həyə
canlı, duyğulu, arzulu günlərimi! Mənə elə gəlir ki, tələ
bəlik illərini yaşamayan insan, həyatda çox şey itirir.
Mən əsl dostlarımı tələbəlikdə qazanmışam. Gənc yaşla
rında insan təmənnasız olacaq qarşılığında heç nə gözlə
mədən dostlaşır. Həm də gənclərin mənən qovuşmağa
daha çox ehtiyacı olur.
Taleyimdən razıyammı?
Həm hə, həm də yox.
Hə, ona görə ki, ta uşaqlıqdan ailədə, oxuduğum
təhsil ocaqlarında və həyat yoldaşım tərəfindən sevimli
və gərəkli olmuşam. Ona görə məni bir daha sayıblar,
hörmət ediblər. Həyatımda heç zaman alçaldıcı vəziyyətə
düşməmişəm. Alnıaçıq, üzüağ yaşamışam.
Ətraf mühiti qavramağa başlayandan duyğularımı,
düşüncələrimi olduğu kimi kiminləsə bölüşmək, kiməsə
etibar etmək ehtiyacı duymuşam. Məncə, heç kim başqa
ları ilə tam səmimi ola bilmir, hər kəsin qəlbinin dərinlik
lərində elə bir guşə olur ki, ora heç günəş işığı da düşə
bilmir.
Ən dəruni və pünhan hisslərimi, duyğularımı özüm
dən başqa birisinə etibar etməmişəm. Bundan irəli gələn
ehtiyacı ödəmək üçün ilk gənclik illərimdən gündəlik
yazmağa başladım. Bu bir növ öz-özümlə söhbətə oxşa
yır. Lap uşaq yaşlarımda tək qalmağı sevirdim. Öz-
özümlə dostluq edirdim. İçimdə ikinci bir «mən» varmış
kimi, onunla danışar, onunla bölüşüb, dərdləşərdim. Adı
gündəlik olsa da, bəzən günlərlə üzünü açmıram. Elə yaz
maq xatirinə heç nə yazmıram. Yalnız ehtiyac duyandan
________
Qusar beşiyim rranim
______________2 6 9
|