Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Zeynəddin  müəllim,  deyin,  XXI  əsrə  düşən  ömür



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə13/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   9   10   11   12   13   14   15   16   ...   174
Hil  kəndinin  keçmişi,  bu  günü,  təbiəti,  tanınmış 
adamlan barədə:
Yazıçı  -   publisist,  şair  və  jurnalist  Sədaqət  xanım 
Kərimova,  2011-ci  ildə  çap  etdirdiyi  «Qusar,  qusadılar» 
kitabında  xeyli  geniş,  ətraflı  və  kamil  yazı  verdiyindən 
mən  Zeynəddin  Çələbovun  ömür  yolundan  yazdığım  bu 
kitabımda  qəhrəmanımın  doğulub  boya-başa  çatdığı 
həmin  kənd  barədə əlavə məlumat  axtarmalı  olmadım  və
______________________________  
Qusar beşiyim rronim
45


müəyyən  ixtisar  və  əlavələrlə  həmin  yazıdan  istifadə 
etdim:
Qədim hel tayfasının adı ilə olan  Hil kəndinin  tarixi 3 
min  ildən  çoxdur.  Azərbaycan  arxeoloqları  bu  fikri 
kənddə  1976-cı  ildə  apardıqları  arxeoloji  qazıntılardan 
sonra bir daha təsdiq etmişlər.
Qədim  zamanlardan  hel  tayfasının  adını  qorumuş 
hillilər hər sahədə üç cür seçilir: Onlar vətənə bağlı adam­
lardır, üsyankar ruha malikdirlər və sənətkardırlar.
Suval  meşəsində  məskən  salmış  qədim  kəndin  dörd 
tərəfi  qayalar  idi.  İndiki  kənd  «Şahnəzər  təpəsi,  «Semiz 
təpəsi»  və  «Musa  təpəsi»  adlı  üç  təpədə  yerləşir.  Onun 
IX-X  əsrlərdə  dağılmış  üç  kənddən  -  Kəmsil,  Cənnət  və 
Səfıqulu  kəndlərinin  əhalisi  tərəfindən  salındığını  deyir­
lər.  Kənddə  üç  məşhur  pir  var:  Qarabuba,  Murad  və 
Rutar.  Burada  qədim  qəbiristanlıqlar  da  üçdür.  Onların 
yaşı 3 min ildən çoxdur.
Qusarlı  alim,  tarix  elmləri  doktoru  Abidulla  Orucov 
və  Qubanın  Xucbala  kəndindən  olan  məşhur  arxeoloq 
Cabbar  Xəlilov  1977-ci  ildə  çap  olunmuş  «Azərbaycan 
SSR  Elmlər  Akademiyasının  xəbərləri»ndən  birinci  çap 
etdirdikləri  «Qusar  rayonunun  Hil  kəndindən  tapılmış 
bəzi  arxeoloji nümunələr haqqında»  adlı  məqalədə,  eləcə 
də  C.Xəlilovun,  Q.Qaşqarlımn,  R.Arazovanın  1991-ci 
ildə  rus  dilində  nəşr  etdirdikləri  «Şimal-Şərqi  Azərbay­
canın  arxeoloji  nümunələri»  kitabında  qədim  kəndin  3 
min illik tarixi olduğunu qeyd etmişlər.  Bu məlumatlarda 
Hilin  Qafqazın  qədim  kəndlərindən  olduğunu  qeyd  et­
miş.  Sonralar  bura  qarq  tayfasından  da  bir  neçə  ailə 
köçmüşdür.  Kəndin  nəsilləri  arasında  qarqarların  xələf­
lərinə indi də rast gəlinir.
Tlbrus Şafm ar_______________________________ __________
46
Üç qəhrəman  bu  kəndin adım hər yerdə məşhur edib: 
XIII  əsrdə  pəhləvan  Şuval,  XVII  əsrdə  Abdullah,  XIX 
əsrdə Yarəli.
1837-ci  ildə  Quba  üsyanı  zamanı  böyük  qəhrəman­
lıqlar  göstərən  Yarəli  rusların  qoşunundan  bir  dəfə  200, 
bir  dəfə  isə  68  kazakı  əsir  alır.  Həmin  il  sentyabrın  5-də 
Quba  qalasına  girən  rus əsgərlərinə qarşı  döyüşən  Yarəli 
ilə  birgə  onun  oğlu  Rəcəb  və  hilli  Yunus  da  böyük 
qəhrəmanlıqlar göstərir.
Üsyankar  ruhu  ilə  seçilən  hillilər  1915-1916-cı  illərdə 
Quba  qəzasında  ilk  olaraq  vaxtilə  çarın  onlardan  aldıq­
ları  torpaqları  geri  alırlar.  Sonra  isə  onlar  hökumətə 
xərac verməkdən imtina etdilər.  Rus imperatorunun  əlal- 
tıları  300  kazakm  köməyi  ilə  hilliləri  ram  etmək  istəyir. 
Lakin  Əlisultanın  rəhbərliyi  altında  hillilər  kazakları 
kənddən qovurlar.
Üç böyük sənətkar nəinki  Hilin, eləcə də bütün  ləzgi­
lərin  mədəniyyətini  yüksəklərə  qaldırıb.  VII-VIII  əsrlərə 
aid  «Alupan  ulub»  kitabında  yazıldığı  kimi  məşhur  hilli 
usta  İlebis,  müskürlü  Kiril,  Küre  vilayətinin  sakini 
Şarvan,  şamaxılı  Miflillə  birlikdə  Şamaxı  qalasını.  Şəki­
nin  Keli  qalasını,  Qəbələ  və  Qum  qalalarını  tikmişdir... 
XVIII  əsrdə  yaşamış  hilli  Məhər  taxta  üzərində  naxışlar 
açan sənətkar kimi məşhur idi.  XX əsrdə yaşamış Qırmızı 
Əmək  Bayrağı  ordenli  Zibeydə  Mikayıl  qızı  Şeydayeva 
xalçaçılıq  sənətini  bütün  dünyaya  tanıtdı.  Bu  qadın  ləzgi 
xalçalarının səkkiz yeni çeşidini yaradıb.
Üç dövr hillilərin tarixinə Qusarın  kəndlərinin mərkə­
zi  kimi  düşüb:  XV-XVII  əsrlər,  XIX  əsr  və  sovet dövrü­
nün ilk illərində rayon mərkəzinin  burda olduğu dövr.
____________________________________ Qusar deşiyim rmnim
47


'Elbrus Şahmar
1920-ci  ildə  Nəriman  Nərimanov  da  bu  kənddə  beş 
gün qonaq olub.
Kənddəki  məscid  binasının  yaşı  100-ü  keçibdir.  Ötən 
əsrin  50-ci  illərində  kəndə  su  çəkdirmiş  kolxoz  sədri 
Mahmud  Hacıyev  və partkom  Mülkixan Abilovun  adla­
rını hamı hörmətlə çəkir.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin