Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


Sonra  üzümü  ailənin  böyük oğlu Eyyuba  tutdum



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə14/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   10   11   12   13   14   15   16   17   ...   174
Hil  alimlər  kəndi  kimi  də  məşhurdur.  Burdan  riyaziy­
yat  elmləri  doktoru,  professor  Kərim  Kərimov,  kimya 
elmləri  doktoru,  professor  Meyvəddin  Hacıyev,  kimya 
elmləri  doktoru  Hacağa  Əmirquluyev,  riyaziyyat  elmləri 
doktoru  Əhmədbəy  Məmmədov,  elmlər  namizədləri  -  
Laçın  Laçmov,  Benyaməddin  Davudov,  Şafıddin  Gərəy- 
xanov,  Mehdi  Balayev,  Rafiq  Salahov,  Mahir  Musta­
fayev və başqaları çıxıb.
Hil  həmçinin  partiya  və  ictimai  xadimləri,  tanınmış 
hərbçiləri, hüquq -  mühafizə orqanları əməkdaşları, eləcə 
də yaradıcı adamları ilə də tanınır.
Hil  kəndindən  tanıdığım  ilk  insan  Əlisultan  Quliyev 
olub  (sözlər  müəllifindir  -   E.Şahmar).  Mən  1963-68-ci 
illərdə  Azərbaycan  Dövlət  Universitetinin  tələbəsi  oldu­
ğum  illərdə  bizə  «Partiya  tarixi»ndən  dərs  deyən  Əlisul­
tan  Yarəli oğlu Quliyev əslən  Qusarın  Hil  kəndindən  idi. 
Onun  ailəsi  sonralar  Qubanın  Digah  kəndinə  köçüb.  O, 
bir  sıra  məsul  vəzifələrdə  çalışıb.  Qusar  rayon  Partiya 
Komitəsinin  katibi,  Salyan  və  Şamxor  (indiki  Şəmkir) 
rayon  partiya  komitələrinin  birinci  katibi  vəzifələrində 
çalışmış,  1939-1942-ci  illərdə  Azərbaycan  SSR  Ali  məh­
kəməsinin  sədri  olmuşdur.  Əlisultan Quliyev Azərbaycan 
KP  MK-nın  üzvü  olmuş,  iki  dəfə  Respublika  Ali  So­
vetinin  deputatı  seçilmiş,  Lenin  ordeni  və  Qırmızı  Əmək 
Bayrağı  ordenləri  ilə  təltif olunub.  O,  uzun  müddət  elmi 
48___________
fəaliyyətlə məşğul olmuş,  1948-ci  ildə aspiranturanı  bitir­
miş,  ilk  əvvəl  tarixdən  namizədlik  dissertasiyasını,  1965- 
ci  ildə isə doktorluq  dissertasiyasını  müdafiə etmiş,  uzun 
illər universitetin professoru kimi  fəaliyyət göstərmişdir.
1901-ci  ildə  dağlar  qoynunda  dünyaya  göz  açan 
Əlisultan Quliyev  1980-cı ildə dünyasını dəyişib.
Əlisultan  müəllimin  özünə  məxsus  dərs  demək  meto­
du  vardı.  Mühazirələrdə  keçdiyi  mövzuya  uyğun  olan 
əhvalatlar,  hadisələr,  rəvayətlər,  hətta  lətifələr  danışardı. 
Seminarlarda  tələbəni lövhənin qarşısında  yox, eləcə dur­
duğu  parta  arxasında  dinləyər  və  xüsusi  bir  vərəqdə  bi­
liyini  qiymətləndirər,  imtahan  və  zaçotlarda  həmin  qiy­
mətləri nəzərə alardı.
Yaxşı  yadımdadır,  bir  dəfə  seminar  zamanı  heç  biri­
mizin  cavabı  müəllimimizi  qane  etmədi.  Qayıdıb  misal 
çəkdi:  Deyirlər  ki,  bir  nəfər  kişinin  boynun  ardına  çivan 
çıxmış  imiş,  kişi  iki  arvadından  əvvəl  birini,  sonra  da  o 
birini  çağırıb  çivanm  yetişib-yetişməməyini  onlardan  so­
ruşur.  Arvadlardan  birincisi  deyir  ki,  çivan  hələ  yetiş­
məyib,  ikincisi  isə  deyir  ki,  çivan  yetişib,  onu  deşmək 
lazımdır.  Kişi də yana-yana deyir ki, işə bax,  iki arvadım­
dan  biri  boynumdan  başıma  xəbər  verə  bilmir.  Əlisultan 
müəllim  sonra  da  qayıdıb  bunu  əlavə  etdi:  indi  də  25 
nəfər tələbəmdən biri kitabdan mənə xəbər verə bilmir ki, 
bilmir.
Müəllimim  məni  nadinc,  ipə-sapa  yatmayan  tələbə 
kimi  tanıyırdı,  ona  görə  də  seminarlardakı  cavablarımı 
da  yetərincə  dinləməz,  eləcə  əlini  yelləyib  narazılığını 
bildirərdi.  Tək  bir  dəfə  müəllimimi  razı  sala  bildim.  O 
gün  seminarımız  mövzuya  uyğun  olaraq  müəllimimizin 
kitabından  idi.  Mən  də  mövzunu  olduqca  gözəl  hazırla-
____________________________________ Qusar beşiyim manim
49


Tlbrus Şahm ır
mışdım.  Tələbələrin  heç  birinin  cavabı  müəllimi  qane 
etmədi,  ona  görə  də  danışıqlarım  yarı-yarımçıq  kəsirdi. 
Sonda  təkcə  mən  qalmışdım.  Narazı  və  ümidsiz  halda 
üzümə  baxıb,  hə,  başla  görək  sən  hansı  dərənin  suyunu 
qatıb-qarışdıracaqsan.  Mən  də  çox  aydın  və  məntiqli 
danışmaq üçün  bütün  bacarığımı, səriştəmi və bilgimi işə 
saldım.  Yaxşı  yadımdadır,  müəllimimin  üzərimdə  olan 
heyrətedici  baxışları.  Mövzunu danışıb qurtarandan  son­
ra Əlisultan müəllim mənə yaxınlaşıb əlini çiynimə qoydu 
və fəxrlə dedi  - «çox sağ ol» və «məni bağışla  ki, bu günə 
kimi  səni  birtərəfli  tanımışam,  sənin  kamalını  düzgün 
qiymətləndirməmişəm».  O  gündən  müəllimin  mənə  olan 
münasibəti yaxşı mənada dəyişdi, imtahanda da, məndən 
heç  nə  soruşmadı,  sadəcə  imtahan  vərəqimin  nömrəsini 
soruşub, qiymət kitabçamda mənə kök bir əla yazdı.
Hil  kəndinin tanınmışlar! 
barədə daha bir neçə söz
Müslüm  Kürəbəy  oğlu  Murtuzayev- nəinki  Hil  kəndi­
nin,  Qusarın,  eləcə  də  respublikamızın  tanınmış  simala­
rından  biridir.  Onun  ürəyi  həmişə  qurub-yaratmaq  yan­
ğısı  ilə  döyündüyündən  işlədiyi  vəzifələrdə,  eləcə  də 
Qusarda  bir  çox  tikinti-təmir  işləri  apartdırmış,  böyük 
abadlıq  işləri  görmüşdür.  O,  bir  neçə  rayonlarda  partiya 
işinə  rəhbərlik  etmişdir.  Bu  yöndə  Qusarın,  Gəncənin, 
Kəlbəcərin  adını  çəkmək  olar.  Eyni  zamanda  M.Murtu- 
zayev Azərbaycan KP МК-da da məsul vəzifədə də çalış­
mışdır.  Ən  əvvəl  Qusar  rayon  PK-də  partiya  kabinetinin 
müdiri, şöbə müdiri, ikinci katibi işləyən Müslüm Murtu-
50
zayev  sonralar  ayrı-ayrı  zaman  kəsiyində  üç  dəfə  Qusar 
rayon  Partiya Komitəsinin  birinci  katibi vəzifəsində çalış­
mış,  rayon  əhalisinin  hörmət  və  ehtiramını  qazanmışdır. 
Böyük  inamla  deyə  bilərəm  ki,  ona  olan  hörmət  və  ehti­
ram  onun  vəfatından  xeyli  keçməsinə  baxmayaraq  bu 
gün  də  davam  edir  və  nə  vaxt  söhbət  düşürsə  barəsində 
xoş  söz  deyib,  rəhmət  oxuyurlar.  Bu  isə  Müslüm  Mur- 
tuzayevin ikinci ömür yoludu -  şərəfli ömür yolu.
*   *   *
Zabit  Sabir  oğlu  Xiyirbəyovun  soykökü  rayonunun 
Hil  kəndindəndir.  O,  1968-ci  ildə  Qusar  şəhərində 
anadan olub.  Orta  təhsilini doğma  rayonunda alan  Zabit 
hərbi xidmətini Gürcüstanda keçirib,  1992-ci ildə Ryazan 
Ali  Hərbi  Avtomobil  Mühəndisliyi  məktəbini  bitirib. 
Əmək  fəaliyyətinə  Dağıstanın  Buynaksk  şəhərində 
başlayıb.  Az  vaxt  ərzində  leytenant,  dörd  ildən  sonra 
mayor,  1999-cu  ildə  isə  podpolkovnik  rütbəsinə  layiq 
görülür.  O,  yaşadığımız  əsrin  əvvəllərində  Rusiya  Fede­
rasiyası  Silahlı  Qüvvələri  Ümümqoşun  Akademiyasında 
da  təhsil alır  və  təhsilini  başa  vurduğu  ərəfədə  polkovnik 
rütbəsinə layiq görülür.
Zabit  Sabir  oğlu  təhsilini  başa  vurduqdan  sonra 
Rusiyanın  Amur  vilayətinin  Beloqorsk  şəhərində  hərbi 
xidmətini  davam  etdirir.  Hazırda  ordu  komandanın 
müavini  və  silahlanma  üzrə  qərargah  rəisi  vəzifələrində 
çalışan  Z.Xiyirbəyov  çiyinlərində  general-mayor  rütbəsi 
gəzdirir.
*  *  *

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin