Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə143/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   139   140   141   142   143   144   145   146   ...   174
Klara  Eyyub  qızı  Saruxanova  Zeynəddin  müəllimin 
qaynı qızı, Şərqiyyə xanımın kiçik bacısıdır. O,  1977-ci il, 
iyunun  29-da  Hil  kəndində  anadan  olub,  hal-hazırda 
Hilobada  yaşayır,  ailəlidir.  Klara  xanımla  da  Zeynəddin 
müəllimin  evində  görüşüb  söhbət  etdik.  Mən  onun 
Zeynəddin  müəllim  barədə  böyük  istək  və  məhəbbətlə 
danışmasının  şahidi  oldum.  Yalnız  atasını  sevən,  ata 
haqqında  belə  səmimiyyətlə  damşa  bilərdi:  -  Mən  14 
yaşımdan  özümə  ikinci  ata  bildiyim  Zeynəddin  müəl­
limin  evində  yaşamışam  və  yaşadığım  müddətdə  ondan 
heç vaxt  ögey münasibət  görməmişəm.  Həmişə mənə ata 
nəvazişi  göstərib,  təhsilimlə,  geyim-keçimimlə  maraqla­
nıb.  Onu  özümə ata  kimi  yaxın  bilsəm  də,  ondan  çəkin­
mişəm,  danışığıma,  oturub-durmağıma,  mütaliə  etmə­
yimə,  geyimimə  qarşı  diqqətli  olmuşam.  Ona  görə  ki,  o, 
mülayim olduğu  kimi,  zəruri hallarda sərt və tələbkar da 
olurdu.  Hərdən  Hilə gedəndə avtobusla  getməyimə icazə 
verməzdi,  sanki  məni  yad  gözlərə  qısqanardı,  özü  məni 
maşınla  kəndimizə  aparardı.  Onu  da  deyim  ki,  heç  vaxt 
onun  sözündən  çıxmazdım,  bilirdim  ki,  dedikləri  mənim 
xeyirimədi.  Az-az  adam  Zeynəddin  müəllim  kimi 
qonaqlı-qaralı olar.  Evinə qonaq nə vaxt gəlibsə onu çox 
şən  və  xoşbəxt  görmüşəm.  Qonağı  olmayan  günlərdə isə 
kədərlənərdi,  əhvalı  xoş  olmazdı.  Sanki  o,  qonaqlarla, 
dost-tanışlarla  nəfəs  alırdı.  Deyirdi  ki,  qonaq  gəlməyən 
evə dərd-bəla asanlıqla ayaq açar.
Mən  ailə  həyatımı  da  Zeynəddin  müəllimin  xeyir- 
duası  ilə  qurmuşam.  O,  toyumda  bir  ata  kimi  doğmalıq 
290_________
göstərib, toy mərasiminin yüksək səviyyədə keçməsi  üçün 
özünü oda-közə vurub hər şeyə özü nəzarət edib.
Allah  Zeynəddin  müəllimi  biz  qohum-əqrəbəsinə, 
dost-tanışına,  el-obasına  çox  görməsin,  ömrü  uzun  və 
gümrah olsun!
Müsahibim  Şərqiyyə  xanımın  bacısı  Sveta  Əliyevadır. 
O,  1965-ci  il  avqustun  13-də  Hil  kəndində  doğulub, 
natamam orta  təhsilini internatda, orta  təhsilini isə Hildə 
alıb.
O, 
1991-ci  ildə  ailə  həyatı  qurub,  köhnə  Xudat  kən­
dində  yaşayır.  Sveta  xanımla  da  Zeynəddin  müəllimin 
evində söhbətləşdik.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin