Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


El  arasında  belə  bir  deyim  var, filankəs canlara  dəyən



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə145/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   141   142   143   144   145   146   147   148   ...   174
El  arasında  belə  bir  deyim  var, filankəs canlara  dəyən 
oğuldur.  O  mənada  Zeynəddin  müəllimin  rayonun  Gədə- 
zeyxur kəndində yaşayan  bacısıoğlu  Yaşar tslamoğln İsla- 
movu  da  canlara  dəyən  oğul  kimi  tanıdım,  onun  dayısına 
olan  qədirbilənliyinə,  səmimiyyətinə,  istək  və  məhəbbətinə 
qəlbən inandım və fikirimdə yanılmadığıma da amin oldum.
Mən  Yaşarla  bir  neçə  dəfə  görüşdüm  -   dayısı  Zey­
nəddin  müəllimin və bir də onun Gədəzeyxur kəndindəki 
evində.
2 9 2
O gün 2011-ci il dekabrın  15 idi.  Mən, həyat yoldaşım 
Raya  xanım,  Zeynəddin  müəllim  və  onun  könül  verib 
könül  aldığı  Şərqiyyə  xanımla  birlikdə  Zeynəddin  müəl­
limin  maşınında  Yaşargilə  gedəsi  olduq.  Zeynəddin 
müəllimin  gözündə  cərrahiyyə  əməliyyatı  aparıldığından 
maşını mən sürürdüm.
Artıq,  qırovlu  payız  öz  köçünü  sürüb  yerini  qışa  ve­
rən  çağı  idi.  Biz  dağ  yuxarı  qalxıb  dərə-təpələri  aşdıqca, 
dağların  çiyninə  qonmuş  duman  da  getdikcə  çəkilirdi. 
Sanki bununla da qonaqpərvərliyini göstərirdi.  Və bütün 
xoş görüntülər ürəyimdən qələm dostumuz Şuruyənin  bir 
bənd şeirini qanadlandırdı.
Baharına vurulduğum dağların,
Payızına, qışına da qurbanam.
Güllərindən pay umduğum çöllərin 
Torpağına, daşma da qurbanam.
O  gün  Yaşarın  atası  İslam  kişi  ilə  və  bütün  ailə 
üzvləri  ilə  tanış  olduq.  Ev  sahiblərinin  xoş  üzləri,  xoş 
münasibətləri məni də,  ömür yoldaşımı da doğmalaşdırdı 
o ailəyə.
Bir  dəfə  Yaşarla  Zeynəddin  müəllimin  evində  görü­
şəndə,  artıq  ilıq  qış  havası  idi,  bəmbəyaz  qar  yağırdı. 
Adam  könül  ovlayan  bu  mənzərəni  seyr  etdikcə  ruhu 
dincəlir, ürəyi bir daha yaşamaq həvəsində olurdu.
Yaşarla  söhbət  edərkən  əlimdə  qələm,  qarşımda  ağ 
vərəq  yox  idi.  Sözarası  dayısının  adını  çəkdim.  Sanki 
Zeynəddin adı Yaşarın sir-sifətində və gözlərində pardaq- 
lanmış  gülə  döndü.  Böyük  bir  təhsil  görməyən  ömrü 
boyu  dağ  kəndində  yaşayıb,  təsərrüfatla,  əkin-biçinlə,
___________________________________ Qusar beşiyim rmnim
2 9 3


^Elbrus Şahm ar
heyvandarlıqla  məşğul  olan  bu  boylu-buxunlu  oğlan 
sözümdən xoşhal oldu.
Bu  başdan  deyim  ki,  Yaşarın  dediyi  sözlər  ürəyimdə 
və  yaddaşımda  dərin  iz  qoydu,  söz  adamı  olmasa  da 
sözləri  qəlbimi  sehrlədi.  Dediklərim  həqiqətdir.  Doğur­
dan da elə möhür ifadələr var ki, o qəlbində ömrün  boyu 
yurd-yuva salır.
Sən  demə  ürəkdən  deyilən  sözün  təsir  gücü  də  çox 
olarmış.
Mənə  mehriban  nəzər  yetirən  Yaşarın  ilk  sözü  belə 
oldu:  «Mən  dayımı  təkcə  ona  görə  çox  istəmirəm  ki,  o, 
mənim dayımdı. Ona görə çox istəyirəm ki, o, kişi adam­
dı.  Heç kimi təkrarlamayan, həmişə özü olan insandı.»
Onun  sözləri  məhəbbət  dolu  yanar  bir  ürəyin  odlu 
püskürməsiydi  deyərdim:  -  Ürəyimdə  nə  qədər  dəyərli 
fikirlər varsa  hamısını dayımın  ünvanına deyərdim.  Heyf 
ki,  söz  adamı  deyiləm.  Dayım  mərd  adamdı,  acizin, 
haqqı  tapdalananların  havadarıdır.  O  el  adamıdı.  Xeyir­
xah  olduğundan  hörmətə  layiq  kişidi.  Inanm  ki,  dayım 
barədə  nə qədər xoş söz desəm də azdır.  Dayımın gözləri 
biz  qohum-əqrabanm  üstə  olub  həmişə.  Onun  evini 
doğma  evimiz  bilmişik.  Neçəmiz  bu  evin,  bu  ocağın 
istisində qızınmışıq.  Dayım yaxın qohumlarımızdan  olan 
neçə-neçə  qız  köçürüb  ər  evinə,  Şərqiyyə  xanımla  bir 
yerdə  xeyir-dualarını  verib,  dolanışıqları  üçün  pay  verib­
lər.  Eləcə də neçə-neçə qohum  oğlanların  toyunu  ediblər. 
Dayım imkanına görə kimliyindən asılı olmayaraq ondan 
kömək  umanlann  hər  birinə əl  tutub,  hayan  olub.  Dayı­
mın mənim  də boynumda  haqq-sayı çoxdu.  Bu  haqq-say 
nə ölçüyə gələndi, nə də ki saya.
2 9 4
Dayım  ələbaxan  yox,  eləbaxan  kişidi.  Allah  dayıma 
uzun  ömür  versin  ki,  bizlər  də  onun  etdiklərinin  müqa­
bilində ürəyimizcə xidmətində dura bilək, nəsə bir şey edə 
bilək.  Allah  Cağa  nənəmə  və  Ramazan  babama  min 
rəhmət eləsin  ki, dayım kimi oğul dünyaya gətiriblər.
Son  olaraq  deyim  ki,  Allah  dayımı,  onun  qədrini 
bilən bizlərə çox görməsin!
____________________________________ Qusar beşiyim tm nim
2 9 5


al da bilgidən doğar, cavab da.
C.RumA
qədər bilirsən  bil,  söylədiklərin  qarşındakının'
S
-  - -anlaya biləcəyi qədərdir. 
'л   »
С.Лмш/ V J,
H ar 
eülüsə 
vardım  
ləkəli eördüm. 
' O rl
Щ
Hər gülüşə vardım ləkəli gördüm,
Hər vicdana girdim kölgəli gördüm.
Hüseyn Cavid
Söz var kəsdirər başı. Söz var kəsər savaşı.
Ş.I. Xətai
Hər şeydən yüksəkdir  sözün məqamı.
M. Füzuli
Söz dünyamn naxışıdır.
Nizami Gəncəvi
İnsandan qalacaq sözü yadigar.
Nizami Gəncəvi
İsgəndərin  zülmətdə  tapa  bilmədyini  ağ  kağız 
üzərinə  qara  mürəkkəblə  yazılmış  kitablarda 
tapmaq olar.
'•  Hümam Təbrizi 
Sözün qüdrətini söz qanan artırar. 
^
Ə. Firdovsi  ‘
itabı  müzakirəyə  vermək  yol  qırağında  ev  tik 
mək kimi bir şeydir, hər ötən bir söz deyər.
M.S.Ordubadi,
041
4
< ш
1


Pulu  hər  şeyə  qadir  edən  adamlar  özləri  pu 
üçün hər şeyə qadirdir.
Dante
ədinə  əməl  etməyən  adam  etimada  layiq'
ZərdüştQ/o
Həqiqətin  alovu  onu  aparanın  əlini  tez-tez 
yandırır.
Dante
Hər bir adam öz dilinin arxasında gizlənir.
Həzrət Əli
Ləkələnməmiş ürəyi qorxutmaq çətindir.
V.Şekspir
Əməlsiz cənnət istəmək günahdır.
Məruf Kərxi
Bünövrəsi  boş  olan  bu  dünyada  doğruluq, 
əhdə vəfa axtarma.
— 
Hafiz Şirazi 
Mən  həyatın  bütün  zövq  səfasından  istifadə 
j
 
Ä ^ edə  bilərəm.  Lakin  mənim  bütün 
q ə l b i m , ^  
fikrim iztirab çəkənlərin yanındadır.
V.Hüqo
Ağıllı sual elmin yarısıdır.
Məhəmməd peyğəmbəı
Qusar 6efiyim mənim
ÜRƏKDƏN SU İÇƏN 
XATİRƏLƏR
Mənim  boynumda  bir  kimsənin 
haqqı  varsa,  o  haqqı  heç  vaxt 
unutmadım.  Bir kimsə  ilə tanış ol­
dumsa,  o  kimsə  heç  vaxt  diqqə­
timdən kənar olmadı.
Əmir Teymur 
Mən  insanlar arasında  münasibət­
də  həmişə  dostluq  və  səmimiyyət 
axtarıram.
Mirzə Kazımbəy
Sevgi  hissi  və  duyğusu  insanda  ən  ali,  ən  ülvi  duy­
ğudur.  Belə  bir  ülvi  keyfiyyətlər  kimdə  yoxdursa,  onun, 
«mən  insanam»  deməyə  də  haqqı  yoxdur.  Sevgi  var  ki, 
onu  pünhan  yaşadırsan,  sevgi  də  var  ki,  onu  ətrafında 
olan,  səni  tanıyan,  səninlə münasibətdə  olan  hər  kəs,  sö­
zün  və  əməlinlə  tanıyır,  onu  təqdir  edir.  Bu  sevgi  Alla­
hına, Vətəninə və xalqına olan sevgi və məhəbbətdir.  Belə 
ali  duyğuların  daşıyıcıları  harda,  hansı  vəzifədə,  hansı 
imkanda,  hansı  yaşda  olmasından  asılı  olmayaraq  yüzlə­
rin,  minlərin,  milyonların  arasında  seçilir,  sayılır  və  se­
vilirlər.  Elə  insanlar  öz  əməlləri  və  fəaliyyətləri  ilə,  təkcə 
özünə,  ailəsinə,  dost-tanışına  deyil,  ümumən  el-obası 
üçün, xalqı üçün yetərli  işlər görür.  Onu da deyim  ki,  elə 
insanların  həyat  yolları  da  həmişə  çətinliklərdən  keçib,
2 9 9


zaman-zaman  həyatın  boz  üzünü  görüb,  sonda  isə savab 
yiyəsi  kimi  alqışlanıb.  Elə  insanlardan  biri  də,  əsərimizin 

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin