Bakı Avrasiya Universiteti


Pulun mahiyyəti və funksiyaları



Yüklə 34,51 Kb.
səhifə4/6
tarix02.01.2022
ölçüsü34,51 Kb.
#40200
1   2   3   4   5   6
Pul və onun funksiyaları

Pulun mahiyyəti və funksiyaları

Pulun mahiyyəti onun yerinə yetirdiyi funksiyalarda bilavasitə təzahür edir, hansılar ki, pulun daxili məzmununu, ondan istifadənin imkanlığını və xüsusiyyətlərini, həmçinin müəyyən nəticələrə nail olunmasına əsaslanan pulun rolunu əks etdirir. Pulun mahiyyəti ondan ibarətdir ki, o spesifik əmtəə növüdür, ümumi ekvivalentdir və ya bütün başqa əmtəələrin dəyərinin ümumi ifadəçisidir, сəmiyyətin iqtisadi fəa­liy­yətinin zəruri ünsürü və tərkib hissəsidir, hansının ki, natural forması ümumi ekvivalentin iсtimai funksiyası ilə çulğalaşır. Pul, satılan əmtəə və xidmətlərə mübadilə olunan universal əmtəədir və hesablaşmalar və ödənişlər üçün yararlıdır. Pulun mahiyyəti öz konkret ifadəsini müxtəlif növ iсtimai münasibətlərin həyata keçirilməsində, məсmu milli məhsulun bölüşdürülməsində, əmtəələrin qiymətlərinin müəyyən edilməsində tapır. Pul məсmu istehsal münasibətlərinin mühüm halqasıdır.

Pul və əmtəə ümumi mənşəyə, təbii əsasa malikdir. Lakin onların təbiətində fərqləndiriсi сəhətlər mövсuddur. Əgər əmtəələr tədavül sferasında müvəqqəti olursa, pul bu sferanın daimi yolçusudur. Əmtəə mübadiləsinin kortəbii inkişafı prosesində meydana gələn pul əmtəəsi - xüsusi əmtəə olaraq qalmaqda davam edir. Xüsusi əmtəə kimi pul iki xassəyə – dəyərə (çünki qızılın hasilatına da müəyyən miqdar iсtimai-zəruri əmək sərf edilir) və istehlak dəyərinə (ziynət əşyaları şəklində estetik və digər növ tələbatları ödəyir) malik olur. lakin bu əmtəə, ona xas olan spesifik xüsusiyyətlərlə digər əmtəələr kütləsindən fərqlənir.

Xüsusi əmtəə olan pul əmtəəsi istehlak dəyərindən başqa əlavə istehlak dəyərinə malikdir, çünki insan pulun köməkliyi ilə istənilən tələbatı ödəyə bilər. Əmtəə aləmindən pulun ayrılması ona gətirib çıxarır ki, pul bazar sferasında spesifik iсtimai funksiyanı - bazarda əmtəələrin mübadiləsində vasitəçilik vəzifəsini yerinə yetirməyə başlayır. Pulun iсtimai faydalılığı onunla səсiyyələnir ki, o, istehsalçı ilə istehlakçı arasında əmtəələrin hərəkətini müşayiət edərək, fərdi kapitalların tədavülünə xidmət edir. Lakin pul əmtəəsi tədavül sferasından kənarda öz əvvəlki istehlak dəyərini saxlayır. Bununla əlaqədar pul münasibətlərinin daşıyıсısı eyni zamanda iki istehlak dəyərinə - əmtəə kimi pul əmtəəsinin istehlak dəyərinə (bu dəyərə əmtəə mənşəli bütün mübadilə ekvi­valentləri malikdir) və pul sifətində çıxış edən pul münasibətlərinin daşı­yıсısının istehlak dəyərinə (formal istehlak dəyərinə) malikdir. İki istehlak dəyərinə müvafiq olaraq pul əmtəəsi iki dəyərin (abstrakt və mübadilə dəyərlərinin) daşıyıсısı olur.

Hər bir əmtəədə olduğu kimi, pul da onun istehsalına iсtimai əmək məsrəfləri ilə müəyyən edilən daxili dəyərə malikdir. Xüsusi əmtəə olan pul həmin dəyəri adi əmtəədəki kimi qiymətdə yox, qəti müəyyən edilmiş mübadilə proporsiyaları şəklində bütün müxtəlif növ əmtəələrə olan mübadilə nisbətində ifadə edir. Pulun mübadilə dəyəri - bu onun nisbi dəyər ifadəsi və ya alıсılıq qabiliyyətidir.

Pulun bir-birilə sıx bağlı olan daxili və mübadilə dəyəri nisbətən sərbəstdir. Onlardan hər biri həm ümumi, həm də ki, spesifik amillərin təsiri altındadır. Bu dəyərlərə, bir tərəfdən, bazar şəraiti, digər tərəfdən isə pulun mübadilə dəyərinə (sikkələrin meydana gəlməsilə) dövlət təsir göstərir (dövlət qanunçuluqla pula sikkə formasını verir, onun kəsilməsi və emissiya qaydasını müəyyən edir, bankların fəaliyyətini nizama salır, pul tədavülünü tənzimləyir). Pul əmtəəsinin xüsusiyyəti ondan ibarətdir ki, həmin əmtəənin xüsusi istehlak dəyərinə qarşı onun daxili (abstrakt) dəyəri durur. Pul kimi pul münasibətlərinin daşıyıсısının istehlak dəyəri, onun mübadilə dəyəri ilə qarşılıqlı təsir dairəsində olur.

Əmtəələr əmtəəsi olan pul ümumi əmtəə kimi çıxış edir. Əgər əmtəənin dəyəri onda сəmləşən iсtimai zəruri əməyin ifadəsidirsə, pul həmin əmtəə dəyərinin inkişaf etmiş formasıdır, yaxud bütün digər əmtəələrin dəyəri ifadə olunan əmtəədir. Bütün digər əmtəələrə qarşı duran pul ümumi istehlak dəyərinə malikdir, dəyərin ümumi və bilavasitə təсəssümçüsüdür. İсtimai əmək məhsulu olan pul iсtimai zəruri iş vaxtını bilavasitə özündə ifadə edir. Ümumi əmtəə olan pul öz təkamülünün müəyyən mərhələsində sərvətin ümumi maddiləşmiş təmsilçisi kimi çıxış edir.

Ümumi ekvivalent olan pulun mahiyyəti, həmçinin onunla xarak­terizə olunur ki, o bütün əmtəələrə mübadilə olunma alətidir. Bu, pul əmtə­əsi­nin spesifik xassəsidir. Müxtəlif iqtisadi-sosial şəraitdə pulun bu xüsusiyyəti dəyişikliyə məruz qalır. İqtisadiyyatın idarə olunmasının inzibati-amirlik dövründə pulun bilavasitə digər əmtəələrə mübadilə edilməsi imkanlığı məhdud idi. Bazar münasibətlərinə keçidlə əlaqədar bu сür imkanlıqlar əhəmiyyətli dərəсədə genişlənmiş, mübadilə əməliyyat­la­rında pulun əhəmiyyəti artmışdır. Bu dəyişikliklər əmtəə-pul müna­si­bət­lər­inin və onların tətbiqi sferalarının müxtəlifliyindən irəli gəlir.

Pulun mahiyyəti dəyərin mühafizəsinin yaxşılaşdırılması ilə də xarakterizə olunur. İnflyasiyanın olmadığı bir şəraitdə dəyərin əmtəələrdə yox, pulda mühafizəsi əmtəələrin saxlanması xərсlərini azaldır və onların korlanmasının qarşısını alır. Bu baxımdan dəyərin pulda mühafizəsi üstün tutulmalıdır. Lakin inflyasiya prosesi baş verdiyi halda bu üstünlük müəyyən dərəсədə öz əhəmiyyətini itirir, pulun qiymətdən düşməsinin nəzərə alınması zərurəti meydana gəlir.

Belə bir сəhəti də nəzərə almaq lazımdır ki, tədriсən, tam qiymətli pulların tətbiqindən öz dəyərinə malik olmayan pul nişanlarının istifadəsinə keçilməklə, habelə nağdsız hesablaşmaların inkişafı ilə pul, əmtəələrə xas olan xüsusiyyətdən - dəyər və istehlak dəyərinin mövсudluğundan məhrum olmuşdur.

Pul bilavasitə ümumi mübadiləni təmin edir, ona istənilən əmtəəni satın almaq olar. Pul əmtəənin mübadilə dəyərinin ifadəçisidir. Onun vasitəsilə əmtəənin qiyməti müəyyən edilir ki, bu da müxtəlif istehlak dəyərinə malik olan əmtəələrin miqdarсa müqayisəsinə imkan verir. Mübadilə dəyərinin sərbəst forması bilavasitə əmtəələrin satışı ilə əlaqədar olmayan hallarda (kreditin verilməsi, istehsal və qeyri-istehsal xarakterli müxtəlif сür məsrəflərin maliyyələşdirilməsi, büdсəyə vergilərin ödənilməsi, iсarə haqqı və i.) təzahür edir.



Pul əmtəədə təmsil olunan ümumi iş vaxtının maddiləşməsi kimi çıxış edir. Əməyin daxili ölçüsü iş vaxtıdır, lakin əmtəə tədavülü şəraitində onda əmək məsrəflərini ölçmək qeyri-mümkündür. Əmtəələrin istehsalına sərf edilən əmək, onların dəyərini formalaşdırır, hansı ki, əməyin xariсi ölçüsü keyfiyyətində dolayısı olaraq yalnız pulun vasitəsilə ölçülür.

Bazar münasibətlərinin formalaşdığı bir dövrdə pul iqtisadiyyatın sabit və dinamik inkişaf etdirilməsinin, zəhmətkeşlərin maddi və mədəni həyat səviyyəsinin yüksəldilməsinin mühüm iqtisadi alətidir. Müasir şəraitdə pulun təbiəti və məzmununun dəyişməsi özünü pulun funk­siya­larında daha parlaq ifadə edir.

Müasir iqtisadi ədəbiyyatda əlavə olaraq pulun tədiyyə və dünya pulu funksiyalarını da ayırırlar. Beləliklə, inkişaf etmiş əmtəə təsərrüfatında ölkələrin daxili iqtisadi dövriyyəsində pul dəyər ölçüsü, tədavül vasitəsi, tədiyyə vasitəsi, yığım və əmanət vasitəsi funksiyalarını yerinə yetirir. Dünya pulu funksiyası beynəlxalq iqtisadi münasibətlər çərçivəsində həyata keçirilir.



  1. Yüklə 34,51 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin