Bakı Avrasiya Universiteti


Azərbaycanda investisiya mühiti



Yüklə 120,61 Kb.
səhifə2/6
tarix18.06.2023
ölçüsü120,61 Kb.
#132146
1   2   3   4   5   6
Əli Zeynalov-Azərbaycanda investisiya problemləri

Azərbaycanda investisiya mühiti
Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son dövrlər ölkədəki siyasi sabitlik və iqtisadi inkişaf xarici dövlətlərin Azərbaycan iqtisadiyyatına uzunmüddətli sərmayə qoymaq üçün marağını daha da artırmışdır.
İndiyə qədər respublikada investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilərək hüquqi baza yaradılmışdır. Hazırda Azərbaycan Respublikasında investisiya fəaliyyətini tənzimləyən iki qanun mövcuddur: Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 1995-ci il tarixli 952 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu” və Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1992-ci il tarixli 57 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikası Qanunu”. 
Bundan başqa, Azərbaycan hökuməti bir sıra xarici ölkələrlə ikiqat vergi tutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalamışdır.
Mənfəətin başqa valyutalara konvertasiya edilməsi, xarici ölkələrə köçürülməsi, yaxud reinvestisiya edilməsi ilə bağlı bütün məhdudiyyətlər ləğv edilmiş, bazar iqtisadiyyatı prinsipləri əsasında vahid valyuta məzənnəsi formalaşmışdır. Bu tədbirlər xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların Azərbaycana olan marağını daha da artırmışdır.
Hazırda ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir.
Son illərdə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası prosesi intensiv xarakter almışdır. 1995-2011-ci illərdə ölkə iqtisadiyyatına yönəldilmiş 119 milyard dollar investisiyanın 60%-dən çoxu, yəni 63 milyard dollara yaxını xarici investisiyalar olmuşdur. 1995-2002-ci illərdə xarici investisiyaların həcmi 9 milyard dollar olmuşdursa, 2003-2011-ci illərdə bu rəqəm 6 dəfə artaraq 54 milyard dollar olmuşdur. 
1995-2011-ci illərdə ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların 25,5 milyard dolları qeyri-neft sektorunun, 37,5 milyard dolları isə neft sektorunun inkişafına yönəldilmişdir. 
Qeyri-neft sektorunda fəaliyyət göstərən birgə və xarici investisiyalı müəssisələri cəlb edən əsas sahələr sənaye, tikinti, nəqliyyat və ticarətdir. 
Tam xarici investisiyalı və birgə müəssisələrin yaradılmasında Türkiyədən olan sahibkarların payı 27,6% təşkil edir. Bu göstərici Böyük Britaniya üzrə 11,7%, Rusiya üzrə 6,8%, İran üzrə 6,2%, ABŞ üzrə 5,9%, Almaniya üzrə isə 2,9%-dir.


 Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyalar (mln. ABŞ dolları)



Yüklə 120,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin