Bakı Avrasiya Universiteti


Xarici investorlar üçün Azərbaycanın üstünlükləri



Yüklə 120,61 Kb.
səhifə4/6
tarix18.06.2023
ölçüsü120,61 Kb.
#132146
1   2   3   4   5   6
Əli Zeynalov-Azərbaycanda investisiya problemləri

Xarici investorlar üçün Azərbaycanın üstünlükləri:
1. Xarici investisiyalar üçün münbit şərait:
- Regionda adambaşına düşən ən yüksək Birbaşa Xarici İnvestisiya göstəricisi.
- İnvestorlar üçün hüquqi təminatlar. 
2. Sürətlə inkişaf edən və açıq iqtisadiyyat:
- ÜDM-in 26,4 % illik artımı.
- Xarici ticarət dövriyyəsinin 19,8 % illik artımı.
- Orta idxal tarif dərəcəsi: 5,7%
3. Qeyri-neft sektorunda geniş imkanlar:
- Son 5 ildə əksər iqtisadi fəaliyyət sahələrində yüksək artım: sənaye – 7,5 dəfə, tikinti – 3,8 dəfə, ticarət – 3,5 dəfə, nəqliyyat və rabitə – 2,9 dəfə, sosial xidmətlər – 2,8 dəfə, kənd təsərrüfatı – 2,1 dəfə.
- Kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştləri 
4. Təbii ehtiyatlar: faydalı qazıntılar və münbit torpaq:
5. Əlverişli strateji mövqe:
- Mərkəzi Asiya və Xəzər regionuna birbaşa çıxış.
- Beynəlxalq ticarət təşəbbüslərində iştirak (İpək Yolu, Şimal–Cənub koridoru).
- Genişlənən Avropa faktoru və Yeni Qonşuluq Siyasətinə qoşulma.
6. Rəqabət qabiliyyətli yerli işçi qüvvəsi.
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, ölkədə biznes mühitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər və s. nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən daim yüksək qiymətləndirilir. 
Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing buisness – 2012” hesabatında Azərbaycan 183 ölkə arasında 66-cı yeri tutub. Azərbaycan habelə əmlakın qeydə alınmasının sadəliyi, biznesə başlamaq parametrləri üzrə dünya ölkələri arasında liderlər qrupuna daxil olub. Kredit almaq, iş görmək və bir sıra digər sahələrdə də ciddi uğurlar əldə edən ölkə inkişaf etmiş dövlətlərlə bir sıradadır.
“Doing buisness – 2012” hesabatına əsasən, Azərbaycanda ən yaxşı göstərici məhz əmlakın qeydiyyatındadır. Belə ki, 10 müxtəlif göstərici üzrə 183 ölkə arasında hazırlanan hesabata əsasən Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə 9-cu yerdədir. Eyni zamanda Azərbaycanda əmlakın ötürülməsi üçün 4 prosedur tələb olunur ki, buna da 11 gün müddət və əmlakın dəyərinin 0,2 faizi qədər xərc sərf edilir. Bu, regionda ən yaxşı göstəricilərdən biridir. Müqayisə üçün bildirək ki, Azərbaycanın aid edildiyi Şərqi Avropa və Mərkəzi Asiya regionlarında əmlakın ötürülməsi üzrə orta göstərici 37, qonşu ölkələrdən Türkiyədə 44, Rusiyada 45, Bolqarıstanda 66, Rumıniyada 70, İranda 163, Ukraynada isə 166 gündür.
Biznesə başlamaq reytinqinə görə Azərbaycan 183 ölkə arasında 18-cidir. Ölkədə biznesə başlamaq üçün 6 prosedur tələb edilir. Günlərin sayı 8-dir, biznesə başlamaq üçün tələb edilən xərc adambaşına düşən kapitalın 2,7 fazini təşkil edir. Bu zaman minimum kapital tələb olunmur. Azərbaycanın bu göstəricisi Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha yaxşıdır. Çünki bu ölkələrdə biznesə başlamaq üçün 11 gün tələb edilir. Habelə Azərbaycanda biznesə başlamaq üçün tələb edilən proseduraların sayı bu ölkələrlə müqayisədə daha azdır.
Azərbaycan iqtisadiyyatının vəziyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən də qiymətləndirilmişdir. Belə ki, 2011-ci ilin dekabr ayında “Standart & Poor’s” reytinq agentliyi Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren kredit reytinqini bir pillə artıraraq “BBB-” səviyyəsinədək qaldırılmış və bununla da Azərbaycana investisiya reytinqi vermişdir. Agentlik, həmçinin, Azərbaycanın xarici və daxili valyutada qısamüddətli suveren kredit reytinqini də bir pillə artaraq “B” səviyyəsindən “A-3” səviyyəsinə çatdırmışdır. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini "pozitiv" proqnozu ilə "BBB-" səviyyəsində saxlamışdır. “Moody’s” agentliyi isə Azərbaycana şamil etdiyi “Ba1” səviyyəsində suveren reytinqi üzrə proqnozunu “stabildən” “pozitivə” dəyişmişdir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investitorlarının daim diqqət mərkəzindədir. 

Yüklə 120,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin