Neft və qeyri-neft sektoru üzrə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyalar (mln. ABŞ dolları)
1995-2002
2003-2011
1995-2011 (ümumi)
Neft sektoru
7007,8
40357,2
47364,6
Qeyri-neft sektoru
5466,1
65890,7
71356,5
Ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyalar (mln. ABŞ dolları)
1995-2002
2003-2011
1995-2011 (ümumi)
Cəmi Xarici investisiyalar
9119,7
53804,5
62924,2
Maliyyə kreditləri
1652,3
14684,4
16336,7
Ondan neft sektoruna kreditlər
0,0
727,8
727,8
Birbaşa investisiyalar
7467,4
34264,2
41731,6
Neft bonusu
0,0
192,8
192,8
Portfel investisiyalar
0,0
781,7
781,7
Digər investisiyalar
0,0
3881,4
3881,4
"Bir pəncərə" sistemi Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən, "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmiş və 2008-ci ilin 1 yanvar tarixindən Azərbaycanda bu sistemin tətbiqinə başlanmışdır. "Bir pəncərə" sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 3 günə endirilmişdir.
Sahibkarlar vergi orqanları və banklarla sənəd mübadiləsini yeni yaradılmış İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsilə həyata keçirə bilərlər. Bundan başqa, sahibkarların vergi qanunvericiliyinə aid suallarının və müraciətlərin qəbulu, onlara baxılması və operativ cavablandırılması məqsədilə 195 saylı telefon məlumat xidməti fəaliyyət göstərir.
"Bir pəncərə" sisteminə görə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Vergilər Nazirliyində qeydiyyatdan keçməlidirlər.
Azərbaycan Respublikasında biznes mühitinin yaxşılaşdırılması, bu sahəyə dövlət qayğısının artırılması məqsədilə bir sıra qurumlar fəaliyyət göstərir:
Azərbaycan İnvestisiya Şirkəti - 2006-cı ildə sahibkarlığın inkişafının dəstəklənməsi sahəsində həyata keçirilən dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyinin daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılmışdır. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir.
Yerli istehsalın inkişafı ilə ölkənin ixrac qabiliyyətinin artırılması və investisiyaların cəlb edilməsini həvəsləndirmək məqsədilə 2003-cü ildə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yaradılmışdır. Fond investorlar, yerli istehsalçılar və hökumət arasında körpü rolunu oynamaqla dövlət-özəl sektor dialoqunda əhəmiyyətli işlər görür. AZPROMO xarici investorlara öz investisiya layihələrini həyata keçirmək üçün sahələrin müəyyənləşdirilməsində, yerli bürokratiya ilə mübarizə aparmaqda və onların Azərbaycana gəlməsini asanlaşdırmaqda yardım edir. Yerli müəssisələr də AZPROMO-nun məsləhət xidmətləri və xarici bazar tədqiqatlarından faydalanırlar.