Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə10/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   6   7   8   9   10   11   12   13   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: T.Hacıyev, türkologiya, dilçilik, türkoloq, üslubiyyat. 
MƏHƏRRƏM MƏMMƏDLİ 
Filologiya elmləri doktoru, professor 
Bakı Dövlət Universiteti 
MƏMMƏDAĞA ŞİRƏLİYEV VƏ AZƏRBAYCAN DİALEKTOLOGİYASI 
 
Görkəmli alim, Əməkdar elm xadimi, Türk Dil Qurumunun üzvü, akademik M.Ş.Şirəliyev Bakı 
Dövlət Universitetinin məzunu olmuş, 1927-1931-ci illərdə Şərq fakültəsinin dilçilik şöbəsində təhsil 
almışdır. Bundan sonra bütün ömrünü pedaqoji işə və dilçiliyin inkişafına sərf etmişdir. Ağdamda və 
Azərbaycan Pedaqoji İnstitutunda müəllimlik etmiş 1941- ci ildən Azərbaycan Dövlət Universitetində 
çalışmışdır. 1941- 42-ci illərdə Azərbaycan dili kafedrasının müdiri, 1942-45-ci illərdə filologiya 
fakültəsinin dekanı, 1945- 49-cu illərdə elmi işlər üzrə prorektor, 1949-1960-cı illərdə kafedra müdiri 
vəzifələrində işləmişdir.
Azərbaycan dialektologiyasının inkişafını M.Şirəliyevin adı ilə bağlıdır. XX yüzilliyin əvvəllərində 
dialektlərə dair müəyyən araşdırmalar ( K.Foy, N.Aşmarin, İ.Həsənov, Y.Mirbabayev və b.) aparılsa da elmi 
əsaslarla ardıcıl şəkildə tədqiqi M.Şirəliyevin araşdırmaları ilə başlanır. Buna görə də bir çox alimlər (ilk 
dəfə N.Dmitriyev) M.Şirəliyevi Azərbaycan dialektologiyasının banisi adlandırırlar. O, 1938-40-cı illərdə 
dilin bütün sahələri üzrə dialekt fərqləri əhatə olunmaqla “Bakı dialekti” əsərini yazır. Bununla da 
dialektoloji tədqiqatlara maraq daha da artır, yeni metodlarda ayrı-ayrı şivələrin araşdırılması geniş vüsət 
alır. Görkəmli dialektoloqun Azərbaycan xalq şivələrini öyrənmək sahəsindəki fəaliyyəti onun “Azərbaycan 
dialektologiyası” adlı dərs vəsaitində ümumiləşdirilmişdir. Bundan sonra M.Şirəliyevin elmi fəaliyyətinin 
əsas istiqamətini dialektoloji tədqiqatlar təşkil edir. 1941-ci ildə ilk dəfə dialektlərin coğrafi təsnifini vermiş, 
bir çox şivələrin səciyyəvi xüsusiyyətlərini və mənşəyini müəyyənləşdirmiş, dialektləri qədim yazılı 
abidələrin və müasir türk dillərinin və dialektlərinin materialları ilə müqayisəli şəkildə araşdırmışdır. Onun 
rəhbərliyi ilə dialektlərin lüğəti və atlası hazırlanmışdır. Alimin araşdırmaları ümumtürkoloji baxımdam 
mühüm əhəmiyyət daşıyır və türk dünyasında əsas mənbə kimi yüksək dəyərləndirilir.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin