Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: M.Şirəliyev, dialektologiya, şivə, təsnif, lüğət, atlas.   MƏTANƏT ABDULLAYEVA



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə11/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   7   8   9   10   11   12   13   14   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərM.Şirəliyev, dialektologiya, şivə, təsnif, lüğət, atlas.  
MƏTANƏT ABDULLAYEVA 
Fəlsəfə elmləri doktoru, professor 
Bakı Dövlət Universiteti 
YUSİF SEYİDOV FENOMENİ 
 
İstedadlı insanlar çox sahələrdə sözlərini deməyi bacarırlar. XX əsr Azərbaycan dilçilik elmində 
ayrıca səhifə açmış filologiya elmləri doktoru, professor Yusif Seyidovun filologiyanın dilçilik sahəsi ilə 
bərabər ədəbiyyatşünaslıq sahəsində də maraqlı və dəyərli elmi-tədqiqat işləri, araşdırmaları vardır. Özü bu 
barədə belə yazırdı: “Mən ədəbiyyatşünaslığa və dilçiliyə vahid elm sahəsi kimi baxıram. Əlimə qələm alan 


BDU-nun Filologiya fakültəsi - 100 
12 
gündən belə düşünmüşəm və yazılarımda filologiyanın süni şəkildə fərqləndirilən bu iki sahəsinə müvazi 
olaraq müraciət etmişəm, onların kəsişdiyi nöqtələri görmüşəm, ayrı-ayrılıqda hər iki sahədə tədqiqatlar 
aparmışam”. Y.Seyidovun Azərbaycan dilçiliyi və ədəbiyyatşünaslığı ilə bağlı sanballı əsərlərinin filologiya 
tarixində xüsusi yeri var. Alimin təlim-tərbiyə, didaktika, metodika ilə bağlı araşdırmaları, məqalələri 
zamanın sərhədlərini aşa biləcək səviyyədə dəyərli və əhəmiyyətlidir. “Orta məktəbdə hər bir müəllim öz 
ixtisasını tədris etməklə bərabər, tədris etdiyi fəndən asılı olmayaraq, bir də “tərbiyə” fənnini tədris 
etməlidir” – deyimi bu gün üçün bir devizdir və bu, bütün zamanlarda aktual olacaqdır.
Y.Seyidovun poeziyada fəlsəfə, fəlsəfədə poeziya axtarışları həm filoloji, həm fəlsəfi aspektdən 
maraqlıdır. “Həqiqi poeziya və fəlsəfə insan xəyalının və insan təfəkkürünün şərikli məhsuludur”- deyən 
alimin dünya, insan, həyat, ölüm, “insan idrakına sığışmayan sonsuzluq” və s. haqqında orijinal fəlsəfi fikir 
dünyası var idi. O, həqiqi şairlərin davranışını, həyatını poeziyaya bənzədirdi. Millətinə və dilinə bağlı olan 
alim milli poeziyanı “sözün poeziyası”, “sözün sözə min cür təması” adlandırır, əsl şairlər haqqında isə belə 
deyir – “Yox, əsl şair nikbin ola bilməz!”. Dünya fəlsəfi fikir tarixində kədər, dərd faktoruna həyatın və 
insan cəmiyyətinin hərəkətverici qüvvəsi kimi baxan mütəfəkkirlər kimi Y.Seyidov da problemə eyni baxış 
müstəvisindən yanaşırdı. Alimin fəlsəfi fikirləri, adətən, poetik örtüyə bürünür, insan həyatının çətinliyini 
təbiət lövhələri vasitəsilə verir – “...Zərif otlar, güllər, çiçəklər yaşamaq eşqi ilə sərt daşları, yolların asfalt 
örtüyünü deşib baş qaldırırlar”. Y.Seyidov fenomeninin çoxcəhətliyi dərin araşdırmalarda daha aydın görünə
bilər.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin