Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə18/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   14   15   16   17   18   19   20   21   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: Yusif Seyidov, Azərbayçan dilçiləri, Müasir Azərbaycan dili, sintaksis, söz birləşmələri.  
DOS. BÖYÜKXANIM EMİNLİ, GÜNEL HAQVERDİ 
Sumqayıt Dövlət Universiteti 
BDU-da MÜASİR TÜRKOLOGİYA MƏKTƏBİNİN YARADICISI
PROFESSOR FƏRHAD ZEYNALOV 
Yüzlərlə dahilər yetişdirən Bakı Dövlət Universiteti Azərbaycan elminə böyük töhfələr vermişdir. 
1919-cu ildə təsis edilmiş, öncə Azərbaycan Dövlət Universiteti adlanan bu universitet Azərbaycanın elm 
tarixində silinməz izlər buraxmışdır. 
Universitetin yetişdirdiyi alimlər arasında filologiya eləmləri doktoru, professor Fərhad Ramazan 
oğlu Zeynalovun xidmətləri olduqca böyükdür. Türkologiyanın elm səviyyəsinə yüksəlməsi, Azərbaycanda 
türkoloji məktəbin yaranması onun adı ilə bağlıdır. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki 
BDU) Ümumi dilçilik kafedrasının dosenti olmuş bu böyük şəxsiyyət 1969-cu ildə həmin universitetdə 
Türkologiya kafedrasını yaratmışdır. O, türk dillərində əsas və köməkçi nitq hissələrinin təsnifi, türk 
dillərinin müqayisəli qrammatikası, qədim türk yazılı abidələrinə dair tədqiqatları ilə türkologiya sahəsində 
bir çox mövcud problemləri həll etmiş oldu. 
Professor F.R.Zeynalov yaratdığı kafedraya rəhbərlik etdiyi illərdə türk dillərinin, o cümlədən oğuz 
dillər qrupuna aid olan Azərbaycan dilinin yüksək səviyyədə tədris olunmasına xüsusi diqqət yetirmişdir. 
Onun türk dillərinin araşdırılması sahəsində apardığı tədqiqatlar doğma dilimizin daha mükəmməl formada 
araşdırılmasına və tədris olunmasına şərait yaratmışdır. Professor F.R.Zeynalov ilk dəfə əsas və köməkçi nitq 
hissələrinin ardıcıl və sistemli şəkildə təsnifatını vermişdir. 
Alimin elmi-pedaqoji fəaliyyəti zamanı apardığı araşdırmalar “Müasir türk dillərində bağlayıcılar”, 
“Türk dillərinin müqayisəli qrammatikası”,“Türkologiyanın əsasları”, “Müasir türk dillərində köməkçi 
adlar”, “Müasir türk dillərində qoşmalar”, “Müasir türk dillərində modal sözlər”, “Söz sonluqları leksik-
qrammatik kateqoriya kimi”, “Türk dillərində sifətin kateqoriyaları, ifadə formaları” və s. məqalə və 
tezisləri, eləcə də monoqrafiyalar və dərsliklərində əksini tapmışdır. Onun bütün əsərləri dövrünə görə 
dilçilikdə mövcud aktual problemlərin həlli istiqamətində yazılmışdır. 1981-ci ildə nəşr olunmuş 
“Türkologiyanın əsasları” dərsliyi xüsusi əhəmiyyətə malikdir. Bu kitab, nəinki ölkəmizin universitetlərində, 
hətta Türkiyənin bəzi universitetlərində mükəmməl bir dərslik olaraq tələbələrin marağına səbəb olmuşdur. 
Dərslikdə türk dillərinin mənşəyi və dil xüsusiyyətləri haqqında geniş məlumatlar verilmiş, türk dillərinin 
əlifbası dövrlərə görə qruplaşdırılmışdır. Fərhad Zeynalovun türkologiya sahəsində göstərdiyi xidmətlər 
əvəzsiz və danılmazdır. 
Fərhad Zeynalovun yaratdığı türkologiya kafedrası bu gün də öz fəaliyyətini davam etdirir, elmi 
kadrların yetişdirilməsinə xidmət edir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin