DOS. ELMİRA HƏSƏNOVA, DOS. FİKRƏT ƏLİZADƏ Bakı Dövlət Universiteti
AKADEMİK AĞAMUSA AXUNDOV FENOMENİ Akademik Ağamusa Axundov! Bu,istər türkologiyaya, istərsə ədəbiyyatşünaslığımıza qızıl hərflərlə
yazılmış addır. O, gözəl bir insan olmaqla yanaşı, çox qüdrətli alim kimi bir sıra titulların daşıyıcısı idi:
Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı,Azərbaycan Respublikası
Əməkdar Elm Xadimi.
Ağamusa Axundov 1932-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi medalla bitirdikdən
sonra riyaziyyatçı olmaq arzusu ilə Bakıya gələrkən bir təsadüf nəticəsində taleyini indiki BDU-nun
Filologiya fakültəsinə bağlayır, daha sonralar dosent ola-ola Azərbaycan Pedaqoji Dillər İnstitutunda ingilis
dili üzrə ikinci təhsil alır.
40 il BDU-da çalışan professor həm klassik müəllim, həm də dərinzəkalı alim, xeyirxah insan kimi
öhdəsinə düşən bütün vəzifələri layiqincə, sürətlə və böyük uğurla yerinə yetirmişdir. Hər zaman insanlara
yardımçı olmaq ona Muxtar Hüseynzadə kimi böyük müəllimlərindən miras qalmışdı.
Ağamusa müəllim o zaman nəinki SSRİ məkanında, hətta Şərqdə filologiya üzrə ən gənc - 32 yaşda
elmlər doktoru oldu. Artıq 35 yaşda Filologiya fakültəsinin dekanı seçildi və müəyyən fasilə ilə 17 il bu
vəzifəni ləyaqətlə yerinə yetirdi. Ümumi dilçilik, daha sonralar Azərbaycan dilçiliyi kafedrasının müdiri, 21
il AMEA-nın Dilçilik İnstitutunun direktoru, AMEA-nın Rəyasət Heyətinin müşaviri, akademik-katib,
“Türkologiya” jurnalının redaktoru olduqda da Ağamusa müəllim əsl alim sadəliyi ilə kollektivin sevimlisi
olmuşdur.
Professor Ağamusa Axundovun dilçiliyin, demək olar ki, bütün sahələrinə dair tədqiqatları, hətta riyazi
dilçiliyə aid kitabı vardır. Ali məktəblər üçün yazdığı əvəzsiz kitablar dəfələrlə işıq üzü görmüşdür.
Bədii yaradıcılığa “İkinci görüş” adlı hekayəsi ilə başlamışdır. Bundan sonra poeziyanın sənətkarlıq
problemlərinin tədqiqi ilə ciddi məşğul olmuşdur.
Misir
Ərəb
Respublikasının Qahirə şəhərinin
Eyn-Şəms
Universitetində 1il
Azərbaycan
dili və ədəbiyyatından dərs demiş, Praqa, Ankara, Belqrad, Budapeşt, Kayseri, İstanbul şəhərlərində keçirilən
beynəlxalq elmi konfranslarda iştirak etmişdir.
Tokio Universitetində Azərbaycan dili dərsi demiş, Kobe Universitetində və Tokio Şərq Kitabxanasında
dilimizə aid 2 konfrans keçirmişdir.
O, bir sıra elmi, əlaqələndirmə, müdafiə şuralarının sədri, “Ulduz” və “Azərbaycan” jurnallarının
redaksiya heyətlərinin üzvü, “Türkologiya” jurnalının baş redaktoru olmuşdur.
Görkəmli dilçi ABŞ-ın “Frendship fors” ictimai təşkilatının Fəxri fərmanına layiq görülmüş, Azərbaycan
və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Almaniyada çıxan “Fonetika, dilçilik: