BDU-nun Filologiya fakültəsi - 100
24
DOS. QIZILGÜL ABDULLAYEVA (BDU)
DOS. XATİRƏ ABDULLAYEVA (BSU)
AZƏRBAYCAN DİLİNİN TARİXİ DİALEKTOLOGİYASI MÜSTƏQİL ELM SAHƏSİ KİMİ
Tanınmış dilçi alim, Bakı Dövlət Universiteti Türkologiya kafedrasının professoru, filologiya elmləri
doktoru Elbrus Əzizovun əsas tədqiqat obyekti Azərbaycan dilinin dilalektləridir. Fəaliyyət göstərdiyi 45 il
ərzində bir çox elmi əsərlərə imza atıb. Amma onun yaradıcılığının şah əsəri 1999-cu
ildə nəşr olunmuş
“Azərbaycan dilinin tarixi dialektologiyası (dialekt sisteminin təşəkkülü və inkişafı)” kitabıdır. Amma
sonralar bu mövzuya yenidən qayıdış edən Elbrus Əzizov onu yeni-yeni faktlarla zənginləşdirərək 2016-cı
ildə kitabın təkrar nəşrini elm aləminə təqdim edir. Bu, türkologiya tarixində bir ilk idi. Akademik
M.Şirəliyev dəfələrlə tarixi dialektologiyanın yaradılmasını Azərbaycan dilçiliyinin qarşısında
duran əsas
vəzifələrdən biri kimi diqqətə çatdırsa da, bu öz reallığını tapa bilməmişdi. Azərbaycan yazılı abidlərinə
söykənmə, eləcə də tarix və ümumi türkologiya kimi elm sahələrinə arxalanma, ən önəmlisi isə iti məntiq və
dərin elmi zəkaya güvənmə belə bir monoqrafiyanın elm aləminə təqdimi ilə nəticələndi. Beləliklə, uzun bir
yaradıcılıq axtarışlarının nəticəsi kimi meydana gələn bu monoqrafiyanın nəşri türkoloji aləmdə Azərbaycan
dilinin tarixi dialektologiyasının müstəqil bir dilçilik sahəsi kimi təqdimini
bir ilk olaraq məhz Elbrus
Əzizovun adına yazdı. Müəllif ilk dəfə olaraq, bu monoqrafiyada dialekt
sistemlərinin əsas tiplərini,
Azərbaycan dili dialektlərinin inkişaf mərhələlərini müəyyənləşdirdi, dialektləri
xarakterizə edən məhəlli
fərqləri dilin fonetik, leksik, mofoloji yarusları üzrə araşdıraraq onların formalaşma prosesini izlədi və çox
geniş şəkildə elmi təqdimatına nail oldu. E.Əzizovun ilkləri təkcə bununla bitmir. Azərbaycan dili şivələrinin
yeni təsnifi, Azərbaycan dialektologiyasının nəzəri məsələlərinin müasir dilçilik baxımından
ilk şərhi,
qarışıq şivələr termininin ilk dəfə elmi mühitə təqdimi məhz professor E.Əzizovun adı ilə bağlıdır. Davamlı
yeni-yeni ilkləri ilə dialektologiya elmini nəzəri məlumatlarla zənginləşdirən, elmi
və pedaqoji fəaliyyətini
eyni tələbkarlıqla, eyni fədakarlıqla davam etdirən, elmə və tədrisə xidmətini əsirgəməyən Azərbaycan dili
dialektlərinin yorulmaz tədqiqatçısı professor E.Əzizov bu gün də gənclik şövqü ilə çalışır və araşdırmalar
aparır.
Dostları ilə paylaş: