BDU-nun Filologiya fakültəsi - 100
26
qrammatikasının yazılmasında mühüm addım olmuşdur. M.Hüseynzadə müasir və mükəmməl orfoqrafiya
qaydalarının yaradıcılarından biridir. O,
Azərbaycan dilçiliyinin tarixi, onun dövrləşdirilməsi haqqında da
maraqlı və inandırıcı mülahizələr irəli sürmüşdür. Azərbaycan dilçiliyində ilk dəfə olaraq “söz birləşməsi” və
“təyini söz birləşmələri” terminlərini işlətmişdir. Bəkir Çobanzadə məktəbinin yetirməsi olan M.Hüseynzadə
“Ümumi dilçilik” kafedrasının rəhbəri kimi özündən sonra “M.Hüseynzadə elmi məktəbi”ni yaratmışdır.
Akademik A.Axundov Azərbaycanda “Axundov fonoloji məktəbi”nin əsasını qoymuşdur.
“Azərbaycan dilinin fonemlər sistemi” əsəri təkcə Azərbaycan dilçiliyi üçün deyil, türkologiya üçün böyük
bir hadisədir. A.Axundov Respublikamızda riyazi dilçilik elminin yaradıcısı və banisidir. Azərbaycan
dilçiliyində ilk dəfə
olaraq metod və metodologiya, dilin öyrənilməsi üsulları-sosioloji, məntiqi, psixoloji,
fizioloji, akustik üsulları müəyyənləşdirmişdir. Dilimizin söz ehtiyatlarının toplanıb sistemə salınmasında
onun xidmətləri danılmazdır. “Azərbaycan dilinin izahlı lüğəti” dilimizin lüğət
tərkibini bütünlüklə əhatə
edir.
Prof. Y.Seyidov klassik Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsidir. Qrammatika
problemlərinin tədqiqi onun fəaliyyətində mühüm yer tutur. “Azərbaycan dilində söz birləşmələri”
monoqrafiyası
nəinki Azərbaycan dilçiliyi, həm də türkoloji dilçilik üçün əhəmiyyətli bir araşdırmadır.
Əsərdə söz birləşmələrinin dil sistemindəki yeri dəqiqləşdirilmiş, onların digər dil və nitq vahidləri ilə oxşar
və fərqli cəhətləri izah olunmuşdur. Y.Seyidov ilk dəfə olaraq Azərbaycan dilçiliyinə əlavə söz və əlavə
cümlə anlayışını gətirmişdir. Yazıçı və dil problemi onun yaradıcılığında xüsusi yer tutur.
Ali və orta
məktəblər üçün yazdığı dərsliklər öz orijinallığı ilə seçilir və onu bir metodist alim kimi tanıdır. O, dil
tarixinə, dilin tədrisinə aid sanballı əsərlər yazmışdır. Y.Seyidov həm də metodika elminin məktəbini
yaratmışdır.
Dostları ilə paylaş: