Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: T.Əhmədov, Azərbaycan dilçiliyi, onomastika, toponimlər



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə35/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   31   32   33   34   35   36   37   38   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərT.Əhmədov, Azərbaycan dilçiliyi, onomastika, toponimlər.
 
SAİDƏ MUSTAFAYEVA 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
 
AZƏRBAYCAN ƏDƏBİ DİLİ TARİXİNİN AKADEMİK TOFİQ HACIYEV DÖVRLƏŞDİRMƏSİ 
Azərbaycan ədəbi dili tarixi təzahür formalarının araşdırılması Azərbaycan dili tarixşünaslığının 
qarşısında duran aktual məsələlərdən biridir. Çünki Azərbaycan ədəbi dili tarixinin mərhələləri və inkişaf 
dövrləri haqqında fərqli fikirlər irəli sürülür və dövrlər də müxtəlif meyarlar əsasında müəyyənləşdirilir. Bu 
səbəbdən də Azərbaycan ədəbi dili tarixi sahəsində aparılmış araşdırmalar üç mərhələdə qruplaşdırılır: 
1. 30-50-ci illər; 
2. 60-80-ci illər; 
3. 80-ci illərdən sonra... 


BDU-nun Filologiya fakültəsi - 100 
28 
Birinci mərhələdə diqqəti cəlb edən böyük alim Əzəl Dəmirçizadənin araşdırmalarıdır. Həmin 
araşdırmalarda Azərbaycan ədəbi dilinin tarixi ancaq ən mühüm mənbələr əsasında öyrənilərək, janr-üslub 
prosesləri əsas götürülmüşdür. 
İkinci və üçüncü mərhələlərdə isə diqqəti cəlb edən akademik Tofiq Hacıyevin tədqiqatlarıdır.
Norma prinsipini əsas götürərək, “Ədəbi dil, birinci növbədə, norması ilə səciyyələnən seçmə fonetik, 
leksik və qrammatik faktların sistemidir. Norma ədəbi dilin baş atributudur. Buna görə də ədəbi dilin 
dövrləşdirilməsində başlıca ölçü kimi məhz normaya, onun tarixi inkişafına əsaslanmaq daha münasibdir” 
fikrini irəli sürən alim 1976-cı ildə çap etdirdiyi “Azərbaycan ədəbi dili tarixi” kitabında Azərbaycan ədəbi 
dilini iki dövrə bölmüşdür: 1. Təşəkkül dövrü (IX-X əsrlərdən XVII əsrin əvvəllərinə qədər); 2. Sabitləşmə 
dövrü (XVII əsrin ortalarından XX əsrin 70-80-ci illərinə qədər). Bölgüdən də aydın olduğu kimi, müəllif 
Azərbaycan ədəbi dilinin təşəkkül və inkişaf tarixini IX əsrdən götürdüyü üçün, dövrləşdirmənin də ilk 
mərhələsini IX-X əsrlərdən başlayır. 
Dövlət müstəqilliyinin yenidən bərpasından sonra (1991) isə beynəlxalq aləmlə yaranan elmi 
əlaqələrin nəticəsi olaraq tədqiqatlarını daha geniş arealda davam etdirən akademik Tofiq Hacıyev 2012-ci 
ildə çap etdirdiyi “Azərbaycan ədəbi dili tarixi” kitabında yeni formada dövrləşdirmə təqdim edir. Alim bu 
dəfə Azərbaycan ədəbi dili tarixini türk dillərinin tarixi tərkib hissəsi kimi dövrlərə bölür: 1. Yazıya qədərki 
dövr; 2. Yazılı dövr. Həmin dövrləşdirmədə, I - Yazıyaqədərki dövr, e.ə. II əsrdən eramızın VI əsrinin 
sonuna qədərki dövrü, yəni Azərbaycan xalq türkcəsinin formalaşması və fəaliyyəti dövrünü; II - Yazılı, yəni 
sabitləşmə dövrünü isə VII əsrdən tədricən, XIII əsrdən isə, xüsusən divan ədəbiyyatının yaranmasından XXI 
əsrin ilk illərinə qədərki dövrü əhatə edir. Alim birinci dövrü “Yazıyaqədərki dövr” adlandırmasının səbəbini 
həmin dövrə aid yazılı nümunələrin günümüzə qədər gəlib çatmaması ilə izah edir. Müəllifin “Yazılı dövr” 
adlandırdığı ikinci dövrü isə bir sıra mərhələlərin ədəbi nümunələri və mənbə faktları — “Dədə Qorqud 
kitabı, İ.Həsənoğlu, İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli kimi böyük klassiklərin qəzəlləri, M.P.Vaqifin qoşmaları, 
nəsr nümunələri, yeni üslubların, janrların meydana çıxması, norma və üslubların dəyişkənliyi, yaxud 
inkişafı səciyyələndirir”.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin